» “Yeddi Qadın” sənədli pyes

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

“Yeddİ Qadın” sənədlİ pyes

20 İyun 2017-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və İsveç Krallığının səfirliyinin dəstəyi ilə AƏF Azərbaycan “Yeddi” sənədli tamaşasının Yarat müasir incəsənət məkanında göstərilməsinə kömək etdi. Qonaqları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və İsveç səfiri İnqrid Tersman açılış nitqi ilə salamladılar. Daha sonra tanınmış ictimai fəallar olan oxucular səhnəyə ssenarini oxumağa dəvət edildi.

Yeddi, Vital Voices Global Partnership dəstəyi ilə 2007-ci ildə yaradılmış bir sənədli tamaşadır. Tamaşa dünyanın müxtəlif yerlərindən olan 7 qadın hüquq fəalları ilə müsahibə əsasından hazırlanıb. Qısa bir xəstəlikdən sonra 2013-ci ilin yanvar ayında dünyasını dəyişən İnez McCormackdan savayı digər qadın hüquq fəalları hal-hazırda fəaliyyətdədirlər. Yeddi tamaşası Paula Cizmar, Catherine Filloux, Gail Kriegel, Carol K. Mack, Ruth Margraff, Anna Deveare-Smith və Susan Yankowitz tərəfindən yazılıb.

Rusiya, Pakistan, Nigeriya, Şimali İrlandiya, Əfqanıstan, Qvatemala və Kamboca ölkələrindən olan yeddi qadın aktivist müxtəlif yollarla öz həyatlarını həm özlərinin, həm də digər əsas insan hüquqlarının təmin edilməsinə həsr ediblər. Çox güclü və qapalı bir şəkildə tamaşa onların  güclərini və cəsarətini əhatələyir. Mövzunun universallığı hər bir işi təsirli edir və oxu tez-tez auditoriya və ya oxucuların şəxsi təcrübələrini paylaşması ilə nəticələnir.

YERLİ GƏNC TƏŞƏBBÜSLƏRİ ÜÇÜN MÜRACİƏT ELANI

Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan təşkilatı Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən, yerli gənc təşəbbüslərinin bacarıqlarının artırılması və fəaliyyətinin yaxşılaşdırılması üzrə innovativ ideyaların dəstəklənməsi üçün tərtib olunmuş proqram həyata keçirir. Bu proqramın tərkib hissəsi kimi yerli gənclərin idarə etdiyi vətəndaş təşəbbüsləri üzrə xidmət təkliflərinin qəbulunu 28 dekabr 2018-ci il tarixinədək açıq elan edir. […]

Read More Nov 29

XİDMƏT TƏKLİFLƏRİ ÜÇÜN MÜRACİƏT ELANI

Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan təşkilatı Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən, şəffaflıq və hesabatlılıq məsələlərində vətəndaş nəzarətin təkmilləşdirilməsi və bu sahələrdə Azərbaycan höküməti ilə əməkdaşlığın gücləndirilməsi üzrə innovativ ideyaların dəstəklənməsi üçün tərtib olunmuş proqram həyata keçirir. Bu proqramın tərkib hissəsi kimi onun ümumi məqsədlərinə xidmət edəcək aşağıda göstərilən istiqamətlər üzrə xidmət təkliflərinin […]

Read More Nov 29

Baku IdeaLab Açılış Mərasimi

2018-ci ilin 16 fevral tarixində Avrasiya Əməkdaşlıq Fondu (bundan sonra AƏF) Baku IdeaLabın açılış mərasimini keçirdi. Səfirliklərin və Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri bu tədbirdə bir araya gəldi. Həmçinin tədbirdə 15 fərqli gənc təşəbbüslərinin nümayəndələri də iştirak etdilər. Mərasimin açılışını İsveçin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Kristian Kamil etdi. AƏF-in prezidenti Nailə Həşimova qonaqları […]

Read More Jul 30