» Aqrar turizm jurnalistlərin gözü ilə

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Aqrar turİzm jurnalİstlərİn gözü İlə

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran, Masallı, Lerik və Astara rayonları ərazisində yerləşən və layihəyə cəlb olunan aqrar/eko-turizm məntəqələrinə media tur təşkil edilib.

22-24 aprel 2022-ci il tarixlərində baş tutan səfərdə 18 müxtəlif media orqanını təmsil edən 21 jurnalist iştirak edib. Tur zamanı jurnalistlər layihəyə aid olan turizm məntəqələri və konsorsiumlarda olub, layihə çərçivəsində yaradılmış aqroturizm imkanları ilə yaxından tanış olublar.

Səfərin birinci günü jurnalistlər Astara rayonunun Sım kəndində yerləşən “Bal Qayası”, Səncərədi kəndində yerləşən “Yaşıl Göl”, Kijəbə kəndində yerləşən “Balıqçı Abi” və günün sonunda Lənkəran rayonunda yerləşən “Citrus Valley” turizm məntəqələrini ziyarət ediblər. 

Səfərin ikinci günü Lerik rayonunun Piran kəndində yerləşən “Bal süfrəsi”, Lerik rayonunun Bilnə kəndində yerləşən “Səfalı Göl”, Masallı rayonunun Boradigah kəndində yerləşən “Misgərlik”  və Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən “Obal” turizm məntəqələrini ziyarət etdilər.

İndiyə qədər jurnalistlər tərəfindən 20-dən çox məqalə və reportaj hazırlanıb. Bu nəşrlər “aqrar turizm”in tanınmasına, turistlərin Azərbaycanın cənub bölgəsinə cəlb olunmasına, bununla da, yerli əhalinin məşğulluğunun və gəlirlərinin artırılmasına kömək edir.

“AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi.

25 noyabrın tarixində Avropa İttifaqının maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun birgə həyata keçirdiyi “AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi. Layihə 2020-ci ildən etibarən Lənkəran-Astara İqtisadi Rayonunda kiçik və orta sahibkarlığın daha da inkişafı və əlavə gəlir əldə etməsi üçün dəstək vermişdir. Layihənin əsas məqsədləri qeyri-neft sektorunun genişləndirilməsi, eləcə də şəhər və kənd […]

Read More Nov 26

Aqrar/eko-turizm məntəqələrinin nümayəndələri üçün növbəti təhsil turu təşkil olunmuşdur.

Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi bölgəsindən seçilmiş aqrar/eko-turizm məntəqələrinin nümayəndələri 12-16 sentyabr tarixlərində Türkiyədə növbəti təhsil turunda iştirak etdilər. Turun əsas məqsədi iştirakçıları öz turizm məntəqələrini inkişaf etdirmək üçün fikir və sınaqdan keçmiş yanaşmalarla təchiz etmək idi. Təhsil turu üçün Lənkəran-Astara iqtisadi rayonundan seçilmiş […]

Read More Oct 5

Aİ lahiyəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil etmişdir.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilmişdir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri lahiyə tərəfindən qarşılanmışdır. “Açıq Təsərrüfat Günləri” […]

Read More Aug 28