Uncategorized
Avrasiya Əməkdaşlıq Fondu Avropa İttifaqının maliyyələşdirdiyi “AgriVision” layihəsi çərçivəsində 6 (altı) ASAN radio verilişlərinin hazırlanması xidməti üzrə təkliflərin qəbulunu elan edir. Xidmət aşağıdakılardan ibarət olacaqdır: *Aqro/ekoturizm ilə əlaqədar verilişlərinin mövzusunun müəyyənləşdirilməsi; *Verilişə ekspert qismində dəvət olunacaq dövlət orqanları, QHT-lər, turizm şirkətləri, ali təhsil müəssisələri təmsilçilərinin müəyyənləşdirilməsi;*Verilişin ssenari, giriş nitqinin mətninin və suallarını hazırlanması; *ASAN radio verilişlərinin vaxtının razılaşdırılması. Hüquqi və fiziki şəxslərdən öz xidmət təkliflərini 10 may 2021-ci il tarixə qədər grzayeva@epfound.az elektron poçt ünvanına göndərmələri tələb olunur. ..
read more...Uncategorized
Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, Konstitusiya Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda 24 aylıq "AgriVision" layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki kənd ailələrinə gəlirlərini artırmağa və Azərbaycanda şəhər ilə kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, təkrarlanan aqrar-turizm / ekoturizmin inkişaf mexanizmi yaratmaq və sınaqdan keçirməkdir. Layihə aqrar-turizm / ekoturizm konsepsiyasını yerli təminatçılar və turistlər arasında populyarlaşdırmaqla və plastik vasitələrdən az istifadə, kompostlama, üzvi kənd təəsərrüfatı texnikaları və yanğın təhlükəsizliyi kimi ekoloji standartların təmin edilməsi ilə ətraf mühitin davamlılığını təbliğ edərək, bütün turizm yerlərində mümkün qədər qaydalara riayət edəcəkdir. Layihənin icrası zamanı mütəxəssis, ətraf mühitdəki məhdudiyyətləri və imkanları qiymətləndirəcək və iqlim dəyişikliyinin mənfi təsirlərini qabaqcadan görmələri və verə biləcəkləri zərərin qarşısını almaq və ya minimuma endirmək (və ya yarana biləcək imkanlardan istifadə etmək) üçün müvafiq tədbirlər görmək üçün peşəkar məsləhətlərini verəcəkdir. Daha ətraflı məlumatı aşağıdakı fayldan əldə edə bilərsiniz: TOR-Environmental-Expert-AZEDownload Maraqlanan namizədlər 10 dekabr tarixinədək maliyyə təklifi və CV / tərcümeyi-hallarını info@epfound.az elektron poçt ünvanına göndərmələri üçün dəvət olunur. Zəhmət olmasa, mövzu hissəsində vəzifə adı olaraq “Ətraf Mühit üzrə Ekspert” qeyd edin. Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır. ..
read more...Elanlar
Eurasia Partnership Foundation, Azerbaijan is seeking a highly qualified expert to undertake the role of Environmental Consultant who will be providing Environmental expertise and support to both the consortium and project team when and where required. The incumbent will work in close collaboration with the operations, consortium members and projects’ staff for resolving issues of different complexity and information exchange. S/he shall promote a quality and results-oriented approach while delivering the assignments. Scope of Work: In the scope of the project Eurasia Partnership Foundation will contract the services for Environmental Consultant who will work closely with the consortium and the project teams. Specifically, his\her responsibility is include but are not limited to the following: · In consultation with key public and private sectors and other ecotourism stakeholders, assess and recommend for strengthening institutional and systemic capacity for integrating cultural, biodiversity conservation and climate change objectives into tourism development; · Analyze potential environmental constraints (e.g., quality and availability of natural resources), and pressure (i.e., human activities which bring about changes in the state of the environment); · Assess environmental sustainability by focusing on the expected environmental footprint of the intervention; · Identify and advise climate change adaptation framework in order to anticipate the adverse effects and take appropriate action to prevent or minimize the damage they can cause; · Assess to which extent the intervention could take steps towards the reduction of greenhouse gas emissions; · Propose ecotourism safeguards in case of negative environmental impacts (offsetting or mitigation measures); More detailed information can be found in ToR file: TOR-Environmental Impact AssessmentDownload Interested candidates are invited to send financial offer and CV/resume to info@epfound.az by December 10. Please, write “Environmental Consultant” as a position title in the subject line. Only shortlisted candidates will be contacted. ..
read more...Elanlar
Avropa Birliyi və BMT İnkişaf Proqramının Azərbaycan ofisinin birgə həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender aspektini nəzərə almaqla icrasında vətəndaş cəmiyyətinin rolunun təşviqi” adlı layihə çərçivəsində DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri tərəfindən “Qadınların Səsinin Aşkarlanması” adlı təşəbbüs həyata keçirilir. Təşəbbüs çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin gender yönümlü implementasiyasına dəstək olmaq üçün hədəf regionlarda fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələri arasında məqalə müsabiqəsi keçirilir. Müsabiqə üçün hazırlanan və yerli mediada yayımlanan məqalələr genderə-həssas Dayanıqlı İnkişaf Məqsədləri, onların hədəf və indikatorlarına, habələ cəmiyyətdəki gender problemlərini işıqlandırmalıdır. Jurnalistlər üçün məqalə müsabiqəsində yalnız hədəf regionlarda fəaliyyət göstərən KİV nümayəndələri iştirak edə bilər. Hədəf regionlara daxildir: MingəçevirŞirvanQuba- Xaçmaz Mövzular: Gender məsələləri, regionda müşahidə edilən gender əsaslı probemlərMəişət zorakılığı Gender əsaslı ayrı-seçkilikGenderə-həssas DİM-lər, onların hədəf və indikatorlarıGenderə-həssas DİM-lərin implementasiya vəziyyəti və onların icrasının təşviqi«Qadınların Səsinin Aşkarlanması» təşəbbüsü çərçivəsində maliyyələşən Vətəndaş Cəmiyyəti Təşkilatları fəaliyyətlərinin və tədqiqat işlərinin haqqında məqalələr. Müsabiqə üçün hazırlanmış məqalə və materialların linki «Jurnalistlər üçün müsabiqə_müəllifin adı» başlığı ilə info@epfound.az email ünvanına göndərilməlidir. Müsabiqə üçün məqalələr 31 yanvar 2020-ci il tarixinədək hazırlana və yayımlana bilər. Müsabiqədə yalnız mediada yayımlanmış məqalələr iştirak edə bilər. Hər hədəf regiondan 3 jurnalistin hazırladığı məqalə/material qalib seçilərək mükafatlandırılacaq. Müsabiqənin qalibi seçilmiş jurnalistlərin hər birinə 350 AZN mükafat veriləcək. Müsabiqəyə təqdim olunan məqalə/materialların hər biri AƏF-in sosial media hesabından yayımlanacaqdır. ..
read more...Uncategorized
Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu” (PeaCE) layihəsi çərçivəsində, Böyük Britaniyanın Sabitlik və Təhlükəsizlik Fondu tərəfindən birgə maliyyələşdirilən "Münaqişə Məktəbi 2" üçün qəbul elan edir. "Münaqişə Məktəbi"nin məqsədi Azərbaycan gənclərinin münaqişə sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. "Münaqişə Məktəbi 2" müxtəlif mövzularda təlim seminarları və mühazirələrdən ibarət olacaq. Seminar və mühazirələr sülh, müharibə və münaqişələrin sosiologiyası, kollektiv yaddaş, münaqişə nəzəriyyəsi, milli dövlət və dövlət sərhədi kimi nəzəri mövzularla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan rəsmi danışıqlar, qaçqın və məcburi köçkünlərin vəziyyəti, medianın münaqişənin nizamlanmasında rolu və təhlükəsizlik məsələləri, xalq diplomatiyası və sülhyaratma təşəbbüsləri kimi müxtəlif aktual mövzuları əhatə edir. "Münaqişə Məktəbi"ndə təlim seminarı aparmaq və mühazirə vermək üçün müstəqil ekspertlər, elm adamları və dövlət qurumlarının təmsilçiləri dəvət olunacaq. “Münaqişə Məktəbi 2”ni uğurla başa vurmuş iştirakçılar sosial fəaliyyətləri üçün maliyyə dəstəyi əldə etmək imkanına sahib olacaqlar. Maliyyə imkanından əlavə “Alumni+network” iştirakçıları üçün nəzərdə tutulmuş təlim və tədbirlərə qatıla biləcəklər. "Münaqişə Məktəbi 2"də iştirak üçün 18-28 yaş aralığında olan tələbələr, yeni məzun olmuş gənclər və gənc mütəxəssislər müraciət edə bilər. Seçim müraciət edənlərin münaqişə sahəsinə olan marağı və təhsil göstəriciləri əsasında həyata keçiriləcəkdir. Seçim zamanı siyasi elmlər, beynəlxalq münasibətlər, sosiologiya, jurnalistika və yaxın ixtisas sahələrində təhsil alan və ya yeni bitirmiş gənclərə üstünlük veriləcək. “Münaqişə Məktəbi 2” 4 – 14 sentyabrt 2019-cu il tarixlərində “Baku IdeaLab”da həyata keçiriləcək. "Münaqişə Məktəbi"ndə iştirak etmək üçün 31 avqust 2019-cu il tarixinədək müraciət formasını info@epfound.az elektron ünvanına göndərilməlidir. Namizədlərin müsahibəyə dəvət edilməsi və seçilməsi müraciət etmə tarixinə əsasən aparılacaq. Bunun üçün iştirakçılardan mümkün qədər tez müraciət etmənizi xahiş edirik. Təlim proqramı Azərbaycan dilində keçiriləcək. Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş Fond, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur. AƏF-in Azərbaycan Respublikasındakı fəaliyyətinin əsas komponentlərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vətəndaş cəmiyyətinin iştirakına və bacarıqlarının şaxələndirilməsinə dəstək olmaqdır. ..
read more...Uncategorized
From the Executive Committee of the Eurasia Partnership Foundations, the Europe Foundation and the Caucasus Research Resource Centers Roy Southworth, our dear friend and colleague, died on July 23rd in California from cancer. In his final days, Roy was surrounded by his wife Cathy, his three children, their spouses and all of his grandchildren. Roy’s death is a devastating blow and we miss him terribly. As soon as we have information from the family about a memorial service for Roy we will forward it. About a dozen years ago Roy volunteered to be the founding chair of the Eurasia Partnership Foundation. The organization emerged from Eurasia Foundation’s work in the South Caucasus and is dedicated to enhancing the prosperity of the citizens of those nations and deepening mutually beneficial connections within the region and beyond. To this task Roy committed his extraordinary professional capabilities and networks from his day job at the time -- as World Bank Country Director for Georgia. Together with a superbly talented staff and dedicated trustees, Roy set the institution on a course that exceeded our greatest expectations. But most important, Roy’s enduring commitment to the people of the region, coupled with his irrepressible energy, humor and kindness, ensured the success of the initiative – now numbering five institutions including the Caucasus Research Resource Centers of Armenia and Georgia. At our board meeting this spring, the trustees and staff of our family of institutions in the South Caucasus adopted a resolution expressing our appreciation and affection for Roy. It gives a measure of comfort to know that we were able to tell Roy how much he meant to all of us while he was still in a position to hear it. Sincerely, Mary Sheehan, Chair Andrew Coxshall, Vice Chair and Treasurer Horton Beebe-Center, President Emeritus, Eurasia Foundation..
read more...Uncategorized
Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan təşkilatı Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən, şəffaflıq və hesabatlılıq məsələlərində vətəndaş nəzarətin təkmilləşdirilməsi və bu sahələrdə Azərbaycan höküməti ilə əməkdaşlığın gücləndirilməsi üzrə innovativ ideyaların dəstəklənməsi üçün tərtib olunmuş proqram həyata keçirir. Bu proqramın tərkib hissəsi kimi onun ümumi məqsədlərinə xidmət edəcək aşağıda göstərilən istiqamətlər üzrə xidmət təkliflərinin qəbulunu 25 iyun 2019-cu il tarixinədək açıq elan edir. Xidmət təkliflərinin şərtləri haqqında daha ətraflı məlumat və müraciət formaları aşağıda sənəd formasında əlavə edilmişdir: 2nd_Call_Services 2nd_ServicesDescription 2nd_ActionPlan 2nd_CostJustification..
read more...Uncategorized
Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan təşkilatı Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən, yerli gənc təşəbbüslərinin bacarıqlarının artırılması və fəaliyyətinin yaxşılaşdırılması üzrə innovativ ideyaların dəstəklənməsi üçün tərtib olunmuş proqram həyata keçirir. Bu proqramın tərkib hissəsi kimi yerli gənclərin idarə etdiyi vətəndaş təşəbbüsləri üzrə xidmət təkliflərinin qəbulunu 28 dekabr 2018-ci il tarixinədək açıq elan edir. Bu xidmət təklifləri üçün müraciət elanının ümumi məqsədi son illər Azərbaycanda yaranan yerli sosial yönümlü könüllü gənc təşəbbüslərin bacarıqlarını artırmaq və onlar tərəfindən təklif olunan ictimai zəruriyyət kəsb edən ideyaları həyata keçirtməkdir. Belə gənc təşəbbüslərin xidmət təklifləri istənilən istiqamətdə ola bilər. Ərizəçilər bu xidmət təklifləri üçün müraciət elanına əlavə edilmiş müraciət formalarının formatına riayət etməli, müvafiq qaydada bəndləri doldurmalı və suallara cavab verməlidirlər. Qaydalara riayət edilməməsi müraciətin baxılmamasına səbəb ola bilər.. Təqdim edilmiş xidmət təklifləri Azərbaycanda həyata keçirilməlidir. Təqdim edilmiş xidmət təkliflərinin maximum 12 (on iki) aylıq müddətdə həyata keçirilməsi nəzərdə tutulmalıdır. Xidmət təklifləri üçün xərclərin ümumi dəyəri 5000 AZN-dən artıq olmamalıdır. Ərizələr azərbaycan dilində təqdim olunmalıdır. Natamam - əsas və əlavə sənədlərdən hər hansı biri çatışmayan ərizələrə baxılmayacaq. Ərizələr 28 dekabr 2018-ci il tarixində yerli vaxtla saat 18:00 dan gec olmayaraq services@crrccenters.org elektron ünvanına göndərilməlidir. Gecikmiş ərizələr etibarsız hesab olunacaq. Ərizəçilər müraciətlərinin vaxtında çatmasına öhdəlik daşıyırlar. Xidmət təkliflərini göndərən zaman e-mailin mövzü hissəsində “Yerli Gənc Təşəbbüslər Üçün Müraciət _Ərizəçinin adı” başlığı qeyd olunmalıdır Bu müraciət ilə bağlı bütün sualları services@crrccenters.org elektron ünvanına göndərə bilərsiniz. 10 dekabr 2018-ci il tarixinədək verilən suallar cavablandırılacaq. Bu tarixdən sonra daxil olan suallara cavab verilməsi mümkün olmaya bilər. Xidmət təklifləri üçün şərtlər haqqında ətraflı məlumatı və müraciət formalarını əlavə edilmiş sənədlərdən endirə bilərsiniz. ActionPlan_youthinitiatives Guideline_Youth_Initiatives CostJustification_YouthInitiatives ServicesDescription_YouthInitiativesx..
read more...Uncategorized
Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan təşkilatı Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən, şəffaflıq və hesabatlılıq məsələlərində vətəndaş nəzarətin təkmilləşdirilməsi və bu sahələrdə Azərbaycan höküməti ilə əməkdaşlığın gücləndirilməsi üzrə innovativ ideyaların dəstəklənməsi üçün tərtib olunmuş proqram həyata keçirir. Bu proqramın tərkib hissəsi kimi onun ümumi məqsədlərinə xidmət edəcək aşağıda göstərilən istiqamətlər üzrə xidmət təkliflərinin qəbulunu 28 dekabr 2018-ci il tarixinədək açıq elan edir. Bu xidmət təklifləri üçün müraciət elanının ümumi məqsədi vətəndaşların hökumət ilə əməkdaşlıq səviyyəsinin yaxşılaşdırılması və ictimai nəzarətin gücləndirilməsi üçün vətəndaşların səmərəli təşviqat və ictimai vəkillik bacarıqlarının gücləndirilməsidir. Fəaliyyətlərin Münasibliyi Münasib xidmət təklfiləri paketi əlavə olunan sənədlərdə göstərilən istiqamətlərdən biri və ya bir neçəsi üzrə, qeyd olunan yanaşmaları nəzərə alan, aydın şəkildə müəyyən edilmiş məqsədləri, dəqiq hədəf qrupları və ölçüləbilən nəticələri olan, birlikdə bütövlük təşkil edən, müstəqil fəaliyyətlər toplusundan ibarət olmalıdır. Təqdim edilmiş xidmət təklifləri Azərbaycanda həyata keçirilməlidir. Təqdim edilmiş xidmət təkliflərinin maksimum 12 ay ərzində həyata keçirilməsi nəzərdə tutulmalıdır. Xidmət təklifləri üçün xərclərin ümumi dəyəri 20000 AZN-dən artıq olmamalıdır. Natamam - əsas və əlavə sənədlərdən hər hansı biri çatışmayan ərizələrə baxılmayacaq. Ərizələr Azərbaycan dilində təqdim olunmalıdır. Ərizələr 28 dekabr 2018-ci il tarixində yerli vaxtla saat 18:00-dan gec olmayaraq services@crrccenters.org elektron ünvanına göndərilməlidir. Gecikmiş ərizələr etibarsız hesab olunacaq. Ərizəçilər müraciətlərinin vaxtında çatmasına öhdəlik daşıyırlar. Xidmət təkliflərini göndərən zaman e-mailin mövzü hissəsində “Xidmət Təklifləri Üçün Müraciət_Ərizəçinin adı” başlığı qeyd olunmalıdır. Bu müraciət ilə bağlı bütün sualları services@crrccenters.org elektron ünvanına göndərə bilərsiniz. 10 dekabr 2018-ci il tarixinədək verilən suallar cavablandırılacaq. Bu tarixdən sonra daxil olan suallara cavab verilməsi mümkün olmaya bilər. Xidmət təkliflərinin şərtləri haqqında daha ətraflı məlumat və müraciət formaları aşağıda sənəd formasında əlavə edilmişdir. Guideline for Service Proposal ActionPlan_Service Proposal CostJustification_Service Proposal ServicesDescription_Service Proposal..
read more...Uncategorized
2018-ci ilin 16 fevral tarixində Avrasiya Əməkdaşlıq Fondu (bundan sonra AƏF) Baku IdeaLabın açılış mərasimini keçirdi. Səfirliklərin və Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri bu tədbirdə bir araya gəldi. Həmçinin tədbirdə 15 fərqli gənc təşəbbüslərinin nümayəndələri də iştirak etdilər. Mərasimin açılışını İsveçin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Kristian Kamil etdi. AƏF-in prezidenti Nailə Həşimova qonaqları salamladı və son on ildə AƏF-in fəaliyyətinə dair qısa məlumat verdi. IdeaLabın təsisçiləri Nəzakət Əzimli və İlahə Abaslı Labın sosial gənc təşəbbüsləri məkanla təmin edəcəyini vurğuladılar. IdeaLab üzvləri həmçinin öz təşəbbüslərinin təsirini artırmağa kömək edəcək seminar və master-klasslardan da faydalanacaqlar. Tədbir Azərbaycanda fəaliyyət göstərən dörd gənc təşəbbüsünün təqdimatı ilə yekunlaşdı. Baku IdeaLab son illər Azərbaycanda yaranan yerli sosial gənc təşəbbüsləri üçün resurs mərkəzi, inkubator və ictimai platforma kimi fəaliyyət göstərməyi hədəfləyir. Əsas məqsəd mövcud təşəbbüslərin səslərini eşitdirmək, yeni təşəbbüslərin yaranmasını dəstəkləmək, onların işlərini geniş auditoriyaya çatdırmaq və təşəbbüslər arasında şəbəkələşməni təşviq etməkdir. ..
read more...