» Beynəlxalq Proqramlar

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Beynəlxalq Proqramlar

Avrasiya Fondu 1998-ci ildə Cənubi Qafqazda regionun fəal vətəndaşları arasında ortaq mövqe ortaya qoyaraq, həmçinin təcrübə və yenilikçi ideyalarının mübadiləsini təşviq edərək regional problemlərin həllinə ünvanlanmış nadir təşəbbüs olan Ölkələrarası Proqramı başladıb.1998-ci ildən bəri Fond, beynəlxalq proqramlar vasitəsilə, azad medianın gücləndirilməsi, iqtisadi inkişaf, iqlimin qorunması və ictimai siyasətin inkişafı kimi sahələrdə 150-dən çox layihəni dəstəkləyərək Cənubi Qafqaza qrant və texniki yardım üçün 6 milyon məbləğindən çox maliyyə vəsaiti ayırıb. AƏF-in Ölkələrarası Proqramı regionun iqtisadiyyatını gücləndirmək, ən yaxşı regional və beynəlxalq təcrübələrdən istifadə etmək, yenilikçi ideyaları paylaşmaq və vətəndaş cəmiyyəti, media və biznes sahələri arasında əməkdaşlıq şəbəkələrini yaratmaqla Cənubi Qafqazda əminliyi təşviq edir.

AƏF-in Ölkələrarası Proqramı 2010-2011-ci illərdə dörd əsas istiqamət üzrə bölünüb: (1) Yeni Media vasitəsilə İcma Gəncləri Sülh Quruculuğu yeni media və şəbəkələşmə yolu ilə Cənubi Qafqazın gəncləri arasında dialoq və əməkdaşlığı təşviq edir; (2)Qoşul! gənclər arasında təhsili, fəal vətəndaşlığı dəstəkləyir və Cənubi Qafqazda mədəniyyətlər arası mübadiləni təşviq edir; (3) Cənubi Qafqaz Yaradıcı İcmaları(CC) CC lisenziya sistemini Cənubi Qafqazdakı Əqli Müəllif Hüquqları strukturuna uyğunlaşdırır; (4) Məlumatın Mediada Qərəzsiz İşıqlandırılması xəbərlərin düzgün və qərəzsiz çatdırılmasına kömək edir.