» Uncategorized

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Uncategorized

20 İyun 2017-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və İsveç Krallığının səfirliyinin dəstəyi ilə AƏF Azərbaycan "Yeddi" sənədli tamaşasının Yarat müasir incəsənət məkanında göstərilməsinə kömək etdi. Qonaqları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və İsveç səfiri İnqrid Tersman açılış nitqi ilə salamladılar. Daha sonra tanınmış ictimai fəallar olan oxucular səhnəyə ssenarini oxumağa dəvət edildi. Yeddi, Vital Voices Global Partnership dəstəyi ilə 2007-ci ildə yaradılmış bir sənədli tamaşadır. Tamaşa dünyanın müxtəlif yerlərindən olan 7 qadın hüquq fəalları ilə müsahibə əsasından hazırlanıb. Qısa bir xəstəlikdən sonra 2013-ci ilin yanvar ayında dünyasını dəyişən İnez McCormackdan savayı digər qadın hüquq fəalları hal-hazırda fəaliyyətdədirlər. Yeddi tamaşası Paula Cizmar, Catherine Filloux, Gail Kriegel, Carol K. Mack, Ruth Margraff, Anna Deveare-Smith və Susan Yankowitz tərəfindən yazılıb. Rusiya, Pakistan, Nigeriya, Şimali İrlandiya, Əfqanıstan, Qvatemala və Kamboca ölkələrindən olan yeddi qadın aktivist müxtəlif yollarla öz həyatlarını həm özlərinin, həm də digər əsas insan hüquqlarının təmin edilməsinə həsr ediblər. Çox güclü və qapalı bir şəkildə tamaşa onların  güclərini və cəsarətini əhatələyir. Mövzunun universallığı hər bir işi təsirli edir və oxu tez-tez auditoriya və ya oxucuların şəxsi təcrübələrini paylaşması ilə nəticələnir...

read more...

Uncategorized

Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində insan hüquqları və demokratikləşmə sahəsində öhdəliklərə uyğun olaraq, Avropa İttifaqı və BMTİP Azərbaycanda vətəndaş cəmiyyətinin rolu və potensialının gücləndirilməsi və qorunması sahəsində ümumi məqsədlə müqavilə imzaladılar.  Avropa İttifaqı və BMTİP tərəfindən maliyyələşdirilən "Həssas əhalinin sosial-iqtisadi hüquqlarının inkişafında vətəndaş cəmiyyətinin daha çox rol oynamasına imkan yaratmaq" çərçivəsində insan hüquqları və əsas azadlıqları nəzərdə tutulur. Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı-BMTİP Tərəfdaşlığı çərçivəsində 12 Vətəndaş Cəmiyyəti Təşkilat tərəfdaşlarından biri olaraq, sentyabr 2016-cı ildən 2017-ci il tarixləri arasında Strateji Əməkdaşlıq və İnkişaf və İdarəetmə Koordinasiya təşəbbüsü çərçivəsində bir sıra tədbirlər həyata keçirilməsində kömək etdi. AƏF regional QHT-lərin və onların seçicilərinin ehtiyaclarını daha yaxşı həll etmək üçün müxtəlif növ vasitələrə kömək etdi.  AƏF, geniş potensial yaradılması (həm də institusional və ictimai siyasət və effektiv təbliğat ilə əlaqəli) ilə yanaşı regional QHT şəbəkə üzvlərinə yerli müəyyən edilmiş ehtiyaclara cavab verən kiçik miqyaslı təşəbbüsləri həyata keçirmələrinə imkan yaratdı. Hədəf qrupu 30 yerli vətəndaş cəmiyyəti təşkilatından, yerli hakimiyyət orqanları , o cümlədən EXCOMs, regional və milli səviyyədə müxtəlif dövlət qurumları, hədəf bölgələrinin bələdiyyələri, həmçinin Quba, Mingəçevir və Şirvan bölgələrində 3 QHT Resurs Mərkəzindən ibarət idi. Məqsəd, bir tərəfdən regional şəbəkələr, müntəzəm koordinasiya iclasları, vətəndaş cəmiyyəti təşkilatlarının tematik işçi qrupları arasında, digər tərəfdən bələdiyyələr, EXCOM və digər hökumət təşkilatları da daxil olmaqla, milli və yerli hakimiyyət orqanları arasında qarşılıqlı fəaliyyətlərin innovativ formalarının təşviqi yolu ilə vətəndaş cəmiyyəti təşkilatlarının siyasi proseslərə giriş mexanizmlərinin inkişafına yönləndirmək  və yerli və milli səviyyədə belə tədbirlər üçün əlverişli mühitə nail olmaq idi...

read more...

Uncategorized

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Niderlandiya Krallığının Xarici İşlər Nazirliyinin Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının cəlb edilməsi üçün olan Kiçik Qrant Proqramına kömək etdi. Proqram, vətəndaş cəmiyyəti sektorunun insan hüquqları, demokratikləşmə və yaxşı idarəetmə məsələləri ətrafında Azərbaycan hökumətinin ictimai nəzarətini və iştirakını yaxşılaşdırmaq üçün səmərəli şəkildə müdafiə etmək bacarığını gücləndirməyə çalışdı. AƏF tərəfindən maliyyələşdirilmiş təşkilatlara davamlı dəstək və kiçik qrantlar vasitəsilə (qrant alanların ehtiyacları ilə müəyyən sahələrdə təlim və potensialın artırılması üçün imkanlar daxil olmaqla) AƏF vətəndaş cəmiyyəti təşkilatlarına  hökumətin hərəkətlərini izləmək və / və ya qiymətləndirmək üçün ictimaiyyəti səfərbər etməyə, mesajlarını geniş ictimaiyyətə çatdırmaq üçün yeni və ənənəvi KİV-lərlə birgə əməkdaşlıq  və onların tövsiyələrini hökumət rəsmilərinə açıqlamaq üçün imkan yaratdı. Nəticələr insan hüquqları, demokratikləşmə və yaxşı idarəetmə sahələrində monitorinq, təbliğat, bacarıqların artırılması və informasiya kampaniyalarının təşviq edilməsi üzrə işləyən canlı vətəndaş cəmiyyətinin inkişafına yönəlib. Proqram haqqında daha ətraflı məlumat üçün proqramın rəqəmsal broşürünə baxa bilərsiniz: Vətəndaş-Cəmiyyəti-Təşkilatlarının-İştiraklılığlının-Artırılması.pdf..

read more...
1234