» Vətəndaş Cəmiyyəti Təşkilatlarının İştirakçılığı

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Vətəndaş Cəmİyyətİ Təşkİlatlarının İştİrakçılığı

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Niderlandiya Krallığının Xarici İşlər Nazirliyinin Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının cəlb edilməsi üçün olan Kiçik Qrant Proqramına kömək etdi.

Proqram, vətəndaş cəmiyyəti sektorunun insan hüquqları, demokratikləşmə və yaxşı idarəetmə məsələləri ətrafında Azərbaycan hökumətinin ictimai nəzarətini və iştirakını yaxşılaşdırmaq üçün səmərəli şəkildə müdafiə etmək bacarığını gücləndirməyə çalışdı. AƏF tərəfindən maliyyələşdirilmiş təşkilatlara davamlı dəstək və kiçik qrantlar vasitəsilə (qrant alanların ehtiyacları ilə müəyyən sahələrdə təlim və potensialın artırılması üçün imkanlar daxil olmaqla) AƏF vətəndaş cəmiyyəti təşkilatlarına  hökumətin hərəkətlərini izləmək və / və ya qiymətləndirmək üçün ictimaiyyəti səfərbər etməyə, mesajlarını geniş ictimaiyyətə çatdırmaq üçün yeni və ənənəvi KİV-lərlə birgə əməkdaşlıq  və onların tövsiyələrini hökumət rəsmilərinə açıqlamaq üçün imkan yaratdı. Nəticələr insan hüquqları, demokratikləşmə və yaxşı idarəetmə sahələrində monitorinq, təbliğat, bacarıqların artırılması və informasiya kampaniyalarının təşviq edilməsi üzrə işləyən canlı vətəndaş cəmiyyətinin inkişafına yönəlib.

Baku IdeaLab Açılış Mərasimi

2018-ci ilin 16 fevral tarixində Avrasiya Əməkdaşlıq Fondu (bundan sonra AƏF) Baku IdeaLabın açılış mərasimini keçirdi. Səfirliklərin və Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri bu tədbirdə bir araya gəldi. Həmçinin tədbirdə 15 fərqli gənc təşəbbüslərinin nümayəndələri də iştirak etdilər. Mərasimin açılışını İsveçin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Kristian Kamil etdi. AƏF-in prezidenti Nailə Həşimova qonaqları […]

Read More Jul 30

“Yeddi Qadın” sənədli pyes

20 İyun 2017-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və İsveç Krallığının səfirliyinin dəstəyi ilə AƏF Azərbaycan “Yeddi” sənədli tamaşasının Yarat müasir incəsənət məkanında göstərilməsinə kömək etdi. Qonaqları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və İsveç səfiri İnqrid Tersman açılış nitqi ilə salamladılar. Daha sonra tanınmış ictimai […]

Read More Jul 30

Vətəndaş Cəmiyyəti Təşkilatlarının Gücləndirilməsi

Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində insan hüquqları və demokratikləşmə sahəsində öhdəliklərə uyğun olaraq, Avropa İttifaqı və BMTİP Azərbaycanda vətəndaş cəmiyyətinin rolu və potensialının gücləndirilməsi və qorunması sahəsində ümumi məqsədlə müqavilə imzaladılar.  Avropa İttifaqı və BMTİP tərəfindən maliyyələşdirilən “Həssas əhalinin sosial-iqtisadi hüquqlarının inkişafında vətəndaş cəmiyyətinin daha çox rol oynamasına imkan yaratmaq” çərçivəsində insan hüquqları […]

Read More Jul 30