» Turizm şirkətləri cənub bölgəsinin aqroturizm imkanları ilə tanış oldular.

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Turİzm şİrkətlərİ cənub bölgəsİnİn aqroturİzm İmkanları İlə tanış oldular.

Turizm şirkətləri nümayəndələri bölgənin ekoturizm və aqrar turizm məkanları, onların təqdim etdikləri xidmətlərlə tanış oldular.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran, Masallı, Lerik və Astara rayonları ərazisində yerləşən və layihəyə cəlb olunan aqrar/eko-turizm məntəqələrinə turizm şirkəti nümayəndələri üçün işgüzar səfərlər təşkil edildi. Səfərin əsas məqsədi iştirakçılara seçilmiş turizm məkanlarında təklif olunan aqrar/ekoturizm xidmətlərini müşahidə etmək, xidmət təminatçıları ilə tanış olmaq, yeni və təkmilləşdirilmiş aqrar/ekoturizm xidmətlərinin cənub bölgəsinin təklif etdiyi digər turizm imkanları ilə necə birləşə biləcəyini daha yaxşı göstərmək idi.

20-22 May 2022-ci il tarixlərində baş tutan səfərdə Bakıda yerləşən 15 müxtəlif turizm şirkətini təmsil edən 19 nümayəndə iştirak etmişdir. Səfərin birinci günü Astara rayonunda yerləşən  “Balıqçı Abi” və “Yaşıl Göl” istirahət müəssisəsi, Astara rayonunun Sım kəndi və Lerik rayonunda “Bal süfrəsi” və “Səfalı Göl” turizm məntəqələri tur şirkətlərinin nümayəndələrinə təqdim olunmuşdur.

Səfərin ikinci günü iştirakçılar Lənkəran rayonunda yerləşən “Citrus Valley”, Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən “Obal” və günün sonunda isə Masallı rayonu Boradigah kəndində yerləşən “Misgərlik” kimi turizm məntəqələrini ziyarət etdilər.

Hər bir aqro/eko-turizm məkanında keçirilən təqdimatlar iştirakçılar tərəfində qeydə alınmış və qiymətləndirmələr həyata keçirilmişdir. Qeyd edək ki, təklif olunan turizm xidmətlərinin gələcək tur paketlərə daxil edilməsi üçün şirkət rəhbərləri ilə danışıqlar aparılacağı bir çox turizm şirkətləri nümayəndələri tərəfindən qeyd olunmuşdur.

Aİ layihəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil edir.

“Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri layihə tərəfindən qarşılanır. “Açıq Təsərrüfat Günləri” […]

Read More Jul 15

Azərbaycanda aqro/ekoturizmin inkişaf etdirilməsi üzrə Bələdçi kitabı hazırlanmışdır.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində müstəqil yerli ekspertlər Günay Rzazadə və Şəbnəm Nuriyeva tərəfindən “Azərbaycanda aqro/ekoturizmin inkişaf etdirilməsi üzrə Bələdçi kitabı” hazırlanıb. Bələdçi kitabı fermerlərin aqro/ekoturizm fəaliyyətinə başlamasına və ya onu inkişaf etdirməsinə kömək etmək üçün başlanğıc nöqtəsi kimi çıxış edəcək, […]

Read More Jul 5

Lənkəran-Astara iqtisadi rayoununda “Məktəbdən təsərrüfata” proqramı icra olundu.

Şəhər məktəblərində təhsil alan şagirdlər bölgənin aqrar/ekoturizm məkanları ilə tanış oldular. Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi rayonu ərazisində yerləşən və layihəyə cəlb olunan aqrar/eko-turizm məntəqələrində “Məktəbdən təsərrüfata” proqramı həyata keçirildi. Proqram çərçivəsində 16-25 iyun tarixlərində Bakı və digər şəhər […]

Read More Jul 2