» MİNGƏÇEVİR, ŞİRVAN VƏ QUBA – XAÇMAZ RAYONLARINDA FƏALİYYƏT GÖSTƏRƏN VƏTƏNDAŞ CƏMİYYƏTİ TƏMSİLÇİLƏRİNİN XİDMƏT TƏKLİFLƏRİNİN QƏBULU ELANI

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

MİNGƏÇEVİR, ŞİRVAN VƏ QUBA – XAÇMAZ RAYONLARINDA FƏALİYYƏT GÖSTƏRƏN VƏTƏNDAŞ CƏMİYYƏTİ TƏMSİLÇİLƏRİNİN XİDMƏT TƏKLİFLƏRİNİN QƏBULU ELANI

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri “Qadınların Səsinin Aşkarlanması” adlı fəaliyyət həyata keçirilir. Bu fəaliyyət çərçivəsində Mingəçevir, Şirvan və Quba-Xaçmaz ərazisində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları təmsilçilərinin genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin implementasiyasında rolunun və iştirakçılığının artırılması üçün kiçik təşəbbüslərinin dəstəklənməsi nəzərdə tutulub.

Xidmət təkliflərinin qəbulu 25 Oktyabr 2019-ci il tarixinədək açıq elan edilir.

CONSULTANCY IS PROVIDED TILL 9 JUNE, 2021.

CRRC-Georgia/EPF-Azerbaijan announces an open call for proposals in the framework of “Peacebuilding through Capacity Enhancement and Civic Engagement: Phase 2” (PeaCE-2) programme funded by the European Union under the Instrument contributing to Stability and Peace (IcSP). For more information check the link:https://www.dropbox.com/sh/sshkheeaudnteed/AABvNIvUbxNH4mS55zoyyCAha?dl=0Be kindly informed that we will provide consultancy regarding project proposals. Consultancy is not […]

Read More Jun 3

Marketinq və Brendinq üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edirik!

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda 24 aylıq “AgriVision” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki kənd ailələrinə gəlirlərini artırmağa və Azərbaycanda şəhər ilə kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, təkrarlana bilən aqrar-turizm / ekoturizmin inkişaf mexanizmi yaratmaq və sınaqdan keçirməkdir. MƏQSƏD: Layihənin […]

Read More Jun 1

Turizm məkanı sahibləri ilə ekspert görüşləri keçirilmişdir.

Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran iqtisadi bölgəsindən seçilmiş aqrar/eko-turizm məntəqələrinin (TM) sahibləri ilə müvafiq sahənin ekspertləri arasında görüşlər həyata keçirilmişdir. İki gün davam edən görüşlər zamanı layihə bölgəsində yerləşən kiçik və orta ailə təsərrüfatları və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrin […]

Read More May 27