Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, Konstitusiya Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda 24 aylıq “AgriVision” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki kənd ailələrinə gəlirlərini artırmağa və Azərbaycanda şəhər ilə kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, təkrarlanan aqrar-turizm / ekoturizmin inkişaf mexanizmi yaratmaq və sınaqdan keçirməkdir.
Layihə aqrar-turizm / ekoturizm konsepsiyasını yerli təminatçılar və turistlər arasında populyarlaşdırmaqla və plastik vasitələrdən az istifadə, kompostlama, üzvi kənd təəsərrüfatı texnikaları və yanğın təhlükəsizliyi kimi ekoloji standartların təmin edilməsi ilə ətraf mühitin davamlılığını təbliğ edərək, bütün turizm yerlərində mümkün qədər qaydalara riayət edəcəkdir.
Layihənin icrası zamanı mütəxəssis, ətraf mühitdəki məhdudiyyətləri və imkanları qiymətləndirəcək və iqlim dəyişikliyinin mənfi təsirlərini qabaqcadan görmələri və verə biləcəkləri zərərin qarşısını almaq və ya minimuma endirmək (və ya yarana biləcək imkanlardan istifadə etmək) üçün müvafiq tədbirlər görmək üçün peşəkar məsləhətlərini verəcəkdir.
Daha ətraflı məlumatı aşağıdakı fayldan əldə edə bilərsiniz:
Maraqlanan namizədlər 10 dekabr tarixinədək maliyyə təklifi və CV / tərcümeyi-hallarını info@epfound.az elektron poçt ünvanına göndərmələri üçün dəvət olunur. Zəhmət olmasa, mövzu hissəsində vəzifə adı olaraq “Ətraf Mühit üzrə Ekspert” qeyd edin. Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır.
EPF is looking for Environmental Consultant
Eurasia Partnership Foundation, Azerbaijan is seeking a highly qualified expert to undertake the role of Environmental Consultant who will be providing Environmental expertise and support to both the consortium and project team when and where required. The incumbent will work in close collaboration with the operations, consortium members and projects’ staff for resolving issues of […]
Read More Nov 20MİNGƏÇEVİR, QUBA VƏ ŞİRVAN ŞƏHƏRLƏRİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN JURNALİSTLƏR ÜÇÜN MƏQALƏ MÜSABİQƏSİ ELANI
Avropa Birliyi və BMT İnkişaf Proqramının Azərbaycan ofisinin birgə həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender aspektini nəzərə almaqla icrasında vətəndaş cəmiyyətinin rolunun təşviqi” adlı layihə çərçivəsində DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri tərəfindən “Qadınların Səsinin Aşkarlanması” adlı təşəbbüs həyata keçirilir. Təşəbbüs çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin gender yönümlü implementasiyasına dəstək olmaq üçün hədəf regionlarda fəaliyyət […]
Read More Nov 1AVRASİYA ƏMƏKDAŞLIQ FONDU 2019-CU İLDƏ KEÇİRİLƏCƏK “MÜNAQİŞƏ MƏKTƏBİ 2” ÜÇÜN MÜRACİƏT QƏBULUNU AÇIQ ELAN EDİR
Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu” (PeaCE) layihəsi çərçivəsində, Böyük Britaniyanın Sabitlik və Təhlükəsizlik Fondu tərəfindən birgə maliyyələşdirilən “Münaqişə Məktəbi 2” üçün qəbul elan edir. “Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə […]
Read More Aug 10