» Aİ lahiyəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil etmişdir.

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Aİ lahİyəsİ cənub bölgəsİndəkİ aqro-turİzm məkanlarına səfərlər təşkİl etmİşdİr.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilmişdir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri lahiyə tərəfindən qarşılanmışdır.

“Açıq Təsərrüfat Günləri” yerli turistlər arasında aqrar turizm konsepsiyasını və lahiyəyə cəlb olunmuş turizm məkanlarını təbliğ etmək, şəhər və kənd icmaları arasında əlaqəni gücləndirmək və iştirakçı təsərrüfatlara yeni və/və ya təkmilləşdirilmiş turizm xidmətlərini sınaqdan keçirmək imkanı təmin etdi. Ziyarətçilər təsərrüfat turları, təqdimatlar, kənd həyatı ilə tanışlıq və təzə məhsul alışı kimi müxtəlif fəaliyyətlərdə iştirak etdilər.

Səfərlərin hər biri qeyd olunan tarixlərdə bir gün ərzində həyata keçirildi. Səfər üçün nəzərdə tutulmuş avtobuslar müvafiq olaraq 22, 23 və 24 iyul tarixlərində səhər saatlarda Bakı şəhərindən yola düşüb, axşam geri qayıtdı. Bir iştirakçının yalnız bir təsərrüfata ziyarət etmə şansı vardı. Səfərlər Lənkəran rayonu “Citrus Valley”, Lerik rayonu “Səfalı Göl” və Astara rayonunda yerləşən “Yaşıl Göl” təsərrüfatlarına təşkil edildi.

Maraqlanan şəxslərin çoxluğunu nəzərə alaraq müraciət üçün elan vaxtından əvvəl dayandırılmış, növbəti günlərdə ilk müraciət etmiş 500-dən çox şəxslə əlaqə saxlanılmışdır. Seçilmiş şəxslərə gediş-gəliş qrafiki barədə öncədən ətraflı məlumat verilmiş və səfərlərdə iştirakı təmin olunmuşdur.

“AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi.

25 noyabrın tarixində Avropa İttifaqının maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun birgə həyata keçirdiyi “AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi. Layihə 2020-ci ildən etibarən Lənkəran-Astara İqtisadi Rayonunda kiçik və orta sahibkarlığın daha da inkişafı və əlavə gəlir əldə etməsi üçün dəstək vermişdir. Layihənin əsas məqsədləri qeyri-neft sektorunun genişləndirilməsi, eləcə də şəhər və kənd […]

Read More Nov 26

Aqrar/eko-turizm məntəqələrinin nümayəndələri üçün növbəti təhsil turu təşkil olunmuşdur.

Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi bölgəsindən seçilmiş aqrar/eko-turizm məntəqələrinin nümayəndələri 12-16 sentyabr tarixlərində Türkiyədə növbəti təhsil turunda iştirak etdilər. Turun əsas məqsədi iştirakçıları öz turizm məntəqələrini inkişaf etdirmək üçün fikir və sınaqdan keçmiş yanaşmalarla təchiz etmək idi. Təhsil turu üçün Lənkəran-Astara iqtisadi rayonundan seçilmiş […]

Read More Oct 5

Aİ layihəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil edir.

“Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri layihə tərəfindən qarşılanır. “Açıq Təsərrüfat Günləri” […]

Read More Jul 15