Uncategorized
Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun birgə həyata keçirdiyi “AgriVision” layihəsi çərçivəsində 27 yanvar 2022-ci il tarixində Bakı şəhərində “Aqrar-turizm İnvestisiya Forumu” keçirilib. “AgriVision” layihəsinin strateji məqsədi əlavə məşğulluq və gəlirin yaradılması üçün bazara əsaslanan həlləri təşviq etməklə kənd yerlərinin inkişafına dəstək verməkdir. Daha dəqiq desək, layihə Azərbaycanın şəhər və kənd əhalisi arasında əlaqəni gücləndirməklə yanaşı, kənd təsərrüfatı və turizmi yeni məhsul və xidmətlərdə birləşdirərək Azərbaycanın cənub bölgələrindəki kənd təsərrüfatlarına gəlirlərini artırmağa imkan yaradan davamlı, təkrarlana bilən aqrar/eko-turizmin inkişaf mexanizmini sınaqdan keçirməyə hədəflənir. Layihənin əsas məqsədi qeyri-neft sektorunun genişləndirilməsi, eləcə də şəhər və kənd yerləri arasında gəlir fərqinin aradan qaldırılması ilə bağlı Azərbaycan hökumətinin inkişaf məqsədlərinə uyğundur. Layihə Avropa İttifaqının “Azərbaycanın İnteqrasiya edilmiş Regional İnkişafı (IRDA)” 2015-ci il üçün İllik Fəaliyyət Proqramının bir hissəsi kimi həyata keçirilir. İnvestisiya forumunun keçirilməsində əsas məqsəd Lənkəran-Astara iqtisadi rayonundan olan fermerlər və xidmət təminatçılarına “AgriVision” layihəsinin köməyi ilə yaradılan fərdi turizm məkanlarının inkişaf strategiyalarını və biznes planlarını potensial investorlara təqdim etmək üçün platforma təklif etməkdir. Həmçinin, qeyd etmək lazımdır ki, layihə çərçivəsində bacarıqların artırılması tədbirlərində iştirak etmiş təsərrüfat sahibləri və xidməd təminatçıları arasında keçirilmiş "Biznes Plan Müsabiqəsi" çərçivəsində də qalib gələn iştirakçılara öz biznes planlarını reallaşdırmaları üçün kiçik məbləğdə qrant mükafatları (2000 avroya qədər) nəzərdə tutulmuşdur. Forum həm də dövlət qurumları üçün mövcud siyasət çərçivəsini və Azərbaycanda aqrar turizmlə bağlı inkişafı dəstəkləyən tədbirləri təqdim etmək, eləcə də iştirakçılardan panel müzakirələri vasitəsilə bu cür siyasət və tədbirlərin necə daha da təkmilləşdirilə biləcəyəni dinləmək üçün bir fürsətdir. Avropa İttifaqının şaxələndirilmiş, səmərəli və müasirləşmiş qeyri-neft sektoruna bağlı yeni iqtisadi struktura keçmək üçün Azərbaycanı davamlı olaraq dəstəklədiyini vurğulayan Avropa İttifaqının Azərbaycandakı səfiri cənab Peter Mixalko açılış nitqində qeyd edib: “Davamlılığa diqqət yetirməklə dayanıqlı kənd təsərrüfatı və kənd yerlərinin inkişafı Azərbaycanla əməkdaşlığın prioritet sahəsidir. Yerli qida və kənd təsərrüfatı irsi ilə əlaqəli aqroturizm fermalarda çox ehtiyac duyulan gəlirin şaxələndirilməsini təmin edən Aİ-nin kənd təsərrüfatı ilə bağı iqtisadiyyatının önəmli sektoruna çevrilib və biz bu sahədə öz siyasətimizi və təcrübələrimizi tərəfdaşlarımızla bölüşməkdən məmnunuq. Mən fərqli landşaftı, zəngin biomüxtəlifliyə məxsus təsərrüfatı və təsərrüfat ənənələri olan Azərbaycanda aqroturizmin inkişafı üşün böyük potensial görürəm. Bu gün investisiya ideyalarını təqdim edən fermerlərə bizneslərində uğurlar arzulayıram.” Aqrar turizmin inkişafı Kənd Təsərrüfatı Nazirliyinin və onun struktur qurumu olan Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) əsas prioritet istiqamətlərindən biri olduğundan, AKİA-nın sədr müavini Leyla Məmmədova aqrar turizmin təkmilləşdirilməsi istiqamətində yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində çoxsaylı layihələrin həyata keçirildiyini qeyd edib: “Bu layihələrdən biri də Avropa İttifaqı ilə birgə və onun dəstəyi ilə həyata keçirilən “Kənd təsərrüfatına dövlət dəstəyinin effektivliyini və səmərəliliyini artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin potensialının gücləndirilməsi” - Tvinninq layihəsidir. Layihə çərçivəsində kənd yerlərinin inkişafı siyasəti kontekstində Azərbaycanda milli aqroturizm sisteminin işə salınması üçün zəruri addımları əks etdirən Fəaliyyət Planı da daxil olmaqla aqroturizm sektoru üçün təlimatlar işlənib hazırlanmışdır”. KOB Dostu Departamentinin direktor müavini Rauf Tağıyev öz çıxışında “AgriVision” layihəsini sıx əməkdaşlıq etdiyinə görə vurğulayaraq, qurumun ötən il ərzində müvafiq sahədə gördüyü işlər barədə ətraflı məlumat verib: “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB subyektlərinin, o cümlədən turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dəstəklənməsi, onların problemlərinin öyrənilməsi və həlli istiqamətlərində müzakirələrin aparılması məqsədi ilə tək 2021-ci ildə 12 mövzu üzrə 2000-dən çox respondent arasında 15 sorğu keçirmiş; aidiyyəti dövlət qurumlarının, həmçinin Dövlət Turizm Agentliyi, Azərbaycan Turzim Bürosu, Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşlarının, qeyri-hökumət təşkilarının nümayəndələrinin və 3000-dən çox sahibkarın iştirakı ilə görüşlər, KOB-ların bilik və bacarıqlarının artırılması məqsədi ilə təlimlər keçirilmişdir.” Tədbirdə 40-a yaxın özəl investorlar, banklar, kiçik və orta sahibkarlıq, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı ilə məşğul olan dövlət qurumları, eləcə də Azərbaycanda bu sahədə çalışan beynəlxalq təşkilatlar iştirak edib. ..
read more...Uncategorized
Bakıda investisiya forumu keçiriləcək. Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və Konstitusiya Araşdırmalar Fondunun birgə həyata keçirdiyi “AgriVision” layihəsi çərçivəsində 27 yanvar 2022-ci il tarixində Bakı şəhərində “Aqrar-turizm İnvestisiya Forumu” təşkil olunacaq. Forum Lənkəran-Astara iqtisadi rayonundan olan təsərrüfat sahibləri və xidmət təminatçıları üçün turizm məkanlarının strategiyalarını və biznes planlarını potensial dövlət və özəl investorlara təqdim etmək üçün platforma rolunu oynayacaq. İnvestorlar arasında dövlət qurumları; kənd yerlərinin, kənd təsərrüfatının və turizmin inkişafı sahəsində çalışan beynəlxalq donor təşkilatları; kiçik və orta fermer təsərrüfatları və müəssisələrlə əməkdaşlıq edən maliyyə institutları; eyni zamanda kənd yerlərində turizm imkanlarının maliyyələşdirilməsində maraqlı olan dövlət və özəl şirkətlər; eləcə də fərdi sahibkarlar olacaq. İnvestisiya Forumu qapalı tədbir olub yalnız dəvət olunanlar ilə birlikdə keçiriləcəkdir. Tədbirdə təsərrüfat sahibləri və investorlar olmaqla 2 hissəli panel müzakirəsi və müvafiq sahənin mütəxəssislərindən ibarət spiker çıxışları da nəzərdə tutulur. Yeni əlaqələr, yeni imkanlarla bol olan tədbir regiondan gələn iştirakçılara həmçinin təklif etdikləri xidmət və məhsulları potensial investorlara təqdim etmək imkanı da qazandırmış olacaq. Bununla yanaşı, aqrar turizm sahəsində mövcud çətinlik və imkanlar barədəsində məlumatlandırıcı xarakter daşıyan forum şəhər ilə kənd arasındakı əlaqəni gücləndirməyə də xidmət edəcək. Aqrar və eko-turizm üzrə maraqlı tərəflərin və xidmət təminatçılarının potensialını daha da gücləndirəcək tədbir ölkəmizin cənub zonasında olan mövcud turizm məntəqələrinin görünürlülük imkanını da artıracaqdır. ..
read more...Uncategorized
Client: Eurasia Partnership Foundation (EPF) Description of Assignment: Mentorship in the preparation of the manual on agri / ecotourism Duration of Assignment: 3 months Contract Type: Service Contract Deadline for applications: January 16, 2022 BACKGROUND/OVERVIEW: With the financial support of the European Union, Eurasia Partnership Foundation in partnership with “Constitution” Research Foundation is implementing a 24-month "AgriVision" project in Lankaran economic region. The goal of the project is to create and test a sustainable replicable agro-tourism / ecotourism development mechanism that would help rural households in the southern region of Azerbaijan to increase their revenue and intensify the connection between urban and rural in Azerbaijan. One of the main goals of the project is to strengthen the capacity of public and private agri/eco-tourism stakeholders, also providers of business advisory services. To that end, Eurasia Partnership Foundation is forming a group of local business and tourism development experts in order to develop the manual for current and potential providers of agri/ecotourism services in Azerbaijan. OBJECTIVES, SCOPE OF WORK, COMPETENCIES Objectives: The manual will be based on materials developed during similar projects in other countries in the region and adapted to local conditions with practical instructions on how to develop the concept, acquire financing and effectively manage businesses in the agri/ecotourism sector. This manual will serve as a means of disseminating the knowledge gained during the project, which can be used to replicate or expand the project activities in other regions of Azerbaijan. The manual will also include new materials developed during the implementation of this project, such as: Recommendations for creation and management of the Tourism Destinations (TD) consortia;Format and samples of TD development strategies;Format and samples of business plans for the providers of agro-tourism and ecotourism services;Sources of funding for the agri / ecotourism services in Azerbaijan;Platforms and strategies for promoting agri / ecotourism services in Azerbaijan;Contact information of organizations and individual consultants providing agri / ecotourism business development guidance in Azerbaijan. Scope of Work: The specialist will conduct research with the team who will prepare the manual and review the existing literature to increase awareness on agri/ecotourism destinations, the development of this type of tourism in our country and the real situation; At the same time, the specialist will review the materials provided by the project team and if necessary will make some adjustments to the manual content in accordance with the feedback of the project team or their partners; Mentorship in the preparation of the “Manual on Agri / ecotourism” Competencies: Professionalism: Maintains the highest standards of efficiency, competency, ethics and integrity;Understands and applies fundamental concepts and principles of a professional discipline or technical specialty relating to the assignment;Demonstrates professional competence, has conscientious approach and meets commitments, observes deadlines and achieves results;Shows persistence when faced with difficult problems or challenges. Knowledge Sharing and Learning: Shares knowledge and experience;Actively works towards continuing personal learning through self-directed study and other means of learning;Demonstrates openness to change and ability to manage complexities . KEY DELIVERABLES AND TIMEFRAME Surveys and review of the existing literature 01 February 2022 – 28 February 2022Assisting the preparation of the draft of the manual 01 March 2022 – 31 March 2022Mentorship in the preparation of the “Manual on the agri / ecotourism” 01 April 2022 – 30 April 2022 REPORTING: The incumbent will be reporting to the Project Manager. The incumbent must ensure timely fulfillment of his/her assisting and support actions, thus making sufficient contribution to the timely preparation and submission of the inputs. The expert shall maintain regular communication and coordination with all parties overseeing the implementation of his/her duties. MONITORING: The monitoring of fulfillment of the assignment by the specialist will be conducted by Eurasia Partnership Foundation’s experts and manager of the concerned project. SELECTION CRITERIA: University Degree in the related fields. An advanced degree will be considered as an advantage;Experience in the relevant field;Work experience with the educational institutions of Azerbaijan will be considered as an advantage. PAYMENT TERMS Payment – within 7 (seven) days upon completion of tasksPayments will be made in accordance with Service Contract HOW TO APPLY: Interested candidates are invited to send financial offer and CV/resume to info@epfound.az by January 16 2022. Please, write “preparation of a manual” as a position title in the subject line. Only shortlisted candidates will be contacted. ..
read more...Uncategorized
Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində, gənclər üçün “Münaqişə Məktəbi”nə qəbul elan edir. “Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. “Münaqişə Məktəbi” müxtəlif mövzularda təlim seminarları və mühazirələrdən ibarət olacaq. Seminar və mühazirələr sülh, müharibə və münaqişələrin sosiologiyası, sosial münaqişə nəzəriyyələri, beynəlxalq humanitar hüquq normaları kimi nəzəri mövzularla yanaşı, qaçqın və məcburi köçkünlərin vəziyyəti, medianın münaqişənin nizamlanmasında rolu və təhlükəsizlik məsələləri, xalq diplomatiyası və sülhyaratma təşəbbüsləri kimi müxtəlif aktual mövzuları əhatə edir. “Münaqişə Məktəbi”ndə təlim seminarı aparmaq və mühazirə vermək üçün müstəqil ekspertlər, elm adamları və dövlət qurumlarının təmsilçiləri dəvət olunacaq. “Münaqişə Məktəbi ”ni uğurla başa vurmuş iştirakçılar sosial fəaliyyətləri üçün kiçik maliyyə dəstəyi əldə etmək imkanına sahib olacaqlar. Maliyyə imkanından əlavə “Alumni+network” iştirakçıları üçün nəzərdə tutulmuş təlim və tədbirlərə qatıla biləcəklər. “Münaqişə Məktəbi″də iştirak üçün 18-28 yaş aralığında olan tələbələr, yeni məzun olmuş gənclər və gənc mütəxəssislər müraciət edə bilər. Seçim müraciət edənlərin münaqişə sahəsinə olan marağı və təhsil göstəriciləri əsasında həyata keçiriləcəkdir. İştirakçıların seçilməsi müraciət formu və müsahibələr əsasında aparılacaqdır. “Münaqişə Məktəbi” 4 – 14 fevral 2022-ci il tarixlərində Bakıda həyata keçiriləcək. Məktəbin keçirilmə formatı offlayndır, COVİD-19 pandemiyası ilə bağlı tövsiyyə edilən bütün təlimatlara riayət olunacaqdır. “Münaqişə məktəbi” boyunca iştirakçılar sadəcə nahar və çay fasiləsi ilə təmin olunacaqlar. Nəzərə almağınızı xahiş edirik ki, ölkə kənarında və Bakıdan kənarda yaşayan iştirakçıların yaşayış və yaşayışla bağlı digər xərcləri qarşılanmayacaq. “Münaqişə Məktəbi”ndə iştirak etmək üçün 18 yanvar 2022-ci il tarixinədək müraciət formasını qeyd edilən keçidə daxil olaraq tamamlamağınızı xahiş edirik: https://forms.gle/3vTRycatZX3UMBsX8. Namizədlərin müsahibəyə dəvət edilməsi və seçilməsi müraciət etmə tarixinə əsasən aparılacaq. Bunun üçün iştirakçılardan mümkün qədər tez müraciət etməyini xahiş edirik. Təlim proqramı Azərbaycan dilində keçiriləcək. Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş Fond, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur. ..
read more...Uncategorized
Sifarişçi: Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Tapşırığın təsviri: Aqrar/ekoturizm üzrə bələdçi kitabının hazırlanması Tapşırığın müddəti: 3 ay Müqavilənin növü: Xidmət müqaviləsi Müraciət üçün qəbul olunan son tarix: 16 Yanvar 2022 TƏSVİR / XÜLASƏ: Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda 24 aylıq "AgriVision" layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki kənd ailələrinə gəlirlərini artırmağa və Azərbaycanda şəhər ilə kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, təkrarlana bilən aqrar-turizm / ekoturizmin inkişaf mexanizmi yaratmaq və sınaqdan keçirməkdir. Layihənin əsas hədəflərindən biri də dövlət və özəl aqrar/eko-turizm üzrə maraqlı tərəflərin və biznes məsləhət xidməti təminatçılarının potensialını gücləndirməkdir. Bu məqsədlə Avrasiya Əməkdaşlıq Fondu Azərbaycanda mövcud və potensial aqrar / ekoturizm xidmət təminatçıları üçün bələdçi kitabı hazırlamaq məqsədilə biznes və turizmin inkişafı üzrə yerli mütəxəssislər qrupu formalaşdırır. MƏQSƏD, İŞİN MƏZMUNU VƏ BACARIQLAR: Məqsəd: Bələdçi kitabının əsasını bölgədəki digər ölkələrdə oxşar layihələr zamanı hazırlanan və yerli şəraitə uyğunlaşdırılmış, konsepsiyanı necə inkişaf etdirmək, maliyyələşdirmə əldə etmək və aqrar / ekoturizm sektorunda biznesin səmərəli idarə olunmasına dair praktiki təlimatları özündə əks etdirən materiallar təşkil edəcək. Bu kitabça Azərbaycanın digər regionlarında layihə fəaliyyətlərini təkrarlamaq və ya genişləndirmək üçün istifadə oluna bilən, layihə zamanı qazanılmış biliklərin yayım vəsaiti kimi xidmət edəcəkdir. Bələdçi kitabına bu layihənin icrası zamanı hazırlanmış yeni materiallar da daxil ediləcək: - Turizm Məkanları (TM) konsorsiumlarının yaradılması və idarə olunması üçün tövsiyələr; - TM inkişaf strategiyalarının formatı və nümunələri; - Aqrar / ekoturizm xidmətləri göstərənlər üçün biznes planlarının formatı və nümunələri; - Azərbaycanda aqrar / ekoturizm xidmətləri göstərənlərin maliyyələşmə mənbələri; - Azərbaycanda aqrar / ekoturizm xidmətlərinin təşviqi üçün platformalar və strategiyalar; - Azərbaycanda aqrar / ekoturizm biznesinin inkişafı üzrə təlimat verən təşkilatların və fərdi məsləhətçilərin əlaqə məlumatları. İşin məzmunu : Bələdçi kitabını hazırlayan mütəxəssis aqrar / eko-turizm məkanları, bu növ turizmin ölkəmizdə inkişafı və real vəziyyət barədə məlumatlılığını artırmaq üçün araşdırmalar aparacaq və mövcud ədəbiyyatı nəzərdən keçirəcək;Eyni zamanda, layihə komandasının təmin etdiyi materiallarla tanış olub, həmin məlumatları bələdçi kitabının məzmununa daxil edəcək və lazım olduğu təqdirdə layihə komandası və ya onların əməkdaşlıq etdiyi tərəfdaşların rəylərinə uyğun olaraq həmin məzmunda müəyyən tənzimləmələr edəcək;Sifarişçi tərəfindən müəyyən olunmuş vaxt ərzində “Aqrar / ekoturizm üzrə bələdçi kitabı”nı hazırlayacaq. Bacarıqlar: Peşəkarlıq: • Ən yüksək effektivlik, səriştəlilik, etik və dürüstlük standartlarını qoruyub saxlamaq; • Tapşırıqla əlaqəli peşəkar intizamın və ya texniki ixtisasın əsas konsepsiya və prinsiplərini başa düşmək və tətbiq etmək; • Peşəkar bacarıq nümayiş etdirmək, vicdanla yanaşma və öhdəliklərə əməl etmək, son tarixləri nəzarət etmək və nəticələr əldə etmək; • Çətin problemlərlə və ya çətinliklərlə qarşılaşdıqda əzmkarlıq göstərmək. Biliyin Paylaşılması və Öyrənmə: • Bilik və təcrübə mübadiləsini aparmaq; • Öz-özünə öyrənmə və digər öyrənmə vasitələri ilə davamlı fərdi öyrənmə istiqamətində fəal işləmək; • Dəyişməyə açıq olduğunu və çətinlikləri idarə etmək bacarığını nümayiş etdirmək. ƏSAS ÇATDIRILMA VƏ VAXT MÜDDƏTİ: Araşdırmalar və mövcud ədəbiyyatın nəzərdən keçirilməsi 01 Fevral 2022 – 28 Fevral 2022Bələdçi kitabının ilkin nümunəsi 01 Mart 2022 – 31 Mart 2022“Aqrar / ekoturizm üzrə bələdçi kitabı” 01 Aprel 2021 – 30 Aprel 2022 HESABAT: Vəzifə sahibi Layihə Menecerinə hesabat təqdim edəcəkdir. Vəzifə sahibi kömək və dəstək fəaliyyətlərinin vaxtında yerinə yetirilməsini təmin etməli, məlumatların vaxtında hazırlanması və təqdim edilməsi ilə bağlı kifayət qədər töhfə verməlidir. Mütəxəssis vəzifələrinin icrasına nəzarət etmək məqsədilə bütün tərəflərlə mütəmadi olaraq əlaqə saxlamalı və əlaqələndirməni təmin etməlidir. MONİTORİNQ: Ekspert tərəfindən tapşırığın yerinə yetirilməsinin monitorinqi Avrasiya Əməkdaşlıq Fondunun mütəxəssisləri və layihənin meneceri tərəfindən aparılacaqdır. SEÇİM KRİTERİYALARI: Müvafiq sahələrdə universitet dərəcəsi. Yüksək elmi dərəcələr üstünlük olaraq nəzərə alınacaqdır;Müvafiq sahədə təcrübə;Azərbaycanda təhsil strukturları ilə iş təcrübəsi üstünlük olaraq hesab ediləcək. ÖDƏMƏ ŞƏRTLƏRİ: Ödəniş - tapşırıqlar bitdikdən sonra 7 (yeddi) gün ərzində ediləcək;Ödənişlər Xidmət Müqaviləsinə uyğun olaraq həyata keçiriləcəkdir. NECƏ MÜRACİƏT ETMƏK OLAR: Maraqlanan namizədlər 16 yanvar 2022-ci il tarixinədək maliyyə təklifi və CV / tərcümeyi-hallarını info@epfound.az elektron poçt ünvanına göndərmələri üçün dəvət olunur. Zəhmət olmasa, mövzu hissəsində vəzifə adı olaraq “bələdçi kitabının hazırlanması” yazın. Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır. ..
read more...Uncategorized
Noyabrın 28-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Gənc Avropa Səfirləri və Aİ-nin maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “AgriVision” layihəsi ilə birlikdə təşkil edilən “Bakı Qida Hakatonu” keçirildi. Hakatonun əsas mövzusu sağlam qidalanma vərdişlərinin təbliği, yerli qidaların istehlakına həvəsləndirmək və Azərbaycanda qida ilə bağlı problemlər üçün innovativ həllər yaratmaqdı. Hakatonda təqdim olunan ideyalarının daha səmərəli və effektiv formada ərsəyə gəlməsi üçün 13-14 və 20-21 noyabr tarixlərində Avrasiya Əməkdaşlıq Fondu tərəfindən təlimlər həyata keçirildi. Mütəxəssislər tərəfindən keçirilən təlimlər zamanı Bakıda fəaliyyət göstərən İT və Start-up icmalarının təmsilçiləri regionlardan gələn yerli qida istehsalçıları ilə bir araya gələrək yerli qida istehsalı, paylanması və istehlakı ilə bağlı ən mühüm problemlər və imkanlar barədə bilik və bacarıqlara yiyələndi. Həmçinin, iştirakçı komandalara dəstək və köməyin davamı olaraq yerli və xarici təcrübəli mentorlar da “Bakı Qida Hakatonu”na cəlb olunmuşdur. Qeyd edək ki, ümumilikdə 144 müraciət forması doldurulmuş və onlardan 55 nəfər iştirakçı olmaqla 13 komanda seçilmişdir. Müraciətlərin qiymətləndirilməsi zamanı iştirakçıların təcrübəli olması, təklif edilən həll yollarının innovativ və təsir gücünün real olması kimi meyarlar əsas götürüldü. Qalibləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, cənab Peter Mixalko və aqrar xidmət və innovasiya sahəsində yüksək profilli ekspertlər daxil olmaqla dəvət olunmuş münsiflər heyətinin üzvləri seçdi. Münsiflər arasında “ABAD” publik hüququ şəxsin direktoru Rüfət Elçiyev, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, Aqrar İnnovasiya Mərkəzinin (AİM) direktor müavini Anar Cəfərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar departamentinin rəhbəri Şəbnəm Məmmədova kimi dövlət qurumlarının nümayəndələri vardı. Qaliblərin seçimi zamanı problemə yanaşma, biznes model, texnoloji tətbiqetmə, təklif olunan həll və təqdimat meyarları üzrə qiymətləndirmə aparıldı. Qalib komanda 5000 avro, ikinci və üçüncü yeri tutan komandaların hər biri müvafiq olaraq 3000 avro və 1000 avro qazandı. Bununla yanaşı, münsiflər heyətində təmsil olunan dövlət qurumlarının nümayəndələri tərəfindən bəzi komandalara öz layihələrini icra etməkdə dəstək göstərilməsi təklif olundu. ..
read more...Uncategorized
“Bakı Qida Hakatonu” təlimləri keçirildi. 13-14 və 20-21 noyabr tarixlərində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, “Gənc Avropa Səfirləri” şəbəkəsi və “AgriVision” layihəsi ilə birlikdə təşkil edilən “Bakı Qida Hakatonu” ilə bağlı hazırlıq təlimləri keçirildi. 27-28 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulan “Bakı Qida Hakatonu”-nda dəstəklənəcək start-up ideyalarının daha səmərəli və effektiv formada ərsəyə gəlməsi üçün keçirilən təlimlər zamanı Bakıda fəaliyyət göstərən İT və Start-up icmalarının təmsilçiləri regionlardan gələn yerli qida istehsalçıları ilə bir araya gələrək bu sahəyə maraqlı olan iştirakçılara yerli qida istehsalı, paylanması və istehlakı ilə bağlı ən mühüm problemlər və imkanlar barədə məlumat verib. Həmçinin, bununla Lənkəran iqtisadi regionundan seçilən qida istehsalçıları və xidmət təminatçıları öz təcrübələrini və üzləşdikləri real çətinlikləri təlim iştirakçıları ilə paylaşmaq imkanı qazandılar. Lənkəran iqtisadi regionundan seçilən qida istehsalçıları və xidmət təminatçıları öz təcrübələrini və üzləşdikləri real çətinlikləri təlim iştirakçıları ilə paylaşırlar Hər bir təlim Avrasiya Əməkdaşlıq Fondunun layihə üzrə koordinatoru Ramin Səfərzadə tərəfindən “AgriVision” layihəsi və “Bakı Qida Hakatonu” haqqında qısa təqdimatlar nümayiş olunaraq başladı. 13 və 20 noyabr tarixlərində Qida Dəyər Zəncirinin inkişafı üzrə mütəxəssis Yaqub Zeynalzadə “Qida istehsalçılarının üzləşdiyi çətinliklər” və “Ənənəvi Məhsullar və Aqrar turizm” mövzularından bəhs etdi. 14 və 21 noyabr tarixlərində isə proqram arxitektoru Babək Nağıyevin mentorluğu ilə “Kənd təsərrüfatında problemlər və texnoloji həllər” və “İnformasiya texnologiyalarının tətbiq sahələri” mövzusunda təlim keçirilib. Hər modulun sonunda iştirakçıların müzakirə edilən mövzular barəsində fikirlərini öyrənmək və yaranan sualları cavablamaq üçün “Sual-Cavab” sessiyası keçirilib, eyni zamanda çay fasiləsi zamanı iştirakçılara mentorlarla fikir mübadiləsi etmək imkanı yaradılıb. ..
read more...Uncategorized
Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Lənkəran iqtisadi regionunda həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində biznes plan müsabiqəsi həyata keçirilir. Bu məqsədlə Lənkəran şəhəri, Heydər Əliyev Mərkəzində təşkil olunan müsabiqə haqqında info-sessiyada müsabiqənin şərtləri, seçim kriteriyaları, qaliblərin seçilməsi qaydaları, mükafat fondu və digər aidiyyatı məlumatlar verildi. Bundan başqa Lənkəran KOB İnkişaf Mərkəzinin direktoru Rafət Şirəliyev tərəfindən müsabiqə üçün ekspertlər tərəfindən hazırlanmış müraciət forması iştirakçılara təqdim olunaraq onlara bir nümunə əsasında biznes planın necə yazılması izah edildi. 30 noyabr tarixinədək davam edən biznes plan müsabiqəsi çərçivəsində aqrar/eko-turizm xidmət təminatçıları təqdim etdikləri turizm xidmətlərini təkmilləşdirmək və ya genişləndirmək, habelə Turizm Məkanları (TM) çərçivəsində yeni turizm fəaliyyətlərinə başlamaq üçün biznes plan təqdim etməyə dəvət olunurlar. Təqdim olunan biznes planlarının keyfiyyətini artırmaq məqsədilə AƏF potensial müraciət edənlər üçün məsləhət xidmətləri təşkil edəcək. Belə ki, müsabiqə müddətində biznes planını təqdim etmək istəyən qurum və sahibkarlara layihə ekspertləri tərəfindən 1 ay müddətində mentorluq xidməti göstəriləcək. Biznes plan müsabiqəsi bir çox məqsədə xidmət edir. Birincisi, biznes planının hazırlanması və təkmilləşdirilməsi prosesi aqrar/eko-turizm xidmət təminatçılarının potensialının artırılması üçün əlavə bir vasitədir. İkincisi, biznes planlarının TM strategiyalarına uyğunlaşdırılması tələbi, turizm məkanlarının inkişafında tutarlılığı, strategiyaların tətbiqini daha da artırır və konsorsiumlardakı tərəfdaşlığı gücləndirir. Üçüncüsü, mükafat fondu TM strategiyalarının həyata keçirilməsi üçün çox ehtiyac duyulan vəsaiti təmin edir ki, bu da yeni aqrar/eko-turizm məhsullarının inkişafına kömək edir, yerli fermerlərin gəlir mənbələrini şaxələndirir və kənd yerlərində məşğulluq imkanları yaradır. Biznes plan müsabiqəsi üçün ətraflı məlumatı Avrasiya Əməkdaşlıq Fondunun veb saytında yerləşdirilən elandan və ya info@epfound.az elektron ünvanına yazaraq öyrənə bilərsiniz. ..
read more...Uncategorized
Cənub bölgəsindəki aqrar / ekoturizm xidmət təminatçılarına təlimlər keçirildi Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən "AgriVision" layihəsini çərçivəsində 2021-ci ilin iyul – avqust aylarında Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən fermer və sahibkarlara 15 gün ərzində 6 fərqli mövzuda bacarıqların artırılması təlimlər keçirilib. Təlimlərin fermer və sahibkarların tələb və ehtiyaclarına uyğun olmasını təmin etmək üçün daha öncəki mərhələdə ekspert qiymətləndirmələri aparılıb. Xüsusən də aqro / ekoturizm xidmətlərinin özəl təminatçılarının təlim ehtiyacları müəyyən edilib. Ehtiyac olan sahələrə yerli təmanatçılar tərəfindən təqdim olunan qonaqlama və iaşə xidmətləri standartları, müştəri münasibətləri, marketinq, heyəti idarə etmək, strateji və maliyyə planlaşdırması və s. daxil idi. Bu qiymətləndirmələrə əsaslanaraq, AƏF bacarıqların artırılması fəaliyyətlərinin müfəssəl planını hazırladı, həmiçinin bacarıqların artırılması fəaliyyətlərini planlaşdırmaq və həyata keçirmək üçün müvafiq sahələrdən yerli mütəxəssisləri prosesə cəlb etdi. Bu fəaliyyətlərin əsas hədəf qrupu, seçilmiş turizm məkanlarından olan konsorsiumun üzvləri idi. Bununla belə, AƏF boş yer və kifayət qədər tələbat olduqda Lənkəran şəhərindən və qonşu cənub rayonlarından seçilmiş konsorsiumlara üzv olmayan aqrar və ekoturizm xidməti təminatçılarını bu tədbirlərə qoşulmağa dəvət etdi. 29 iyun 2021 il tarixdən başlamış 24 avqust 2021 il tarixinə dək davam etmiş təlimlərdə Lənkəran iqtisadi regionundan olan kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən və ən əsası aqro-turizmə marağı olan 111 nəfər sahibkar iştirak etmişdir. İştirakçılar təlimlər zamanı "Aqroturizm sahəsində biznes planın hazırlanması", "Aqroturizm fəaliyyətinə necə başlamalı", "Aqroturizm sahəsində marketinq, satış və kommunikasiya", "Aqro turların təşkili və inkişafı", “Kiçik bizneslər üçün maliyyə planı və hesabatlılığın təşkili” və "Kiçik aqroturizm məkanlarında səliqə və gigiyena standartları" mövzularında məlumatlara yiyələnmiş və əlavə tədris materiallar ilə təmin olunmuşdurlar. ..
read more...Uncategorized
The Call is offered by the Caucasus Research Resource Centre in Georgia and facilitated by Eurasia Partnership Foundation in Azerbaijan in the framework of “Peacebuilding through Capacity Enhancement and Civic Engagement: Phase 2” (PeaCE-2) programme funded by the European Union under the Instrument contributing to Stability and Peace (IcSP). Description: The call aims to re-engage people and communities from geographic areas affected by the Nagorno-Karabakh conflict and facilitate the engagement of interested civil society actors and grassroots organizations in improving human security and a future-oriented, peaceful outlook. This call enables individuals and organizations to implement innovative in-country initiatives promoting peace in the South Caucasus particularly in regards to the Nagorno- Karabakh conflict, and addressing needs of people and local communities affected by the NK conflict. These initiatives should focus on (but are not limited to) one or more of the following areas and target groups in random order: Target groups: YouthWomenCommunities affected by the conflictRefugees and IDPs Persons with disabilities (as a result of the conflict)Ethnic and religious minoritiesWar veteransProfessional categories aiming to deal with the consequences of the NK conflict (e.g. social workers, psychologists, education professionals, etc.) Areas: EducationHuman and leadership capacity building and developmentCivic activism aiming to deal with the consequences of the NK conflictHuman security and management of emergency situationsEnhancing women’s participation (or women empowerment)Post-war reconstructionConfidence-building (including dealing with the past)Dialogue between different social or professional groupsPolicy relevant advocacy and research. Eligibility of applicants: Non-profits (NGOs, foundations), for-profits[1] (e.g. small and medium enterprises) and individuals are eligible to apply. Preference will be given to local applicants (non-profits, for-profits and individuals) who come from geographic areas affected by the Nagorno-Karabakh conflict. International applicants will need to prove maximum value added in terms of engaging and empowering local actors. Non-profits and for-profits should be able to prove that they have: Formal registration and availability of a bank account; Sufficient administrative, financial and technical capacity to implement an initiative; Demonstrable good track record of working with donors in the past. Individuals should be able to demonstrate a suitable track record, e.g. educational background, professional affiliation(s), engagement in similar initiatives in the past (if at all). NOTE: Individual applicants are expected to propose smaller-scale initiatives that can be managed by one person, e.g. writing and publishing a book, doing research, creating multimedia products, etc. In case an individual applicant proposes a larger-scale initiative involving a team of implementers, he/she must assume responsibility and demonstrate ability for a proper financial management of the proposal. Budget and timeframe: From the technical point of view, a service contract will be provided to a beneficiary or a group of beneficiaries in the aggregate amount of up to EUR 25,000 to implement an in-country initiative. Please note that cost-efficiency is one of the most important selection criteria; therefore, keep your budgets as low as possible. The implementation period of a proposed initiative should not exceed 12 months. Application and selection process: The Call will be open for applications from May 2021 through September 2021. Applicants are invited to submit their Full Proposals in the requested format (Annex 1: Proposal Form) to info@epfound.az before one of the two interim submission deadlines: June 15, 2021; and September 15, 2021. This notice is subject to availability of funding. Prior to each of the above interim submission deadlines all interested applicants are asked to submit a brief notification (one sentence is sufficient) to info@epfound.az for EPF-Azerbaijan/CRRC-Georgia to build an email list. In case of any questions or request for additional information, please contact us via info@epfound.az. The language of the proposal can be English, or Azerbaijani. In case if the proposal is submitted in Azerbaijani, brief explanation with key activities in English should be submitted along with Proposal Form. However, the narrative and financial reporting of the activities within the proposed initiatives should be submitted in English. The applications will be reviewed in accordance with the following criteria: To what extent is the initiative relevant to the aims of the call? To what extent does the initiative address the needs of people and local communities affected by conflict, and provides tangible impact on improving their lives?To what extent is the initiative feasible? Is there evidence for the ability to contribute to solving the identified problem? Are external stakeholders (gendered dimension) analyzed properly? NOTE: Feasibility also refers to the possibility of the proposed proposal’s implementation under the continued COVID-19 crisis.To what extent does the initiative focus on target groups and areas mentioned above on page 1?To what extent does the applicant demonstrate adequate capacity to implement the initiative? It also refers to the peacebuilding capital an organization/individual brings to the initiative.To what extent are risk factors and their mitigation strategies well explored? To what extent does the initiative provide measurable and realistic long-term results/outcomes and sustainability of one or more of the initiative’s components?To what extent is the initiative cost-efficient? Is the budget realistic and relevant to the activities proposed?To what extent does the initiative respect the do-no-harm principle in its objectives, implementation approach and communication?To what extent is the initiative creative and innovative, and different from existing initiatives? Pre-selection and post-selection process: The entire process from the time when the selection decision was made to the expected start time of the selected Full Proposal may take about one calendar month. In the course of this month, successful applicants (nonprofit and for-profit) will be required to undergo a Pre-selection Interview (an online interview in case the COVID-19 crisis continues). The due diligence interviews will be conducted with the key staff in the beneficiary organization, which will help assess organizational capacity and identify risk factors that may impact the ability to implement the initiative and to be fiscally responsible. Successful individuals will also have a Pre-selection Interview (an on-line interview in case the COVID-19 crisis continues), which will help assess the capacity of the individual applicant to implement the proposed initiative. The selection decision may be reverted in case the Pre-selection Interview demonstrates that the applicant’s capacity to implement the initiative is questionable The successful applicants (non-profits, for-profits and individuals) will also need to attend a Management Seminar, which they will be additionally informed about by EPF-Azerbaijan/CRRC-Georgia. The Management Seminar is a workshop that helps the beneficiaries to understand requirements with regard to the organizational and financial management of the proposed initiative. Following the Management Seminar, the beneficiaries will sign a service contract with CRRC-Georgia. The selected proposals are expected to start within two calendar months after the service agreement is concluded. The implementation period of these initiatives should not exceed 12 months. Throughout the initiative’s life cycle, the beneficiaries will submit periodic financial and narrative reports to EPF-Azerbaijan/CRRC-Georgia. EPF-Azerbaijan/CRRC-Georgia will make the next disbursement only upon the approval of both the financial and narrative reports. The staff will conduct occasional site-visits (or interviews) to assure adequate progress in the implementation of the supported proposals. The supported proposals will undergo external evaluation and (financial) audit. EPF-Azerbaijan/CRRC-Georgia will assist the beneficiaries with networking, as well as will advise them on the nuances of publicity regarding the supported proposal. EPF Azerbaijan/CRRC-Georgia will also include the beneficiaries into the mailing list to keep them updated on opportunities, including capacity-building opportunities. [1] Service contracts with for-profits should not have the purpose or effect of producing a profit within the framework of the initiative. Any possible profit generated by a for-profit beneficiary should be directed to support the purposes of the initiative. Annex-1_Proposal-Form-2Download Annex-2_BudgetDownload ..
read more...