Bakı Qida Hakatonu, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Gənc Avropa Səfirləri və Aİ-nın maliyyələşdirdiyi Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “AgriVision” layihəsi ilə birlikdə təşkil edilən qida hakatonudur. Hakatonun əsas məqsədi sağlam qidalanma vərdişlərini təbliğ etmək, yerli qidaların istehlakına həvəsləndirmək və Azərbaycanda qida ilə bağlı problemlər üçün innovativ həllər yaratmaqdır. Bu xüsusda, azərbaycanlı investorlara yerli fermerlərin üzləşdiyi problemləri həll edə biləcək texnologiyanın təmin edilməsi ilə bağlı çağırış ediləcək. Hakaton formatının seçilməsinin əsas səbəbi bunun artıq azərbaycanlı gənclərə tanış olması, eyni zamanda qısa müddət ərzində həll edilməsi mümkün, həmçinin innovativ həll yollarının yaranmasına imkan yaradan bir format olmasıdır.
Bakı Qida Hakatonu müxtəlif sahələrdə fəaliyyət göstərən gəncləri bir araya gətirərək onların qida istehsalı, paylanması və istehlakı ilə bağlı ən mühüm qlobal, regional və yerli problemlər və imkanlar haqqında məlumat əldə etməyini təmin edəcəkdir.