» Gənclər İqtisadi İnkişaf Proqramı

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Gənclər İqtİsadİ İnkİşaf Proqramı

2010-cu ilin yanvar ayında AƏF Azərbaycanın kəndlərində icmanın gənc üzvlərinə iqtisadi və sahibkarlıq imkanlarını yaratmaq üçün Gənlər İqtisadi İnkişaf Proqramını təqdim edib. Bu proqram vasitəsiylə gənclər öz bizneslərini başlamaq və kiçik iqtisadi layihələri həyata keçirmək üçün əməli təcrübə əldə edib, liderlik və sahibkarlıq bacarıqlarını da inkişaf etdiriblər.

BP ilə əməkdaşlıq çərçivəsində proqram yerli iş imkanlarının yaradılması və dəstəklənməsi məqsədi ilə BTC kəməri boyunca 5 regionda 10 icmanı özündə birləşdirir. Proqram əsasən Gənclər Fondundan yararlanmış 35 gənc lideri və biznes treyninqlərində və gənclərə öz bizneslərini qurma imkanı yaradan müsabiqələrdə iştirak edən bir qrup kənd gənclərini əhatə edib.

Sözügedən icmalardakı gənclər resurslara, sahibkarlıq haqqında məlumata, iş imkanlarına və təcrübəyə malik deyil. Tam potensiallarını həyata keçirmək və regionun, eləcə də özlərinin sosial və iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün, onlar həm potensiallı yerli iş sahiblərinə özlərini qəbul etdirəcək təcrübə, həm də öz bizneslərini qurmaq üçün bacarıqlar əldə etməlidirlər. Azərbaycanın kənd icmaları öz iqtisadi problemlərini yerli üsullarla həll etməlidir. Bu həll yolları gənclərə cəmiyyətdə müvəffəqiyyətli olmaq imkanı verməlidir. Əgər gənclər öz yaşadığı yerdə işlə təmin olunsa və ya öz biznesini qura bilsə bu bütün icmanın xeyrinə olar. Azərbaycanda ailə əlaqələri ənənəvi olaraq güclü sayılır. Əgər yenicə formalaşan icmalarda gənclər yerli iqtisadi və biznes imkanlarına malik olsa, iş axtarmaq məqsədi ilə xarici ölkələrə migrasiyası nəticəsində meydana gələn yerli “beyin axını” daha az baş verər. Bundan əlavə, kökünü sahibkarlıqdan alan iqtisadi həll yolları maliyyə resurslarını ölkə daxilində mərkəzləşdirir.

İrlandiya Gənclər Bankının başlatdığı, daha sonra AƏF tərəfindən gənclərin təlimində istifadə olunan, gənclərin cəlb edilməsi və inkişafının təsdiq edilmiş uğurlu modeli olan Gənclər Fondunun özünə məxsus anlayışı və metodologiyasından istifadə edərək, proqram məhz yuxarıda sadalanan ünsürləri təqdim edib.

Proqramın məqsədləri:
• İcmanın üzvləri arasında maliyyə azadlığı ənənəsini təlqin etmək;
• Öz bizneslərini qura bilmək üçün biznes biliyinə, təcrübə və bacarıqlara malik BTC boru kəməri boyunca bir qrup kənd gənc sahibkarlarının əsasını qoymaq;
• İcmanın üzvlərini icmanın işlərinə və iqtisadi problemlərin yerli həllinə maraq və inamla yönəltmək;
• İcmanın üzvləri arasında şəbəkə yaratmaq;
• Yerli və regional biznes icmaları, fərdi tərəfdaşlar və maliyyə qurumları ilə əlaqə qurmaq.

TƏDBİRLƏR

There are no upcoming events at this time.