Uncategorized
25 noyabrın tarixində Avropa İttifaqının maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun birgə həyata keçirdiyi “AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi. Layihə 2020-ci ildən etibarən Lənkəran-Astara İqtisadi Rayonunda kiçik və orta sahibkarlığın daha da inkişafı və əlavə gəlir əldə etməsi üçün dəstək vermişdir. Layihənin əsas məqsədləri qeyri-neft sektorunun genişləndirilməsi, eləcə də şəhər və kənd yerləri arasında gəlir fərqinin aradan qaldırılması ilə bağlı Azərbaycan hökumətinin inkişaf məqsədlərinə uyğundur. Bununla yanaşı, layihə Avropa İttifaqının “Azərbaycanın İnteqrasiya edilmiş Regional İnkişafı (IRDA)” 2015-ci il üçün İllik Fəaliyyət Proqramının bir hissəsi kimi həyata keçirilmişdir. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq Şöbəsinin rəhbəri cənab Viktor Bojkov bildirib ki: “Bu layihə həm ikitərəfli yardım, həm də İqtisadi və İnvestisiya Planının həyata keçirilməsi perspektivi baxımından Aİ ilə Azərbaycan arasında güclü tərəfdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. Layihə kiçik fermerlərə potensialın artırılması və gəlir gətirən mənbələrin şaxələndirilməsinə dəstək verir, kənd əhalisi üçün alternativ gəlir mənbəyi kimi kənd təsərrüfatı və aqroturizm sektorlarına əlavə dəyər verir. Bu, həm də qonaqlama sektorunda yerli qida və iqtisadi imkanların təşviqində vətəndaş cəmiyyəti, özəl sektor, yerli hökumət və dövlət qurumları ilə əməkdaşlığımızın gözəl nümunəsidir.” Konfransda iştirak edən yerli icra hakimiyyətləri nümayəndələri də dövlət qurumları üçün mövcud siyasət çərçivəsi və Azərbaycanda aqrar turizmlə bağlı inkişafı dəstəkləyən tədbirlər barədə məlumat verdilər. Tədbirə dəvət olunan Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerli qurumlarının nümayəndələri də öz növbəsində aqrar/ekoturizmin Azərbaycan Respublikasının iqtisadiyyatının şaxələnməsində rolunu qeyd edərək, layihə çərçivəsində cəlb olunduqları əməkdaşlığı yüksək qiymətləndirdilər. Daha sonra "AgriVision" layihəsinin meneceri Ramin Səfərzadə layihə haqqında qısa təqdimat edərək layihənin məqsəd və hədəfləri, icra olunan işlər və əldə olunan nəticələr haqqında məlumat verdi. Press konfransın sonunda layihə çərçivəsində əməkdaşlıqdan yararlanan kiçik və orta təsərrüfat sahibləri görülən işlər və edilən yardımlarla bağlı öz təşəkkürlərini bildirib, bu kimi layihələrin davamlı olmasını arzuladıqlarını ifadə etdilər. ..
read more...Uncategorized
Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi bölgəsindən seçilmiş aqrar/eko-turizm məntəqələrinin nümayəndələri 12-16 sentyabr tarixlərində Türkiyədə növbəti təhsil turunda iştirak etdilər. Turun əsas məqsədi iştirakçıları öz turizm məntəqələrini inkişaf etdirmək üçün fikir və sınaqdan keçmiş yanaşmalarla təchiz etmək idi. Təhsil turu üçün Lənkəran-Astara iqtisadi rayonundan seçilmiş turizm məntəqələrinin şəraitləri və imkanları ilə mümkün qədər uyğun olan aqrar/eko-turizm təsərrüfatları müəyyənləşdirilmişdi. Ümumi olaraq iştirakçılar aqrar / eko-turizm təsərrüfatlarının inkişaf tarixi haqqında məlumat əldə edib, turizm xidmətlərinin göstərilməsini yerində müşahidə edərək birbaşa həmkarlarından öyrənmək imkanı əldə etdilər. Təhsil turunun ilk günündə iştirakçılar Beykoz bölgəsində yerləşən Kulindağ Dağevi turizm məkanına səfər etdilər. Səfər zamanı onlar ilk olaraq müəssisənin tarixi və fəaliyyəti haqqında məlumat aldılar. Daha sonra ərazidəki qonaqlama şəraiti ilə tanış olan azərbaycanlı iştirakçılar eko turizm konsepti və bu tərz turizm məkanlarında təşkil oluna bilən tədbirlər haqqında da məlumat elə etdilər. Xatırladaq ki, bu turizm məntəqəsinə edilən səfərin əsas məqsədi iştirakçılara dağlıq ərazidə turizm müəssisəsinin yaradılması və fəaliyyəti istiqamətində örnək göstərmək idi. Təhsil turunun ikinci günündə İzmit şəhərinin Kocaeli bölgəsində yerləşən Farge Orqanik Kənd Təsərrüfatı müəssisəsinə səfər təşkil edildi. Tur proqramının ilk mərhələsində təsərrüfat sahibi azərbaycanlı iştirakçılara öz təsərrüfatı, təsərrüfatın tarixi və indiki fəaliyyəti haqqında ətraflı məlumat verdi. Daha sonra qonaqlar ilə birlikdə əkin üçün ayrılmış ərazilərə baxış keçirilən sahibkar yerindəcə orqanik kənd təsərrüfatı haqqında öz biliklərini paylaşmış və təsərrüfatda əkilən məhsullar və onların istehsalı şəraitini göstərmişdir. İştirakçılar təhsil turu çərçivəsində son səfərlərini Bilecik bölgəsində yerləşən Zeytinliboğaz Permakültür təsərrüfatına etdilər. Burda da iştirakçılar təsərrüfat sahibi tərəfindən qarşılanmış, müəssisənin fəaliyyəti, tarixi və burada istehsal edilən məhsullarla tanış edilmişdir. Daha sonra müəssisənin istehsalı olan şəfalı yağlar və ondan hazırlanan kosmetik / tibbi məhlul haqqında məlumat verilmiş, iştirakçılarla birlikdə bu məhlulun hazırlanması baş tutmuşdur. Sonda iştirakçılar birlikdə hazırladıqları məhsulları hədiyyə olaraq almış və nahar üçün türk mətbəxinin təamlarının hazırlanmasında da könüllü olaraq iştirak etmişlər. Təsərrüfatdan xoş xatirələrlə ayrılan Lənkəran-Astara iqtisadi rayonundan olan təsərrüfat sahibləri bu kimi master klassların özlərinin təklif etdikləri xidmətlərə də əlavə edilməsinin önəmini qeyd etdilər. Sonda onu da qeyd etmək lazımdır ki, bu təhsil səfərləri Avropa İttifaqı tərəfindən maliyyələşən “AgriVision” layihəsi çərçivəsində həyata keçirilən artıq ikinci turdur. Layihəyə cəlb olunmuş turizm məntəqələrinin nümayəndaləri üçün təşkil olunan ilk təhsil turu 05-10 iyul 2021-ci tarixində Türkiyənin İzmir bölgəsində həyata keçirilmişdir. ..
read more...Uncategorized
Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına "Açıq Təsərrüfat Günləri" - ödənişsiz səfərlər təşkil edilmişdir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri lahiyə tərəfindən qarşılanmışdır. "Açıq Təsərrüfat Günləri" yerli turistlər arasında aqrar turizm konsepsiyasını və lahiyəyə cəlb olunmuş turizm məkanlarını təbliğ etmək, şəhər və kənd icmaları arasında əlaqəni gücləndirmək və iştirakçı təsərrüfatlara yeni və/və ya təkmilləşdirilmiş turizm xidmətlərini sınaqdan keçirmək imkanı təmin etdi. Ziyarətçilər təsərrüfat turları, təqdimatlar, kənd həyatı ilə tanışlıq və təzə məhsul alışı kimi müxtəlif fəaliyyətlərdə iştirak etdilər. Səfərlərin hər biri qeyd olunan tarixlərdə bir gün ərzində həyata keçirildi. Səfər üçün nəzərdə tutulmuş avtobuslar müvafiq olaraq 22, 23 və 24 iyul tarixlərində səhər saatlarda Bakı şəhərindən yola düşüb, axşam geri qayıtdı. Bir iştirakçının yalnız bir təsərrüfata ziyarət etmə şansı vardı. Səfərlər Lənkəran rayonu “Citrus Valley”, Lerik rayonu “Səfalı Göl” və Astara rayonunda yerləşən “Yaşıl Göl” təsərrüfatlarına təşkil edildi. Maraqlanan şəxslərin çoxluğunu nəzərə alaraq müraciət üçün elan vaxtından əvvəl dayandırılmış, növbəti günlərdə ilk müraciət etmiş 500-dən çox şəxslə əlaqə saxlanılmışdır. Seçilmiş şəxslərə gediş-gəliş qrafiki barədə öncədən ətraflı məlumat verilmiş və səfərlərdə iştirakı təmin olunmuşdur. ..
read more...Uncategorized
“Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına "Açıq Təsərrüfat Günləri" - ödənişsiz səfərlər təşkil edilir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri layihə tərəfindən qarşılanır. "Açıq Təsərrüfat Günləri" yerli turistlər arasında aqrar turizm konsepsiyasını və layihəyə cəlb olunmuş turizm məkanlarını təbliğ etmək, şəhər və kənd icmaları arasında əlaqəni gücləndirmək və iştirakçı təsərrüfatlara yeni və/və ya təkmilləşdirilmiş turizm xidmətlərini sınaqdan keçirmək imkanı təmin edəcəkdir. Ziyarətçilər təsərrüfat turları, təqdimatlar, yerli qidalardan hazırlanan məhsulların dequstasiyası, kənd həyatı ilə tanışlıq, ustad dərsləri (master classes) və təzə məhsul alışı kimi müxtəlif fəaliyyətlərdə iştirak edə biləcəklər. “Səfərlər qeyd olunan tarixlərdə bir gün ərzində həyata keçiriləcəkdir. Səfər üçün nəzərdə tutulmuş avtobuslar müvafiq olaraq 22, 23 və 24 iyul tarixlərində səhər saat 08:00-da Bakı şəhəri, Nizami metro stansiyasının qarşısından yola düşəcək və axşam geri qayıdacaqdır. Bir iştirakçının yalnız bir təsərrüfata ziyarət etmə şansı vardır. Səfərlər Lənkəran rayonu “Citrus Valley”, Lerik rayonu “Səfalı Göl” və Astara rayonunda yerləşən “Yaşıl Göl” təsərrüfatlarına təşkil ediləcəkdir. Əlavə məlumat üçün Avrasiya Əməkdaşlıq Fondunun və “Yaşıl Obalar” çətir brendinin sosial media hesablarına yaza və ya həftə içi hər gün saat 10:00-dan 18:00-dək 012 492 57 26 nömrəsinə zəng edə bilərsiniz. Maraqlanan şəxslərə gediş-gəliş qrafiki barədə ətraflı məlumat veriləcəkdir. Turizm məkanlarına getmək arzusunda olanlardan iyul ayının 20-nə kimi müraciət formasını doldurmaları tələb olunur: https://bit.ly/3aFeWC6 ..
read more...Uncategorized
Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində müstəqil yerli ekspertlər Günay Rzazadə və Şəbnəm Nuriyeva tərəfindən “Azərbaycanda aqro/ekoturizmin inkişaf etdirilməsi üzrə Bələdçi kitabı” hazırlanıb. Bələdçi kitabı fermerlərin aqro/ekoturizm fəaliyyətinə başlamasına və ya onu inkişaf etdirməsinə kömək etmək üçün başlanğıc nöqtəsi kimi çıxış edəcək, həmçinin turizmin bu növünün təsərrüfat və icma arasındakı əlaqəni necə gücləndirə biləcəyini daha yaxşı anlamağa yardım edəcəkdir. Vəsait hazırlanarkən digər ölkələrdə həyata keçirilən aqrar turizm təcrübələri yerli şəraitə uyğunlaşdırılıb, Azərbaycanda aqroturizm perspektivləri və nümunəvi təcrübələr qeyd olunmuşdur. Bununla yanaşı, Turizm Destinasiya Konsorsiumu, marketinq planı, Azərbaycanda aqro/ekoturizm xidmət təminatçıları üçün maliyyə mənbələri və biznes planın tərtib edilməsi kimi aqroturizmlə maraqlananlar üçün önəmli hesab etdiyimiz mövzular da bələdçi kitabına əlavə edilib. Vəsait həmçinin kənd təsərrüfatı fəaliyyəti ilə bağlı uğur hekayəsinin yaradılması üçün əsas biliklərin təmin edilməsində önəmli rol oynayır. Vəsaitin 200 ədəd çap olunması və aqrar turizm maraqlı tərəfləri ilə paylaşılması nəzərdə tutulur. Maraqlanan şəxslər Avrasiya Əməkdaşlıq Fondu ilə əlaqə saxlaya bilərlər. Kitabı elektron formada əldə etmək üçün linkə daxil ola bilərsiniz: https://bit.ly/3bvoBuW ..
read more...Uncategorized
Şəhər məktəblərində təhsil alan şagirdlər bölgənin aqrar/ekoturizm məkanları ilə tanış oldular. Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi rayonu ərazisində yerləşən və layihəyə cəlb olunan aqrar/eko-turizm məntəqələrində “Məktəbdən təsərrüfata” proqramı həyata keçirildi. Proqram çərçivəsində 16-25 iyun tarixlərində Bakı və digər şəhər məktəblərində təhsil alan 500 şagird “AgriVision” layihəsinə cəlb olunan turizm müəssisələrinə səfər edib aqrar/eko-turizm konsepsiyası ilə yerində tanış oldular. Proqramın əsas məqsədi şagirdləri qida istehsalı üçün zəruri olan proseslər və resurslar haqqında maarifləndirmək və onları aqrar/eko turizm xidmətləri barədə məlumatlandırmaqdı. Bundan əlavə “Məktəbdən təsərrüfata” proqramı layihə çərçivəsində seçilmiş təsərrüfatlara yeni və ya genişləndirilmiş aqroturizm xidmətlərini sınaqdan keçirmək imkanı da vermişdir. Proqram səfərləri zamanı şagirdlər seçilmiş turizm məkanlarında təklif olunan aqrar/ekoturizm xidmətlərini müşahidə etmək, təsərrüfat daxili gəzinti ilə kənd təsərrüfatı və kənd həyatı ilə tanış olmaq şansı əldə etdilər. Həmçinin, onlar aqrar/ekoturizm xidmətlərinin digər turizm imkanları ilə necə birləşə biləcəyini, bu kimi turizm növlərinin oxşar və fərqli cəhətlərini daha yaxşı öyrənə bildilər. Bütün bu səfərlər ərzində hər bir aqrar/eko-turizm məntəqəsində təsərrüfat sahibləri tərəfindən keçirilən təqdimatlar məktəblilər tərəfindən diqqətlə dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı. Bundan əlavə olaraq, proqram çərçivəsində şagirdlərin vaxtlarını daha maraqlı keçirə bilmələri üçün turizm müəssisələri daxilində uşaq əyləncə imkanları istifadə olundu və layihə komandası tərəfindən müxtəlif oyunlar təşkil edildi. Qeyd edək ki, “AgriVision” layihəsinin icraçıları bu kimi proqramların tədris prosesinə daxil edilməsinə və öyrənmə təcrübəsini tamamlamasına kömək etmək üçün səfərdən sonra əməkdaşlıq edilən təhsil idarələrini layihə çərçivəsində hazırlanmış bələdçi kitabları ilə təmin edəcək və "Məktəbdən təsərrüfata" proqramını məktəb kurikulumunun illik komponentinə çevirmək potensialını araşdırmaq üçün Təhsil Nazirliyi ilə işləyəcəkdir. ..
read more...Uncategorized
Turizm şirkətləri nümayəndələri bölgənin ekoturizm və aqrar turizm məkanları, onların təqdim etdikləri xidmətlərlə tanış oldular. Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran, Masallı, Lerik və Astara rayonları ərazisində yerləşən və layihəyə cəlb olunan aqrar/eko-turizm məntəqələrinə turizm şirkəti nümayəndələri üçün işgüzar səfərlər təşkil edildi. Səfərin əsas məqsədi iştirakçılara seçilmiş turizm məkanlarında təklif olunan aqrar/ekoturizm xidmətlərini müşahidə etmək, xidmət təminatçıları ilə tanış olmaq, yeni və təkmilləşdirilmiş aqrar/ekoturizm xidmətlərinin cənub bölgəsinin təklif etdiyi digər turizm imkanları ilə necə birləşə biləcəyini daha yaxşı göstərmək idi. 20-22 May 2022-ci il tarixlərində baş tutan səfərdə Bakıda yerləşən 15 müxtəlif turizm şirkətini təmsil edən 19 nümayəndə iştirak etmişdir. Səfərin birinci günü Astara rayonunda yerləşən "Balıqçı Abi" və “Yaşıl Göl” istirahət müəssisəsi, Astara rayonunun Sım kəndi və Lerik rayonunda “Bal süfrəsi” və “Səfalı Göl” turizm məntəqələri tur şirkətlərinin nümayəndələrinə təqdim olunmuşdur. Səfərin ikinci günü iştirakçılar Lənkəran rayonunda yerləşən “Citrus Valley”, Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən “Obal” və günün sonunda isə Masallı rayonu Boradigah kəndində yerləşən “Misgərlik” kimi turizm məntəqələrini ziyarət etdilər. Hər bir aqro/eko-turizm məkanında keçirilən təqdimatlar iştirakçılar tərəfində qeydə alınmış və qiymətləndirmələr həyata keçirilmişdir. Qeyd edək ki, təklif olunan turizm xidmətlərinin gələcək tur paketlərə daxil edilməsi üçün şirkət rəhbərləri ilə danışıqlar aparılacağı bir çox turizm şirkətləri nümayəndələri tərəfindən qeyd olunmuşdur. ..
read more...Uncategorized
Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi rayonundan olan 10 turizm məntəqəsinin nümayəndələri 13-14 may 2022-ci il tarixlərində Batumidə keçirilən beynəlxalq turizm sərgisində iştirak etdilər. Bu tədbir üçün turizm sərgisinin seçilməsinin səbəbi hər il Azərbaycana gələn xarici turistlərin böyük hissəsinin qonşu dövlətlərin, o cümlədən Gürcüstan vətəndaşlarının təşkil etməsidir. Bundan başqa, bir sıra xarici turistlər Cənubi Qafqaza səfərlər zamanı ilk olaraq gediləcək yer kimi Gürcüstanı seçirlər və oradakı bir çox tur operatorları Azərbaycandakı turizm məntəqələrinə səfərlərin də daxil olduğu tur paketlərini satırlar. Beləliklə, xaricdən gələn turistlər ənənəvi sənət və sənətkarlıq, milli mətbəx və bütövlükdə orijinal kənd həyat tərzi ilə bağlı fəaliyyətləri müşahidə etmək və ya iştirak etməkdə maraqlı ola bilərlər. Müvafiq olaraq, layihəyə daxil olan məntəqələrə səyahət Azərbaycanın şəhərlərdə yerləşən görməli yerlərini tamamlayan orijinal bir təcrübə kimi uğurla təbliğ olunmuşdur. Sərgi üçün iştirakçıları seçərkən Lənkəran-Astara iqtisadi rayonunda yerləşən müxtəlif turizm məntəqələrinin təmsil olunmasına xüsusi diqqət yetirilib. Səfərdə 18 konsorsium üzvü iştirak edib və öz xidmətlərini/məhsullarını geniş auditoriya qarşısında nümayiş etdirməklə, eləcə də yerli və beynəlxalq şirkətlər və ziyarətçilərlə ünsiyyət qurmaqla öz bizneslərini tanıtdırmaq şansı əldə ediblər. Avrasiya Əməkdaşlıq Fondu konsorsiuma sərgi zamanı təqdim olunacaq marketinq materiallarının (məsələn, broşuralar, vərəqələr, kliplər və s.) müvafiq dillərdə hazırlanmasında köməklik göstərmişdir. Bu layihə fəaliyyətinin ən başlıca məqsədi layihədə təmsil olunan turizm məntəqələrində təklif olunan aqrar turizm xidmətlərinin xarici tur operatorları tərəfindən paket turların bir hissəsi və ya müstəqil məhsul kimi təbliğ edilməsi idi. Çoxlu sayda xarici turistlər 10 turizm məntəqəsinin çətir brendi olan “Yaşıl Obalar”ın stendində yaxınlaşaraq layihədə iştirak edən fermerlər və xidmət təminatçıları ilə tanış oldular. ..
read more...Uncategorized
Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran, Masallı, Lerik və Astara rayonları ərazisində yerləşən və layihəyə cəlb olunan aqrar/eko-turizm məntəqələrinə media tur təşkil edilib. 22-24 aprel 2022-ci il tarixlərində baş tutan səfərdə 18 müxtəlif media orqanını təmsil edən 21 jurnalist iştirak edib. Tur zamanı jurnalistlər layihəyə aid olan turizm məntəqələri və konsorsiumlarda olub, layihə çərçivəsində yaradılmış aqroturizm imkanları ilə yaxından tanış olublar. Səfərin birinci günü jurnalistlər Astara rayonunun Sım kəndində yerləşən “Bal Qayası”, Səncərədi kəndində yerləşən “Yaşıl Göl”, Kijəbə kəndində yerləşən “Balıqçı Abi” və günün sonunda Lənkəran rayonunda yerləşən “Citrus Valley” turizm məntəqələrini ziyarət ediblər. Səfərin ikinci günü Lerik rayonunun Piran kəndində yerləşən “Bal süfrəsi”, Lerik rayonunun Bilnə kəndində yerləşən “Səfalı Göl”, Masallı rayonunun Boradigah kəndində yerləşən “Misgərlik” və Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən “Obal” turizm məntəqələrini ziyarət etdilər. İndiyə qədər jurnalistlər tərəfindən 20-dən çox məqalə və reportaj hazırlanıb. Bu nəşrlər “aqrar turizm”in tanınmasına, turistlərin Azərbaycanın cənub bölgəsinə cəlb olunmasına, bununla da, yerli əhalinin məşğulluğunun və gəlirlərinin artırılmasına kömək edir. ..
read more...Uncategorized
Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Lənkəran-Astara iqtisadi regionunda həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində “Biznes Plan Müsabiqəsi” qalibləri elan olunmuşdur. “Biznes Plan Müsabiqəsi”nə təsərrüfat sahibi və xidmət təminatçılarından ibarət ümumilikdə 53 iştirakçı müraciət etmiş və onlardan müsabiqə şərtlərinə tam uyğun gələn 30 iştirakçı qalib gəlmişdir. İştirakçılar biznes planın ümumi keyfiyyəti, idea, layihənin icrası, marketinq və maliyyə planlaşdırılması kriteriyaları üzrə Azərbaycan Turizm Bürosu, Azərbaycan Turizm və Menecment Universiteti, Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondunun nümayəndələri və bir müstəqil ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin məqsədi Lənkəran-Astara iqtisadi rayonunda seçilmiş turizm məntəqələrində yeni aqrar/eko-turizm xidmətlərinin yaradılması, habelə mövcud olan bizneslərə öz aqrar/eko-turizm xidmətlərini təkmilləşdirmək üçün investisiyaların yatırılması, gəlir mənbələrinin şaxələndirilməsi və kənd yerlərində məşğulluq imkanlarının artırılmasına töhvə verməkdir. Qeyd etmək lazımdır ki, biznes planının hazırlanması və təkmilləşdirilməsi prosesi özü təsərrüfat sahibləri və xidmət təminatçılarının potensialının artırılması üçün əlavə bir vasitə rolu oynamışdır. Biznes planların turizm məntəqələrinin inkişaf strategiyalarına uyğunlaşdırılması tələbi isə inkişafda tutarlılığı, strategiyaların tətbiqini daha da artırır və turizm konsorsiumlarındakı tərəfdaşlığı gücləndirir. Nəhayət, müsabiqə qaliblərinə veriləcək 2000 avroya qədər mükafat məbləği turizm məkanlarının inkişaf strategiyalarının həyata keçirilməsi üçün ehtiyac duyulan vəsaiti təmin edir. Regional dövlət qurumlarının nümayənləri və müsabiqə müraciətçilərinin iştirakı ilə Lənkəran şəhərində keçirilən tədbir zamanı “Biznes Plan Müsabiqəsi” qalibləri elan olunmaqla yanaşı, qaliblərə mükafat fondunun verilməsi və xərclənmə şərtləri barədə ətraflı məlumat verilmişdir ..
read more...