» Bölgələrdə suvarma suyu təminatının yaxşılaşdırılması imkanları

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Bölgələrdə suvarma suyu təmİnatının yaxşılaşdırılması İmkanları

Mayın 15-də Avrasiya Əməkdaşlıq Fondu “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Bölgələrdə suvarma suyu təminatının yaxşılaşdırılması imkanları” mövzusunda dəyirmi masa keçirib. “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin moderatorluğu ilə keçirilən müzakirələrdə Azərbaycanda suvarma sisteminin hazırki vəziyyətinə toxunulub. “Mülki cəmiyyətə doğru” İctimai Birliyinin sədri Abil Bayramov və “Regional medianın inkişafına yardım” İctimai Birliyinin sədri Vəli Turan Xaçmaz rayonunda suvarma sistemi ilə bağlı aparılan tədqiqatların nəticələri barədə danışıblar. Daha sonra ekspertlər və hökümət nümayəndələri Xaçmaz rayonu və Azərbaycanın digər bölgələrində suvarma sisteminin hazırki vəziyyətini eləcə də sistemin yaxşılaşdırılması istiqamətində görülməli olan işləri müzakirə ediblər. Qeyd edək ki, layihəni Avropa İttifaqı maliyyələşdirib və BMT-nin İnkişaf Proqramı icra edib. Layihənin 12 vətəndaş cəmiyyəti təşkilatı partnyorundan biri olan Avrasiya Əməkdaşlıq Fondu, “Strateji əməkdaşlıq və inkişaf və idarəetmədə koordinasiya” təşəbbüsü çərçivəsində bir sıra tədbirləri həyata keçirib.