AƏF-in Bələdiyyə Xidmətində Şəffaflıq Proqramının (III Mərhələ) ümumi məqsədi yerli xidmətlərin çatdırılmasında bələdiyyələrin fəaliyyətlərinin sistemli monitorinqi və qiymətləndirilməsi yolu ilə bələdiyyələrin strateji planlaşdırma bacarıqlarını təkmilləşdirmək olmuşdur. Bu iki məqsədi institusional səviyyəyə gətirməklə ümumi bələdiyyə xidmətinin nəzərə çarpacaq dərəcədə uzun müddətli təkmilləşməsi və beləcə, yerli idarəçiliyin effektivliyini və seçicilərin məmnuniyyətini artıracağı gözlənilib.
AƏF-in Bələdiyyə Xidmətində Şəffaflıq Proqramı STATOIL şirkətinin dəstəyi ilə həyata keçirilib.
BFEÖS (Bələdiyyələrin Fəaliyyətinin Effektivliyini Ölçən Sistem) göstəricilərinin yenilənməsi:
AƏF, BFEÖS göstəricilərini nəzərdən keçirib və qadınların ehtiyaclarının da bələdiyyələr tərəfindən nəzərə alınmasını təmin etmək üçün gender cəhətdən həssas göstəriciləri daxil edib. Düzəliş prosesində, göstəricilərin ümumi sayı 116-dan 46-ya azaldılıb. Statoil-in maliyyələşdirdiyi proqramın II mərhələsində 20 kənd tipli bələdiyyələr və proqramın hazırkı III mərhələsində şəhər tipli bələdiyyələrin sahə yoxlaması nəticəsində göstəricilərin azaldılması qərarı AƏF tərəfindən verilib. Proqramda iştirak edən bələdiyyələrin çoxu bir çox göstərici üzrə data daxil edərkən mühüm çətinliyin olduğunu dəfələrlə bildiriblər. Bu datanın yerli səviyyədə istifadəsi nəzərdə tutulsa da, həqiqətdə yalnız hökumətin mərkəzi nazirliklərində mövcud olub.
Mütəxəssislərin sayının artırılması:
AƏF proqramda iştirak edən mütəxəssislərin sayını artırıb və yerli idarəçilik məsələlərində ən tanınmış mütəxəssisləri cəlb edib. Proqramın əvvəlki mərhələlərində iştirak etmiş üç mütəxəssislə müqayisədə, proqram altı mütəxəssisdən ibarət olub. Mütəxəssislərin sayını artırmaq AƏF-ə BFEÖS-ü yerli səviyyədə ictimai xidməti ölçən alət kimi təbliğ etmək üçün təşəbbüslərini artırmağa, eləcə də göstəricilərin dəyərləndirilməsi və onların ölkədəki bütün bələdiyyələrə təqdim edilməsi üçün dövlət qurumları ilə müzakirələri təşviq etməyə imkan verib.
Bələdiyyələrin data bazası:
AƏF-in Proqram Meneceri sədrlərin və üzvlərin adları və telefon nömrələri də daxil olmaqla 1718 bələdiyyənin əlaqə məlumatlarını əldə etməyə nail olub. Bundan başqa, AƏF-də Azərbaycanın 58 rayonuna aid bələdiyyə büdcələrinin (2005 – 2010), gəlir və xərclərin elektron versiyası mövcuddur. Başqa yerdə əldə olunması mümkün olmayan və AƏF-in çətinliklə əldə etdiyi bu məlumatların xalqa açıq olması üçün, AƏF bu resursları proqramın veb-səhifəsinə yerləşdirilib.
Bələdiyyəyə aid data toplanması/yoxlanması:
2011-ci ilin yaz aylarında, AƏF doqquz partnyor bələdiyyədən toplanmış dataları gözdən keçirdi və data yoxlanması prosesinə start verib. AƏF-in mütəxəssis qrupu partnyor bələdiyyələrin nümayəndələrinin yoxlama prosesində iştirakını təmin etmək üçün hədəf bələdiyyələri ziyarət edib. Yoxlama prosesində bəzi dataların dəqiq olmadığı aşkarlanıb. Müvafiq sənədlərin nəzərdən keçirilməsi BFEÖS üçün düzgün dataların əldə olunmasına imkan verib. Data toplanması/yoxlanması prosesi bələdiyyələrin hələ də lazımi bələdiyyə statistikasına malik olmadığını göstərib. Bu isə bələdiyyələrin fəaliyyətinə ciddi maneə yaradıb.
Kiçik Qrantlar Müsabiqəsi:
Proqram çərçivəsində AƏF Zaqatala, Qəbələ, Siyəzən, Səlyan, Mingəçevir və Lənkərandan olan partnyor bələdiyyələrə altı qrant təqdim edilib. Bu qrantların ümumi məbləği 24,172 ABŞ dolları olub. Bu layihələrin məqsədi bələdiyyələrin strateji planlaşdırma qabiliyyətlərini gücləndirmək, həmçinin ictimaiyyətlə əlaqələrini və vətəndaşları ilə görüşlərini artırmaq idi. Büdcə/strateji planlaşdırmada və xərclərin monitorinqində vətəndaşların cəlb edilməsi bu fəaliyyətin əsas tərkib hissəsi olub. Layihələr təklif olunmuş planın keyfiyyətinə və təklif olunmuş fəaliyyətlərin məntiq və uyğunluğuna əsasən seçilib. Layihələrin həyata keçirilməsi 2011-ci ilin dekabr ayına qədər davam edib.
Strateji Planlama:
AƏF Proqram Meneceri işə cəlb edilmiş mütəxəssislərlə birlikdə partnyor bələdiyyələrə strateji planların hazırlanmasında texniki köməklik göstərib. Keçən il, AƏF-in mütəxəssisləri on bələdiyyə strateji planın hazırlanması mövzusunda təlim keçib. Toplanmış və təhlil edilmiş bütün lazımi datalara malik olmaqla AƏF və bələdiyyələr strateji plan üzərində işləməyi nəzərdə tutublar. AƏF sonraki üç ay (iyul-sentyabr) ərzində səkkiz strateji planın hazırlanmasını güman edib. Strateji planın son versiyası 2011-ci ilin payızında ictimai səviyyədə müzakirə edilib və dekabr ayında təsdiqlənib.