» Avrasiya Əməkdaşlıq Fondu ASAN radioda verlişlərin hazırlanması xidmətinin göstərilməsi üzrə kotirovka sorğusu elan edir.

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Avrasİya Əməkdaşlıq Fondu ASAN radİoda verlİşlərİn hazırlanması xİdmətİnİn göstərİlməsİ üzrə kotİrovka sorğusu elan edİr.

Avrasiya Əməkdaşlıq Fondu Avropa İttifaqının maliyyələşdirdiyi “AgriVision” layihəsi çərçivəsində 6 (altı) ASAN radio verilişlərinin hazırlanması xidməti üzrə təkliflərin qəbulunu elan edir.

Xidmət aşağıdakılardan ibarət olacaqdır:

*Aqro/ekoturizm ilə əlaqədar verilişlərinin mövzusunun müəyyənləşdirilməsi;
*Verilişə ekspert qismində dəvət olunacaq dövlət orqanları, QHT-lər, turizm şirkətləri, ali təhsil müəssisələri təmsilçilərinin müəyyənləşdirilməsi;
*Verilişin ssenari, giriş nitqinin mətninin və suallarını hazırlanması;
*ASAN radio verilişlərinin vaxtının razılaşdırılması.

Hüquqi və fiziki şəxslərdən öz xidmət təkliflərini 10 may 2021-ci il tarixə qədər grzayeva@epfound.az elektron poçt ünvanına göndərmələri tələb olunur.

“AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi.

25 noyabrın tarixində Avropa İttifaqının maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun birgə həyata keçirdiyi “AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi. Layihə 2020-ci ildən etibarən Lənkəran-Astara İqtisadi Rayonunda kiçik və orta sahibkarlığın daha da inkişafı və əlavə gəlir əldə etməsi üçün dəstək vermişdir. Layihənin əsas məqsədləri qeyri-neft sektorunun genişləndirilməsi, eləcə də şəhər və kənd […]

Read More Nov 26

Aqrar/eko-turizm məntəqələrinin nümayəndələri üçün növbəti təhsil turu təşkil olunmuşdur.

Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi bölgəsindən seçilmiş aqrar/eko-turizm məntəqələrinin nümayəndələri 12-16 sentyabr tarixlərində Türkiyədə növbəti təhsil turunda iştirak etdilər. Turun əsas məqsədi iştirakçıları öz turizm məntəqələrini inkişaf etdirmək üçün fikir və sınaqdan keçmiş yanaşmalarla təchiz etmək idi. Təhsil turu üçün Lənkəran-Astara iqtisadi rayonundan seçilmiş […]

Read More Oct 5

Aİ lahiyəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil etmişdir.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilmişdir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri lahiyə tərəfindən qarşılanmışdır. “Açıq Təsərrüfat Günləri” […]

Read More Aug 28