» GENDERƏ-HƏSSAS DAYANIQLI İNKİŞAF MƏQSƏDLƏRİNİN HƏDƏF VƏ İNDİKATORLARI ÜZRƏ TƏDQİQAT İŞLƏRİ ÜÇÜN MÜRACİƏTLƏRİN QƏBULU AÇIQ ELAN EDİLİR

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

GENDERƏ-HƏSSAS DAYANIQLI İNKİŞAF MƏQSƏDLƏRİNİN HƏDƏF VƏ İNDİKATORLARI ÜZRƏ TƏDQİQAT İŞLƏRİ ÜÇÜN MÜRACİƏTLƏRİN QƏBULU AÇIQ ELAN EDİLİR

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri “Qadınların Səsinin Aşkarlanması” adlı fəaliyyət həyata keçirilir. Bu fəaliyyət çərçivəsində vətəndaş cəmiyyəti təşkilatları, beyin mərkəzləri təmsilçilərinin, müstəqil tədqiqatçıların genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin hədəf və indikatorlarının ölkədə icrası vəziyyətinə dair kiçik tədqiqat işlərinin dəstəklənməsi nəzərdə tutulub.

Bu məqsədlə aşağıda göstərilən istiqamətlər üzrə tədqiqat işlərinin qəbulu 20 Fevral 2020-ci il tarixinədək açıq elan edilir.

Tədqiqat işlərinin dəstəklənməsində məqsəd genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin hədəf və indikatorlarının Azərbaycanda implementasiya vəziyyətinə dair həm dövlət orqanlarının, həm də vətəndaş cəmiyyətinin faydalana biləcəyi milli tədqiqat və data mənbələrinin artırılmasıdır. Tədqiqat işləri AƏF və Qafqaz Tədiqat və Resurs Mərkəzi – Azərbaycan tərəfindən aparılmış araşdırma[ http://crrc.az/wp-content/uploads/2019/10/Collection-and-Analysis-of-information-on-Gender-Sensitive-Sustainable-Development-Goals-in-Azerbaijan-2008-2019.pdf ] nəticəsində aşkarlanmış, daha öncə tədqiq olunmamış aşağıdakı sahələri əhatə etməlidir:

  • İKT və qadın sahibkarlar ; Qadınların İKT sahəsində iştirakı üzrə ətraflı statistika;
  • Qadınların cinsi və reproduktiv hüquqları və bu sahədə mövcud sağlamlıq xidmətləri; Kənd yerlərində yaşayan qadınlar üçün reproduktiv sağlamlıq xidmətləri də daxil olmaqla səhiyyə xidmətlərinin əlçatanlığının vəziyyəti;
  • Ödənişsiz qayğı işi və onun gender bərabərliyinə təsirləri (qayğı iqtisadiyyatı); Qadınların ödənişli və ödənişsiz əmək fəaliyyəti
  • Azərbaycanda erkən nigah problemi və onun nəticələri; Erkən nigahın (əsasən də dini nigah) nəticəsi olaraq yeniyetmə qızların uşaq dünyaya gətirmə halları və bunun onların sağlamlığına mənfi təsirləri;
  • Qız uşaqlarının selektiv abort edilməsi və Azərbaycanda təbii cins balansı;
  • Cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə hərtərəfli və yaşa uyğun təhsil;
  • Gender bərabərliyi ilə bağlı qanunvericilik, qanun vericiliyin tələblərinə nə dərəcədə əməl olunması; Qanunvericilikdə mövcud pozitiv diskriminasiya və bunun qadınların əleyhinə olduğu hallar;

Tədqiqat təkliflərinin təqdim olunması qaydaları ilə aşağıdakı faylda daha ətraflı tanış ola bilərsiniz:

Təqdiqat təklifləri aşağıdakı ərizə formaları tam doldurulmaqla təqdim edilə bilər:

“Bakı Münaqişə Məktəbi 2024”-ə yeni qəbul başladı

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalardakı müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı Azərbaycan dilində keçiriləcək. “Bakı Münaqişə Məktəbi” müxtəlif mövzularda akademik və praktik sessiyalardan […]

Read More May 7

THE ADMINISTRATIVE AND FINANCE ASSISTANT VACANCY

Eurasia Partnership Foundation’s (EPF) mission is to empower people to effect change for social justice and economic prosperity through hands-on programs, helping them to improve their communities and their own lives. With locally registered office in Azerbaijan, EPF is the legacy institution of Eurasia Foundation (EF), a privately managed non-profit organization established in 1992 to deliver seed capital to emerging civil society […]

Read More May 1

“Bakı Münaqişə Məktəbi 2024”-ə qəbul başladı

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı […]

Read More Dec 20