» “Bakı Qida Hakatonu” təlimləri

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

“Bakı Qİda Hakatonu” təlİmlərİ

“Bakı Qida Hakatonu” təlimləri keçirildi.

13-14 və 20-21 noyabr tarixlərində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, “Gənc Avropa Səfirləri” şəbəkəsi və “AgriVision” layihəsi ilə birlikdə təşkil edilən “Bakı Qida Hakatonu” ilə bağlı hazırlıq təlimləri keçirildi.

27-28 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulan “Bakı Qida Hakatonu”-nda dəstəklənəcək start-up ideyalarının daha səmərəli və effektiv formada ərsəyə gəlməsi üçün keçirilən təlimlər zamanı Bakıda fəaliyyət göstərən İT və Start-up icmalarının təmsilçiləri regionlardan gələn yerli qida istehsalçıları ilə bir araya gələrək bu sahəyə maraqlı olan iştirakçılara yerli qida istehsalı, paylanması və istehlakı ilə bağlı ən mühüm problemlər və imkanlar barədə məlumat verib. Həmçinin, bununla Lənkəran iqtisadi regionundan seçilən qida istehsalçıları və xidmət təminatçıları öz təcrübələrini və üzləşdikləri real çətinlikləri təlim iştirakçıları ilə paylaşmaq imkanı qazandılar.

Lənkəran iqtisadi regionundan seçilən qida istehsalçıları və xidmət təminatçıları öz təcrübələrini və üzləşdikləri real çətinlikləri təlim iştirakçıları ilə paylaşırlar

Hər bir təlim Avrasiya Əməkdaşlıq Fondunun layihə üzrə koordinatoru Ramin Səfərzadə tərəfindən “AgriVision” layihəsi və “Bakı Qida Hakatonu” haqqında qısa təqdimatlar nümayiş olunaraq başladı. 13 və 20 noyabr tarixlərində Qida Dəyər Zəncirinin inkişafı üzrə mütəxəssis Yaqub Zeynalzadə “Qida istehsalçılarının üzləşdiyi çətinliklər” və “Ənənəvi Məhsullar və Aqrar turizm” mövzularından bəhs etdi. 14 və 21 noyabr tarixlərində isə proqram arxitektoru Babək Nağıyevin mentorluğu ilə “Kənd təsərrüfatında problemlər və texnoloji həllər” və “İnformasiya texnologiyalarının tətbiq sahələri” mövzusunda təlim keçirilib. Hər modulun sonunda iştirakçıların müzakirə edilən mövzular barəsində fikirlərini öyrənmək və yaranan sualları cavablamaq üçün “Sual-Cavab” sessiyası keçirilib, eyni zamanda çay fasiləsi zamanı iştirakçılara mentorlarla fikir mübadiləsi etmək imkanı yaradılıb.

“AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi.

25 noyabrın tarixində Avropa İttifaqının maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun birgə həyata keçirdiyi “AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi. Layihə 2020-ci ildən etibarən Lənkəran-Astara İqtisadi Rayonunda kiçik və orta sahibkarlığın daha da inkişafı və əlavə gəlir əldə etməsi üçün dəstək vermişdir. Layihənin əsas məqsədləri qeyri-neft sektorunun genişləndirilməsi, eləcə də şəhər və kənd […]

Read More Nov 26

Aqrar/eko-turizm məntəqələrinin nümayəndələri üçün növbəti təhsil turu təşkil olunmuşdur.

Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi bölgəsindən seçilmiş aqrar/eko-turizm məntəqələrinin nümayəndələri 12-16 sentyabr tarixlərində Türkiyədə növbəti təhsil turunda iştirak etdilər. Turun əsas məqsədi iştirakçıları öz turizm məntəqələrini inkişaf etdirmək üçün fikir və sınaqdan keçmiş yanaşmalarla təchiz etmək idi. Təhsil turu üçün Lənkəran-Astara iqtisadi rayonundan seçilmiş […]

Read More Oct 5

Aİ lahiyəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil etmişdir.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilmişdir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri lahiyə tərəfindən qarşılanmışdır. “Açıq Təsərrüfat Günləri” […]

Read More Aug 28