» Aİ layihəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil edir.

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Aİ layİhəsİ cənub bölgəsİndəkİ aqro-turİzm məkanlarına səfərlər təşkİl edİr.

“Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri layihə tərəfindən qarşılanır.

“Açıq Təsərrüfat Günləri” yerli turistlər arasında aqrar turizm konsepsiyasını və layihəyə cəlb olunmuş turizm məkanlarını təbliğ etmək, şəhər və kənd icmaları arasında əlaqəni gücləndirmək və iştirakçı təsərrüfatlara yeni və/və ya təkmilləşdirilmiş turizm xidmətlərini sınaqdan keçirmək imkanı təmin edəcəkdir. Ziyarətçilər təsərrüfat turları, təqdimatlar, yerli qidalardan hazırlanan məhsulların dequstasiyası, kənd həyatı ilə tanışlıq, ustad dərsləri (master classes) və təzə məhsul alışı kimi müxtəlif fəaliyyətlərdə iştirak edə biləcəklər.

“Səfərlər qeyd olunan tarixlərdə bir gün ərzində həyata keçiriləcəkdir. Səfər üçün nəzərdə tutulmuş avtobuslar müvafiq olaraq 22, 23 və 24 iyul tarixlərində səhər saat 08:00-da Bakı şəhəri, Nizami metro stansiyasının qarşısından yola düşəcək və axşam geri qayıdacaqdır. Bir iştirakçının yalnız bir təsərrüfata ziyarət etmə şansı vardır. Səfərlər Lənkəran rayonu “Citrus Valley”, Lerik rayonu “Səfalı Göl” və Astara rayonunda yerləşən “Yaşıl Göl” təsərrüfatlarına təşkil ediləcəkdir.

Əlavə məlumat üçün Avrasiya Əməkdaşlıq Fondunun və “Yaşıl Obalar” çətir brendinin sosial media hesablarına yaza və ya həftə içi hər gün saat 10:00-dan 18:00-dək 012 492 57 26 nömrəsinə zəng  edə bilərsiniz. Maraqlanan şəxslərə gediş-gəliş qrafiki barədə ətraflı məlumat veriləcəkdir.

Turizm məkanlarına getmək arzusunda olanlardan iyul ayının 20-nə kimi müraciət formasını doldurmaları tələb olunur: https://bit.ly/3aFeWC6

Aqrar/eko-turizm məntəqələrinin nümayəndələri üçün növbəti təhsil turu təşkil olunmuşdur.

Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi bölgəsindən seçilmiş aqrar/eko-turizm məntəqələrinin nümayəndələri 12-16 sentyabr tarixlərində Türkiyədə növbəti təhsil turunda iştirak etdilər. Turun əsas məqsədi iştirakçıları öz turizm məntəqələrini inkişaf etdirmək üçün fikir və sınaqdan keçmiş yanaşmalarla təchiz etmək idi. Təhsil turu üçün Lənkəran-Astara iqtisadi rayonundan seçilmiş […]

Read More Oct 5

Aİ lahiyəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil etmişdir.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilmişdir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri lahiyə tərəfindən qarşılanmışdır. “Açıq Təsərrüfat Günləri” […]

Read More Aug 28

Azərbaycanda aqro/ekoturizmin inkişaf etdirilməsi üzrə Bələdçi kitabı hazırlanmışdır.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində müstəqil yerli ekspertlər Günay Rzazadə və Şəbnəm Nuriyeva tərəfindən “Azərbaycanda aqro/ekoturizmin inkişaf etdirilməsi üzrə Bələdçi kitabı” hazırlanıb. Bələdçi kitabı fermerlərin aqro/ekoturizm fəaliyyətinə başlamasına və ya onu inkişaf etdirməsinə kömək etmək üçün başlanğıc nöqtəsi kimi çıxış edəcək, […]

Read More Jul 5