Bu payızın ən məhsuldar Hakatonu – Bakı Qida Hakatonu!
Press-reliz, Noyabr 2021
Noyabrın 28-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Gənc Avropa Səfirləri və Aİ-nın maliyyələşdirdiyi Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “AgriVision” layihəsi ilə birlikdə təşkil edilən “Bakı Qida Hakatonu” keçiriləcək.
Qlobal pandemiya şəraiti kənd təsərrüfatının innovasiyalara olan tələbini artırmışdır. “Bakı Qida Hakatonu” azərbaycanlı investorları yerli fermerlərin üzləşdiyi ən aktual problemləri həll edə biləcək texnologiyanı təqdim etmək üçün çağırır. Hakatonun əsas mövzusu sağlam qidalanma vərdişlərini təbliğ etmək, yerli qidaların istehlakına həvəsləndirmək və Azərbaycanda qida ilə bağlı problemlər üçün innovativ həllər yaratmaqdır. İştirakçıların üzərində işləyəcəkləri problemlər Lənkəran bölgəsində yetişdirilən və istehsal olunan qida məhsulları ilə bağlı olacaq.
Hakaton dialoq yaratmaq, kənd təsərrüfatı sahəsində innovasiyaları sürətləndirmək və fermerlərin məhsullarını böyük şəhərlərdə olan vitrinlərə çatdırması üçün yaradıcı yollar tapmağı qarşısına məqsəd olaraq qoymuşdur. İki günlük tədbirin məqsədi Bakıda fəaliyyət göstərən İT və startap icmalarının təmsilçilərini regionlardan gələn yerli qida istehsalçıları ilə bir araya gətirmək, iştirakçıları yerli qida istehsalı, paylanması və istehlakı ilə bağlı ən mühüm problemlər və imkanlar haqqında məlumatlandırmaqdır.
Təcrübəli mentorlar iştirakçı komandaları dəstəkləyəcək və onlara mümkün olan ən yaxşı həllərin hazırlanmasında köməklik göstərəcəklər. İki günlük intensiv proqramın sonunda kənd təsərrüfatı, turizm və innovasiya sahəsində yüksək profilli milli və beynəlxalq ekspertlər arasından seçilmiş münsiflər heyəti üzvləri fərdi komanda profillərini nəzərdən keçirəcək və qalib ideya ilə bağlı yekun rəy verəcəklər. Qalib komanda 5000 avro, ikinci və üçüncü yeri tutan komandaların hər biri müvafiq olaraq 3000 avro və 1000 avro qazanacaqdır.
Hakaton Bakının mərkəzi otellərindən birində keçiriləcək. Müraciətlər 21 noyabr 2021-ci il, saat 23:59-da (Bakı vaxtı ilə) bağlanır
Hakatonda iştirak ilə bağlı suallar yaranarsa rsafarzada@epfound.az e-mail ünvanına müraciət edə bilərsiniz.
“Bakı Münaqişə Məktəbi”nə qəbul
Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı […]
Read More May 10Monitorinq və qiymətləndirmə üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edirik!
Sifarişçi: Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Tapşırığın təsviri: Layihənin yekun qiymətlləndirilməsi Tapşırığın müddəti: 1 ay Müqavilənin növü: Xidmət müqaviləsi Müraciət üçün qəbul olunan son tarix: 25 sentyabr 2022 TƏSVİR / XÜLASƏ: Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran-Astara iqtisadi rayonunda “AgriVision” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki […]
Read More Sep 11Münaqişə Məktəbi 2 üçün Müraciət
Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində, gənclər üçün “Münaqişə Məktəbi”nə qəbul elan edir. “Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə […]
Read More Jun 16