» Avrasiya Əməkdaşlıq Fondunun Lənkəran şəhərində yerləşən ofisində təcrübə proqramına müraciət qəbulunu elan edir.

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Avrasİya Əməkdaşlıq Fondunun Lənkəran şəhərİndə yerləşən ofİsİndə təcrübə proqramına müracİət qəbulunu elan edİr.

Avrasiya Əməkdaşlıq Fondu, Konstitusiya Araşdırmalar Fondu ilə birgə Avropa İttifaqının  maliyyələşdirdiyi Lənkəran iqtisadi bölgəsində həyata keçirilən 2 illlik “AqroViziya” layihəsinə start vermişdir. Bu layihə kənd icmalarına əlavə gəlir gətirən və iqtisadi/ekoloji dayanıqlığı özündə birləşdirən aqrar turizm/ekoturizmi inkişaf etdirməyə yönəlmişdir. Layihənin icrası zamanı Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq ediləcək.

Layihə müddəti ərzində Avrasiya Əməkdaşlıq Fondunun Lənkəran şəhərində yerləşən ofisində təcrübə proqramı keçiriləcəkdir. Təcrübəçilər nəzarətçinin tələbinə uyğun olaraq idarəetmə, icma ilə iş, kommunikasiya və digər sahələrə cəlb olunacaqlar. Seçilmiş təcrübəçilərdən həftədə 20 saat işləməsi tələb olunur. Təcrübəçilərin seçimi üçün nəzərdə tutulmuş tələblər aşağıdakılardır:

  • Ali təhsilli və ya bakalavr pilləsində sonuncu kurs tələbəsi olmalı;
  • Vaxtın düzgün idarə edilməsi bacarığı və eyni anda müxtəlif tapşırıqları yerinə yetirə bilmə qabiliyyəti;
  • Yeni biliklər öyrənmək və komanda şəklində işləmək istəyi;
  • Təlimatlara əməl etmək və problemləri həll etmək bacarığı;
  • Azərbaycan və İngilis dilində yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Microsoft Ofis proqramları və internetlə işləmə bacarığı.

Maraqlanan namizədlərdən keçmiş fəaliyyətlərini, təcrübələrini və bu təcrübə proqramı ilə maraqlanma səbəblərini əks etdirən istək məktubunu və CV-lərini 15 sentyabr 2020-ci il tarixinədək info@epfound.az ünvanına göndərmələri tələb olunur.

Gender üzrə analitiklər əməkdaşlığa dəvət olunur.

TƏSVİR / XÜLASƏ: Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, Konstitusiya Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda 24 aylıq “AgriVision” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki kənd ailələrinə gəlirlərini artırmağa və Azərbaycanda şəhər ilə kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, təkrarlanan aqrar-turizm / ekoturizm inkişaf mexanizmi yaratmaq və sınaqdan keçirməkdir. […]

Read More Nov 20

EPF is looking for Gender Analyst

BACKGROUND/OVERVIEW: With the financial support of the European Commission, Eurasia Partnership Foundation in partnership with Constitution Research Foundation is implementing a 24-month “AgriVision” project in Lankaran economic region. The goal of the project is to create and test a sustainable replicable agro-tourism / ecotourism development mechanism that would help rural households in the southern region […]

Read More Nov 20

EPF is looking for Environmental Consultant

Eurasia Partnership Foundation, Azerbaijan is seeking a highly qualified expert to undertake the role of Environmental Consultant who will be providing Environmental expertise and support to both the consortium and project team when and where required. The incumbent will work in close collaboration with the operations, consortium members and projects’ staff for resolving issues of […]

Read More Nov 20