» Avrasiya Əməkdaşlıq Fondunun Lənkəran şəhərində yerləşən ofisində təcrübə proqramına müraciət qəbulunu elan edir.

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Avrasİya Əməkdaşlıq Fondunun Lənkəran şəhərİndə yerləşən ofİsİndə təcrübə proqramına müracİət qəbulunu elan edİr.

Avrasiya Əməkdaşlıq Fondu, Konstitusiya Araşdırmalar Fondu ilə birgə Avropa İttifaqının  maliyyələşdirdiyi Lənkəran iqtisadi bölgəsində həyata keçirilən 2 illlik “AqroViziya” layihəsinə start vermişdir. Bu layihə kənd icmalarına əlavə gəlir gətirən və iqtisadi/ekoloji dayanıqlığı özündə birləşdirən aqrar turizm/ekoturizmi inkişaf etdirməyə yönəlmişdir. Layihənin icrası zamanı Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq ediləcək.

Layihə müddəti ərzində Avrasiya Əməkdaşlıq Fondunun Lənkəran şəhərində yerləşən ofisində təcrübə proqramı keçiriləcəkdir. Təcrübəçilər nəzarətçinin tələbinə uyğun olaraq idarəetmə, icma ilə iş, kommunikasiya və digər sahələrə cəlb olunacaqlar. Seçilmiş təcrübəçilərdən həftədə 20 saat işləməsi tələb olunur. Təcrübəçilərin seçimi üçün nəzərdə tutulmuş tələblər aşağıdakılardır:

  • Ali təhsilli və ya bakalavr pilləsində sonuncu kurs tələbəsi olmalı;
  • Vaxtın düzgün idarə edilməsi bacarığı və eyni anda müxtəlif tapşırıqları yerinə yetirə bilmə qabiliyyəti;
  • Yeni biliklər öyrənmək və komanda şəklində işləmək istəyi;
  • Təlimatlara əməl etmək və problemləri həll etmək bacarığı;
  • Azərbaycan və İngilis dilində yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Microsoft Ofis proqramları və internetlə işləmə bacarığı.

Maraqlanan namizədlərdən keçmiş fəaliyyətlərini, təcrübələrini və bu təcrübə proqramı ilə maraqlanma səbəblərini əks etdirən istək məktubunu və CV-lərini 15 sentyabr 2020-ci il tarixinədək info@epfound.az ünvanına göndərmələri tələb olunur.

Aqrar/eko-turizm məkanlarının seçilməsi üçün ərizələrin qəbulu Elanı

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, Konstitusiya Araşdırmalar Fondu ilə birgə Lənkəran iqtisadi bölgəsində həyata keçirilən 2 illlik “AgroVision” layihəsini icra edir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki ev təsərrüfatlarının gəlirlərini artırmağa və Azərbaycanda şəhər və kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, yenidən həyata keçirilə bilən aqrar turizm/eko-turizmin inkişafı mexanizmini yaratmaq və sınaqdan […]

Read More Sep 20

Call for international experts!

With the financial support of the European Union, Eurasia Partnership Foundation in partnership with Constitution Research Foundation is implementing a 24-month “AgroVision” project in Lankaran economic region. The goal of the project is to create and test a sustainable replicable agro-tourism / ecotourism development mechanism that would help rural households in the southern region of […]

Read More Aug 21

Mütəxəssislərin fəaliyyətə cəlb olunması üçün təklif

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və Konstitusiya Araşdırmalar Fondu tərəfindən Lənkəran iqtisadi regionunun Lənkəran, Masallı, Lerik və Astara rayonlarında  24 aylıq “AgroViziya” layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanın cənub bölgələrindəki kənd ev təsərrüfatlarının gəlirlərini artırmağa və Azərbaycanın şəhər və kənd əhalisi arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı və təkrarlana bilən aqrar […]

Read More Aug 17