» “AgriVision” Biznes plan müsabiqəsinin qalibləri elan olundu

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

“AgrİVİsİon” Bİznes plan müsabİqəsİnİn qalİblərİ elan olundu

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Lənkəran-Astara iqtisadi regionunda həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində “Biznes Plan Müsabiqəsi” qalibləri elan olunmuşdur.

“Biznes Plan Müsabiqəsi”nə təsərrüfat sahibi və xidmət təminatçılarından ibarət ümumilikdə 53 iştirakçı müraciət etmiş və onlardan müsabiqə şərtlərinə tam uyğun gələn 30 iştirakçı qalib gəlmişdir. İştirakçılar biznes planın ümumi keyfiyyəti, idea, layihənin icrası, marketinq və maliyyə planlaşdırılması kriteriyaları üzrə Azərbaycan Turizm Bürosu, Azərbaycan Turizm və Menecment Universiteti, Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondunun nümayəndələri və bir müstəqil ekspert tərəfindən qiymətləndirilib.

Müsabiqənin məqsədi Lənkəran-Astara iqtisadi rayonunda seçilmiş turizm məntəqələrində yeni aqrar/eko-turizm xidmətlərinin yaradılması, habelə mövcud olan bizneslərə öz aqrar/eko-turizm xidmətlərini təkmilləşdirmək üçün investisiyaların yatırılması, gəlir mənbələrinin şaxələndirilməsi və kənd yerlərində məşğulluq imkanlarının artırılmasına töhvə verməkdir. Qeyd etmək lazımdır ki, biznes planının hazırlanması və təkmilləşdirilməsi prosesi özü təsərrüfat sahibləri və xidmət təminatçılarının potensialının artırılması üçün əlavə bir vasitə rolu oynamışdır. Biznes planların turizm məntəqələrinin inkişaf strategiyalarına uyğunlaşdırılması tələbi isə inkişafda tutarlılığı, strategiyaların tətbiqini daha da artırır və turizm konsorsiumlarındakı tərəfdaşlığı gücləndirir. Nəhayət, müsabiqə qaliblərinə veriləcək 2000 avroya qədər mükafat məbləği turizm məkanlarının inkişaf strategiyalarının həyata keçirilməsi üçün ehtiyac duyulan vəsaiti təmin edir.

Regional dövlət qurumlarının nümayənləri və müsabiqə müraciətçilərinin iştirakı ilə Lənkəran şəhərində keçirilən tədbir zamanı “Biznes Plan Müsabiqəsi” qalibləri elan olunmaqla yanaşı, qaliblərə mükafat fondunun verilməsi və xərclənmə şərtləri barədə ətraflı məlumat verilmişdir

“AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi.

25 noyabrın tarixində Avropa İttifaqının maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun birgə həyata keçirdiyi “AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi. Layihə 2020-ci ildən etibarən Lənkəran-Astara İqtisadi Rayonunda kiçik və orta sahibkarlığın daha da inkişafı və əlavə gəlir əldə etməsi üçün dəstək vermişdir. Layihənin əsas məqsədləri qeyri-neft sektorunun genişləndirilməsi, eləcə də şəhər və kənd […]

Read More Nov 26

Aqrar/eko-turizm məntəqələrinin nümayəndələri üçün növbəti təhsil turu təşkil olunmuşdur.

Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi bölgəsindən seçilmiş aqrar/eko-turizm məntəqələrinin nümayəndələri 12-16 sentyabr tarixlərində Türkiyədə növbəti təhsil turunda iştirak etdilər. Turun əsas məqsədi iştirakçıları öz turizm məntəqələrini inkişaf etdirmək üçün fikir və sınaqdan keçmiş yanaşmalarla təchiz etmək idi. Təhsil turu üçün Lənkəran-Astara iqtisadi rayonundan seçilmiş […]

Read More Oct 5

Aİ lahiyəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil etmişdir.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilmişdir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri lahiyə tərəfindən qarşılanmışdır. “Açıq Təsərrüfat Günləri” […]

Read More Aug 28