» Qoşul! Gənclər arasında vətəndaş cəmiyyətinin gücləndirilməsi

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Qoşul! Gənclər arasında vətəndaş cəmİyyətİnİn gücləndİrİlməsİ

Avrasiya Əməkdaşlıq Fondu və Teodor Hoyss Kollegiyası Cənubi Qafqazda gənclər arasında vətəndaş aktivliyinin gücləndirilməsi məqsədilə 2009-cu ilin fevral ayında Qoşul! Proqramını başladıb. Layihə iştirakçıları peşəkarlıqlarını yüksəltmək, öz icmalarının təkmilləşməsində rol oynamaq və idarəetmə bacarıqlarını inkişaf etdirmək üçün fürsət əldə ediblər. Regional səviyyədə keçirilməsi iştirakçılara mədəniyyətlər arası kommunikasiya bacarıqlarını əldə etməyə və qonşu ölkələrdən həmfikirləri ilə görüşməyə imkan verib.

Hər il 18-25 yaş arasında 5-8 gənc müsabiqə yolu ilə proqram idarəçiliyi treyninqində iştirak etmək üçün seçilir. Treyninqin məqsədi gənclərə yaxşı ideyaları doğru alətlərlə birləşdirərək bilavasitə ətraf mühitlərini formalaşdırmağı öyrətməkdir. Öz təşəbbüslərini həyata keçirmələri üçün iştirakçılara kiçik maliyyə dəstəyi veriləcək. Bu təşəbbüslər əsasən ölkələr arası kommunikasiya ilə bağlı kiçik miqyaslı icma layihələridir. Birlikdə çalışaraq, onlar həm öz cəmiyyətlərində, həm də regional səviyyədə könüllü layihələri həyata keçirirlər. Beləcə onlar əməkdaşlığın yeni formaları ilə tanış olur və özlərinin layihə idarəçiliyi bacarıqlarını təkmilləşdirirlər.

Tərəfdaşlar: Teodor Hoyss Kollegiyası Almanyanın Robert Boş Stiftunq fondunun proqramıdır. Fond Robert Boşun və məzunları tərəfindən əsası qoyulan MitOst beynəlxalq qeyri-kommersiya assosiyasiyasının xeyriyyəçi tələbləri ilə məşğul olur. Proqram Almanya Federal Ofisinin Zivik Proqramı və Xarici Mədəni Əlaqələr İnsitutunun birgə layihəsidir.

TƏDBİRLƏR

There are no upcoming events at this time.