» Mandatlar və yanaşmalar

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Mandatlar və yanaşmalar

Aşağıdakı mandat və yanaşmalar AƏF-nin fəaliyyətini istiqamətləndirəcək. Mandatlar və yanaşmalar dəyişə bilən və tələbə uyğun yönəlikdədir. Bəzi hallarda fəaliyyətlər bu sahələrdən kənara çıxa bilər və ya eyni zamanda bir neçə sahəni əhatə edə bilər. AƏF bu sahələrlə məhdudlaşmayıb. Sahələrin göstərilməsinin əsas məqsədi qərarların qəbul edilməsində rəhbərlik, eləcə də tərəfdaş və təqaüdçülərə bələdçilik etməkdir.

Proqram mandatları

Mülki və İqtisadi İştirak üçün İmkanların Yaradılması
Fond biznes, hakimiyyət və donor icmasının fəaliyyətlərində vətəndaşların maraq və fəallığına nail olmaq istəyir. Siyasətin formalaşması və tətbiqi, ictimai və sosial xidmətlərin çatdırılması və ictimai iş ümumilikdə Cənubi Qafqazın ictimai və iqtisadi inkişafına çox böyük təsir göstərir. Fond QHT-ləri, infrastruktur və qanunvericiliyin monitorinqi və layihə qiymətləndirməsinə ictimai sektoru cəlb etməklə, beynəlxalq layihə və audit standartlarına ictimai cavabdehliyi davam etdirməyə təşviq edir. Vətəndaşların birbaşa cəlb edilməsi maliyyələşdirilən bütün fəaliyyətlərin əsas tərkib hissəsini təşkil edir. Özəl sektorda şəffaflıq və ən yaxşı beynəlxalq təcrübənin təbliğ olunması iqtisadi iştirak və imkanların artmasına imkan yaradır. AƏF, kiçik və orta miqyaslı şirkətlərin hökumətlə siyasi dialoqu vasitəsilə, dövlət və özəl sektorlar arasında tərəfdaşlığı təşviq edir, həmçinin biznes və peşə təhsil proqramlarının institusional inkişafını təbliğ edir.

Siyasətin Formalaşması üçün Sübutlara Əsaslanan Tədqiqat üzrə Potensialın Yaradılması
Fond Cənubi Qafqazda tədqiqatın metodları, üzvlük və ictimai vəkillik mövzularında təlimlər keçirməklə sosial elmin tədqiqində təkmilləşdirmə səylərini davam etdirir. Sosial elm tədqiqatçıları mövcud problemlərə həll yolları göstərən proqramları təqdim etməklə siyasətin formalaşmasında həlledici rol oynayır. Tədqiqatın və güclü siyasətin etibarlı və tərəfsiz informasiyaya əsaslandığını nəzərə alaraq, Fond həmçinin Cənubi Qafqazda illik Data Təşəbbüsünü, ev təsərrüfatı sahəsində sosial davranış və qavramaların illik sorğusunu dəstəkləyir. Tədqiqat və siyasət potensialının artırılmasında Fondun əsas mexanizmi Qafqaz Tədqiqat Resurs Mərkəzidir.

Korporativ və İcma Xeyriyyəçiliyinin Təşviq Edilməsi
Fond Cənubi Qafqazda icma könüllülüyü və fəallığını təşviq edir. Bu sahədəki fəaliyyətlər yerli korporativ xeyriyyəçilik anlayışı və təcrübəsini artırmaq, eləcə də sosial dəyişiklik yaradacaq və təbliğ edəcək gənclərin bacarıq və görüşünü inkişaf etdirməkdir.

Yanaşmalar

Ölkələrarası Əməkdaşlıq
Fond Cənubi Qafqaz regionu daxilində ölkələrarası tədbirlərin qabaqcıl proqram icraçılarından biridir. Regional proqramların hədəfi oxşar problemlərlə üzləşən və eyni məqsəd üçün çalışan müxtəlif ölkələrdə fərdlər və vətəndaş cəmiyyətləri arasında əlaqələr yaratmaqla təhlükəsizlik və sabitliyə kömək etməkdir. İkitərəfli Diplomatiya səylərinin ayrılmaz tərkib hissəsi olan ölkələrarası fəaliyyət əminlik yaradan və zorakı münaqişələrdən qoruyan sosial birliyi qurmaq üçün üçüncü sektora və bizneslərə yönəldilib.

Açıq Qapı Qrantları
Fond qəbul edir ki, yaxşı ideyalara malik fərasətli və xüsusilə də əhali ilə işləyən insanlar cəmiyyətə mühüm təsir göstərə bilərlər. Sosial sahibkarlar mövcud problemlərə yeni həll yolları və ideyalar təqdim edir və bir çox ən müvəffəqiyyətli fəaliyyətlərə təkan verir. Fondun Açıq Qapı Qrant Mexanizmi yenilikçi və bəzən də riskli pilot layihələri dəstəkləmək və kiçik miqyaslı yeni ideyaları sınaqdan keçirmək üçün bir vasitədir. Açıq Qapı Qrant Proqramı tərəfindən dəstəklənən layihələr uğurlu olduğu təqdirdə, Fond onları daha böyük miqyaslarda və ya müxtəlif coğrafiyalarda tətbiq etmək üçün kömək edə bilər.