» Gender üzrə analitiklər əməkdaşlığa dəvət olunur.

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Gender üzrə analİtİklər əməkdaşlığa dəvət olunur.

TƏSVİR / XÜLASƏ:

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, Konstitusiya Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda 24 aylıq “AgriVision” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki kənd ailələrinə gəlirlərini artırmağa və Azərbaycanda şəhər ilə kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, təkrarlanan aqrar-turizm / ekoturizm inkişaf mexanizmi yaratmaq və sınaqdan keçirməkdir.

Layihə, qadınların idarə etdiyi ailə təsərrüfatlarına və müəssisələrinə mümkün qədər üstünlük verərək gender bərabərliyini inkişaf etdirəcəkdir. Layihədən birbaşa faydalananların ən azı 30% -i qadınlar olacaqdır. AƏF bütün kəmiyyət göstəricilərini cinsiyyətə görə bölüşdürəcəkdir.

Məqsədlər:

Avrasiya Əməkdaşlıq Fondu, Azərbaycan Gender üzrə Analitik rolunu yerinə yetirmək üçün yüksək ixtisaslı mütəxəssis axtarır və həmin mütəxəssis zəruri olduqda həm konsorsiuma, həm də layihə qrupuna müvafiq təcrübə və dəstəklə təmin edəcəkdir. Vəzifə sahibi müxtəlif çətinliklər və məlumat mübadiləsi məsələlərini həll etmək üçün əməliyyatlar, konsorsium üzvləri və layihə heyəti ilə sıx əməkdaşlıq şəratində çalışacaqdır. O, tapşırıqları yerinə yetirərkən keyfiyyətə və nəticəyə yönəlmiş bir yanaşmanı təqdim edəcəkdir.

İşin məzmunu:

Layihə çərçivəsində Avrasiya Əməkdaşlıq Fondu Gender üzrə Analitik ilə bağlayacağı müqavilədə göstərir ki, o /Məsləhətçi, konsorsium və  layihə qrupları ilə sıx əməkdaşlıq edəcək. Xüsusilə onun məsuliyyəti aşağıdakılardır, lakin bunlarla da məhdudlaşmır:

  • Layihənin dizaynı üçün gender təhlili aparmaq və layihənin icrası zamanı fəal gender əsaslı yanaşma üçün fəaliyyət planı hazırlamaq, o cümlədən monitorinq və qiymətləndirmə də daxil olmaqla layihə icrası zamanı əsas gender meylləri ilə əlaqəli məsələlər barədə məlumatlandırma, layihənin gedişatının izlənməsi və layihə nəticələrinin qiymətləndirilməsi;
  • Layihənin fəaliyyəti üçün maraqlı olan sahələrə diqqət yetirərək gender bərabərliyinə nail olmaq üçün əsas maneələr (sosial normalar, qanunvericilik, institusional potensial, siyasi iradə və s. daxil olmaqla) barədə ətraflı araşdırma aparmaq;
  • Layihə müdaxiləsinin və digər maraqlı tərəflərin ölkələrinin gender bərabərliyi hədəflərinə (milli inkişafın bir hissəsi kimi) çatmaq üçün dəyər əlavə edə biləcəyi yerlərin düzgün qiymətləndirilməsi;
  • Siyasət və siyasi dialoq üçün real hədəflər / imkanlar;

Daha ətraflı məlumar aşağıdakı faylda verilmişdir:

Maraqlanan namizədlər 10 dekabr tarixinədək maliyyə təklifi və CV / tərcümeyi-hallarını info@epfound.az elektron poçt ünvanına göndərmələri üçün dəvət olunur. Zəhmət olmasa, mövzu hissəsində vəzifə adı olaraq “Gender üzrə Analitik” yazın. Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır.

EPF is looking for Gender Analyst

BACKGROUND/OVERVIEW: With the financial support of the European Commission, Eurasia Partnership Foundation in partnership with Constitution Research Foundation is implementing a 24-month “AgriVision” project in Lankaran economic region. The goal of the project is to create and test a sustainable replicable agro-tourism / ecotourism development mechanism that would help rural households in the southern region […]

Read More Nov 20

EPF is looking for Environmental Consultant

Eurasia Partnership Foundation, Azerbaijan is seeking a highly qualified expert to undertake the role of Environmental Consultant who will be providing Environmental expertise and support to both the consortium and project team when and where required. The incumbent will work in close collaboration with the operations, consortium members and projects’ staff for resolving issues of […]

Read More Nov 20

Bəyənat

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, müstəqil fəaliyyət göstərən qeyri-hökumət təşkilatdır.  Missiyamız insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Müstəqil bir təşkilat kimi AƏF Azərbaycan, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həyata keçirilən və dəstəklənən bütün […]

Read More Oct 30