AƏF/QTRM-in Qəyyumlar Şurası maliyyə və strateji məsələlər barədə qərarlar qəbul edir. Şura ildə iki dəfə: mayda və noyabrda toplaşır. Bəzi komitələr, icraedici komitə, audi və maliyyə, nominasiyalar və xüsusi idarəetmə komitələri daha tez-tez görüşə bilər. Sonuncu komitənin məqsədi təşkilatın siyasətini, iş prosesini və üzvlər üçün özünü qiymətləndirmə mexanizmlərini nəzərdən keçirməkdir. Şura, AƏF-in idarəçiliyinə xüsusi bacarıqlarını gətirən müxtəlif Azərbaycan vətəndaşlarından və Avropa və Şimali Amerikadan olan beynəlxalq xadimlərdən ibarətdir. Buraya, yeni Fondun hesabatlı və maliyyə məsuliyyətini təmin etmək üçün Cənubi Qafqazın və vətəndaş cəmiyyətinin inkişafında dərin biliklərə malik olmaq və biznes, maliyyə və hüquq sahəsində mütəxəssis olmaq daxildir.
Şura üzvləri
Devid Lourens Li (rəhbər) – İcraedici Komitənin üzvü
Devid Li Gürcüstanın ən iri aqrar layihələrindən olan “Aric Development”-in direktorudur. 2004-2006-cı illərdə Devid Gürcüstanın ən böyük telekommunikasiya şirkəti “Magticom”-un prezidenti olub. Gürcüstana gəlməmişdən əvvəl Devid, Sinqapur, Moskva və Saxalində kommunikasiya şirkətlərinin direktoru kimi çalışıb, Yəmənin ilk mobil operator şirkətinin 1991-1994-cü illərdə layihə meneceri olub. Devid 2 dəfə – 2008-2012-ci illərdə Amerika Ticarət Palatasının Gürcüstan üzrə prezidenti seçilib. O, həmçinin 2012-2016-cı illərdə Aİ-Gürcüstan Biznes Şurasının vitse-prezidenti vəzifəsində çalışıb. O, AƏF-in Azərbaycan, Ermənistan və Gürcüstanda prezidenti olub, 2009-cu ildən isə QTRM-in Ermənistan və Gürcüstandakı ölkə nümayəndəliklərinə rəhbərlik edib. Serifikatlaşmış mühasib olan və Uorvik Biznes Məktəbindən MBA dərəcəsi ilə məzun adını qazanan Devid, 9 il Krallıq Donanmasında zabit kimi xidmət edib. Devid vətəndaş cəmiyyətinin münaqişələrin həllində və Cənubi Qafqazda etimad quruculuğunda önəmli rolu olduğuna inanır.
Mari Şihan – İcraedici Komitənin üzvü
Xanım Şihanın miqrasiya sahəsində 30 ildən çox müddəti əhatə edən təcrübəsi var. O, Beynəlxalq Miqrasiya Təşkilatında fəaliyyəti çərçivəsində 8 il Qafqazda çalışıb. 1998-2002-ci illərdə o, Yerevandakı nümayəndəliyin, həmçinin Tbilisidə Qafqaz üzrə regional koordinator kimi çalışıb. Regiondan getdikdən 3 il sonra o, Şri-Lankada Beynəlxalq Miqrasiya Təşkilatının ofisini açıb və fövqəladə vəziyyət, həmçinin sunamidən əziyyət çəkənlərin yerləşdirilməsini təmin edib. Xanım Şihan hazırda Təşkilatın Gürcüstan nümayəndəliyinə rəhbərlik edir. O, həmçinin Kaliforniya ştatının qubernatorunun Vyetnam müharibəsindən sonra Cənub-şərqi Asiyadan olan insanlarla bağlı könüllülük proqramı üzrə direktor köməkçisi; Sudanda Beynəlxalq Katolik Miqrasiyası Komissiyasının Efiopiya və Eritreyadan olan qaçqınların yerləşdirilməsi üzrə ABŞ proqramının direktoru; 9 il ərzində hüquq şirkətində immiqrasiya məsələləri üzrə çalışıb. Meri karyerasına Kaliforniya və Arizonada Birləşmiş Ferma İşçiləri Birliyində başlayıb və işçilərin tətil hüququ, siyasi kampaniyalar və seçki qeydiyyata alınması ilə bağlı fəaliyyət göstərib.
Endryu Koksşel – İcraedici Komitənin üzvü
Endryu KPMG şirkətinin Cənubi Qafqaz üzrə idarəetmə partnyorudur. Onun 20 illik təcrübəsi Gürcüstan, Qazaxıstan, Ermənistan, Özbəkistan, Qırğızıstan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Livan, Misir, Uqanda, Botsvana, Cənubi Afrika və Birləşmiş Krallığı əhatə edir. O, infrastrukturda maliyyə və audit üzrə, hökumət və səhiyyə sektorunda, əlavə olaraq kommunikasiya, maliyyə xidməti, sənaye bazarları, istehlakçı bazarları, Dünya Bankı layihələri və mədən sənayesi üzrə ixtisaslaşıb. Cənab Koksşel Herriot Vatt universitetindən MBA dərəcəsi üzrə məzundur və sertifikatlaşdırılmış mühasibdir.
Roy Sausuors
Roy, Tbilisidə Dünya Bankının ofisində Ölkə Meneceri olub. Cənab Sousuors 1979-cu ildə bank sektorunda aqrar sahə üzrə iqtisadçı vəzifəsində çalışmağa başlayıb və Afrika, Şərqi Avropa və Mərkəzi Asiayada çalışıb. 2004-cü ildə Gürcüstana gəlməmişdən qabaq o, Tanzaniya və Xorvatiyada sahə tapşırıqlarını tamamlayıb. Cənab Sousuors Vaşinqton Dövlət Universitetinin “İqtisadiyyat” bakalavr proqramını fərqlənmə ilə bitirib. Efiopiyada Sülh Korpusunda çalışdıqdan sonra Stanford Universiteti nəzdindəki Qida Araşdırma İnstitutunndan doktor dərəcəsi alıb. Onun aqrar sektor və kəndlərdə inkişaf, həyata keçirmə və investisiya əməliyyatlarının yekunlarının təhlilinə dair yetərli təcrübəsi var. Cənab Sousuors 2001-ci ildən Avropa və Mərkəzi Asiyadakı ofislərin ölkə əməliyyatları və idarə edilməsi üzrə çalışır.
Sabina Freyzer
Sabina 20 ildən artıqdır ki, Avropa və Mərkəzi Asiyada qadın, idarəetmə, sülh və təhlükəsizlik məsələləri üzrə fəaliyyət göstərir. BMT Qadınlarının Avropa və Mərkəzi Asiya üzrə idarəemə, sülh və təhlükəszilik üzrə məsləhətçisi olmazdan əvvəl, 2014-cü ilin martından 2015-ci ilin aprelinə kimi Açıq Cəmiyyət Fondunun Avrasiya Proqramında baş məsləhətçi kimi çalışıb. 2009-2013-cü illərdə o, Beynəlxalq Böhran Qrupunun Avropa üzrə direktoru vəzifəsində çalışıb və Qərbi Balkanlar, Türkiyə, Cənubi və Şimali Qafqazdakı layihələrə rəhbərlik edib. Bundan öncə isə Sabina, Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə direktoru olub, daha əvvəl isə Daşkənddə ATƏT-in Mərkəzi Asiya Əlaqələndirmə Ofisində, həm də Sarayevodakı Bosnia və Herseqovina nümayəndəliyində çalışıb.
Sabina, London İqtisad Məktəbində (LSE) professor Meri Kaldorun rəhbərliyi altında qadın təşkilatlarının münaqişədən sonra Balkanlar (Bosniya və Herseqovina) və Mərkəzi Asiyada (Tacikistan) sülh quruculuğu mövzusunda fəlsəfə üzrə elmlər doktoru dərəcəsi alıb. O, Brüggedə Avropa Kollecinin magistratura pilləsini Fullbright proqramı çərçivəsində bitirib. Bundan əvvəl isə o, ABŞ-da Dartmus Kollecini bitirib. Xanım Freyzer Avrasiya Əməkdaşlıq Fondunun İdarətmə Şurasının və Atlantik Şuranın Dinu Patrisiu Avrasiya Mərkəzi və Transatlantik Münasibətlər proqramının qeyri-rezident üzvüdür.
Hamlet İsaxanlı
Hamlet Abdulla oğlu İsaxanlı 1 mart 1948-ci ildə Gürcüstanın Qardabani rayonu Kosalı kəndində anadan olub. O, qızıl medalla məktəbi bitirdikdən sonra, 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini də fərqlənmə ilə bitirib. 1973-cü ildə o, “Spektral nəzəriyyə və əməliyyatçı qələmlər” mövzusunda dissertasiyasını müdafiə edib və fizika-riyaziyyat elmləri üzrə Moskva Dövlət Universitetinin elmlər doktoru dərəcəsinə yiyələnib.
1973-1983-cü illərdə Moskva Dövlət Universiteti, SSRİ Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutu, Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu və Azərbaycan Dövlət Universitetinin xətti ilə Moskva və Bakıda riyaziyyat sahəsində araşdırma aparıb.
Cənab İsaxanlı daha sonra Azərbaycan Neft-Kimya İnstitutunda (hazırki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) çalışıb və Leninqrad Maliyyə-İqtisadiyyat İnstitutunun Bakı filialında “Riyaziyyat” kafedrasına rəhbərlik edib.