» Avropa İnteqrasiyası

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Avropa İnteqrasİyası

Azərbaycan, son illərdə ölkədə demokratiya və bazar iqtisadiyyatını inkişaf etdirmək və Avropa Birliyinə yaxınlaşmaq üçün islahatları tədricən artıran siyasət aparır. Avropa Birliyi ilə Azərbaycan Respublikası arasındakı əməkdaşlığın əsas məqsədi iqtisadi inteqrasiya və sıx siyasi əlaqələrin gücləndirilməsi yönündə münasibətlərin genişləndirilməsidir. Lakin Avropa standartlarının və dəyərlərinin düzgün başa düşülməməsi nəticəsində Azərbaycanın Avropaya inteqrasiyası etirazlara məruz qalır, həmçinin, Avropa Birliyi- Azərbaycan münasibətləri və AB qurumları haqqında ictimai məlumatlılığın məhdudluğu ölkənin inkişafında vətəndaş cəmiyyətinin davamlı fəaliyyətinə mənfi təsir göstərir. Avropa anlayışının bilinməməsi və müstəqil mütəxəssislərin iştirakının fəal olmaması Avropaya inteqrasiya prosesində vətəndaş cəmiyyətinin mövqeyinin əks olunmasını çətinləşdirir.

AB və 6 tərəfdaş ölkə arasında əlaqələri gücləndirmək üçün, Avropa Komissiyası 2009-cu ildə Şərq Tərəfdaşlığı təşəbbüsünü başladıb. Şərq Tərəfdaşlığı iqtisadi inkişaf, sabitlik və yaxşı idarəetməni təbliğ edərək tərəfdaş ölkələri cəlb etməyə çalışır. Şərq Tərəfdaşlığı, nəticə etibarı ilə AB ilə Assosiativ Sazişin əsasını qoymaq üçün yeni saziş əlaqələrinin inkişafını nəzərdə tutub və islahatlarla bağlı təcrübələri paylaşmaq üçün yeni forum qurub. Planların uğurla həyata keçməsi üçün, Şərq Tərəfdaşlığı çərçivəsində, demokratiya, yaxşı idarəetmə, sabitlik, iqtisadi inteqrasiya və AB qanunlarına uyğunlaşdırma, enerji təhlükəsizliyi və insanlarla əlaqələrin qurulması ilə bağlı sualları əhatə edən mütəxəssislərin dörd mövzu üzrə platformaları qurulub.

Şərq Tərəfdaşlığı, Vətəndaş Cəmiyyəti Forumu tərzində vətəndaş cəmiyyətinin iştirakına xüsusi əhəmiyyət verən ilk təşəbbüsdür. Bu mexanizm vətəndaş cəmiyyətinin fəal iştirakına lazımi imkanlar yaradır və beləcə, Şərq Tərəfdaşlığını çox tərəfli təsirinə səbəb olur. Prosesə nəzarət etmək və təkmilləşdirmək üçün Şərq Tərəfdaşlığı Milli Platforması yaradılıb. Əlavə olaraq, bu sahədə yaxşı tanınmış mütəxəssislər tərəfindən Avro-inteqrasiya üzrə Azərbaycan Milli Komitəsi qurulub.

AƏF-in layihəsinin əsas məqsədi Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı məsələlərdə hökumət, biznes və vətəndaş cəmiyyəti qurumları arasında dialoqu təkmilləşdirmək və bu mövzularda məlumatlılığı artırmaq idi. Bu proqram çərçivəsində həyata keçirilən fəaliyyətlər əməkdaşlığı irəli sürüb və AQS Fəaliyyət Planının həyata keçirdiyi məsələlər üzrə müxtəlif tərəfdaşlar arasında fikir birliyi qurub, təkmilləşdirilmiş siyasətin həyata keçməsinə və AQS-nin öhdəliklərinə uyğunlaşdırılmasına kömək edib, eləcə də yeni Assosiativ Saziş üçün uyğun şərtlərin yaradılması yönündə çalışıb. AƏF-in proqramı ticarətin liberallaşdırılması, iqtisadi qanunvericiliyin inzibati təcrübə ilə bərabərləşdirilməsi, həmçinin viza, enerji və təhlükəsizlik məsələlərinə diqqət yetirib.

Lаyihə üzrə görüləcək işlərin qısа icmаlı:
Seminarlar və ictimai müzakirələrin keçirilməsi: AƏF, AQS, ŞT və AA danışıq prosesinin prioritetləri ilə bağlı üç aylıq seminarlar və ictimai müzakirələr təşkil edib. Bu seminarlar tələbələr və gənc alimlər üçün açıq idi. AƏF bu sahədə aparıcı mütəxəssisləri  seminarlar aparmaq üçün dəvət edib.

Jurnalistika təlimləri: AƏF ictimaiətin Avropaya inteqrasiya məsələlərində məlumatlılığını media vasitəsilə, əsasən də xüsusi mövzularda jurnalistlərə təlimlər keçərək inkişaf etdirib (dəyirmi masalar və siyasət müzakirələri mövzularına uyğun olaraq). AƏF, eyni jurnalistləri proqram çərçivəsində bütünlüklə Avropa inteqrasiyası məsələlərindən məlumatlı olmaları üçün proqrama daxil edib.

İctimaiyyətlə əlaqələr (PR) kampaniyası: AƏF, AQS, ŞT və AA haqqında 2 televiziya və ya radio-talk şousu və əsas çapda ən azı 5 nəşr və veb-əsaslı KİV-lər vasitəsilə  geniş ictimai müzakirə təqdim edib.

Təkliflərin hazırlanması: AƏF, AB İnteqrsaiyası üzrə Milli Komitənin və Milli Platformanın işçi qruplarının işinə köməklik göstərib. AƏF hökumətə, Avropa təşkilatlarına və ictimaiyyətə təqdim olunacaq siyasət tövsiyələrinin hazırlanmasında əməkdaşlıq edib. AƏF lobbi fəaliyyətini artırmaq üçün müvafiq sahələrdə böyük qərar qəbul edənlərlə əməkdaşlıq əlaqələrini davam edib və genişləndirib.