» Aqrar / eko turizm məkanlarının inkişaf strategiyaları təqdim edildi.

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Aqrar / eko turİzm məkanlarının İnkİşaf strategİyaları təqdİm edİldİ.

Avropa İttifaqının maliyyələşdirdiyi  “AgriVision” – Lənkəran iqtisadi regionunda aqrar / eko turizmin inkişafına dəstək layihəsi çərçivəsində növbəti tədbir həyata keçirilib. Lənkəran şəhərində keçirilmiş konfrans zamanı layihə çərçivəsində əməkdaşlıq edilən aqrar / eko turizm məkanlarının inkişaf strategiyaları təqdim edilib.

Layihənin icraçıları Avrasiya Əməkdaşlıq Fondu və Konstitutsiya Araşdırmalar Fondunun nümayəndələri, Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin regional şöbəsinin, KOBİA, KOB İnkişaf Mərkəzinin nümayəndələrinin də iştirak etdiyi konfransa Lənkəran iqtasadi bölgəsində fəaliyyət göstərən kənd təsərrüfatı və turizm fəaliyyətini uğurla birləşdirmək potensialı olan kiçik və orta təsərrüfat sahibləri böyük maraq göstəriblər.

Konfransın açılış nitqini edən “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev regionun turizm potensialını yüksək qiymətləndirərək, Azərbaycan Respublikasında turizmin inkişafına olan dövlət dəstəyi və marağını diqqətə çatdıraraq layihənin Lənkəran iqtisadi regionu üçün faydası və əhəmiyyətini vurğulayıb. Konfransa dəvət olunan yerli dövlət qurumlarının nümayəndələri də öz növbəsində turizmin Azərbaycan Respublikasının iqtisadiyyatının şaxələnməsində rolunu və bu sahədə görülən işləri qeyd ediblər. Daha sonra Avrasiya Əməkdaşlıq Fondunun layihə üzrə regional koordinatoru Ramin Səfərzadə layihə haqqında qısa təqdimat edərək  layihənin məqsəd və hədəfləri, icra olunan işlər, gələcək mərhələlər və əldə olunması gözlənilən nəticələr haqqında məlumat verib.

Konfransın keçirilməsində əsas məqsəd layihə çərçivəsində mütəxəssislər tərəfindən regionun aqrar və eko turizm məkanları üçün hazırladıqları inkişaf strategiyalarının təqdim edilməsi olub. Müstəqil ekspert Natiq Mədətov tərəfindən təqdimatı keçirilən inkişaf strategiyasının nümunəsində tədbir iştirakçılarına bu mövzuda təfsilatlı məlumat verildi. Qeyd etmək lazımdır ki, layihənin əvvəlki mərhələsində həyata keçirilən ekspert qiymətləndirmələrinin nəticələrinə əsasən hazırlanmış inkişaf strategiyaları aqrar və eko turizm məkanlarında uğurlu biznes təcrübəsinə töhfə verən sahələrə müraciət edir. Bu isə o deməkdir ki, turizm məkanlarına təqdim olunan inkişaf strategiyaları istər layihə çərçivəsində həyata keçirilən “Biznes plan müsabiqəsi” və “İnvestisiya forumu” kimi növbəti fəaliyyətlərdə, istərsə də turizm məkanlanın özlərinin gələcək müstəqil təşəbbüslərində mühüm sənəd rolunu oynayacaqdır.

Həyata keçirilən konfrans eyni zamanda bütün maraqlı tərəflərə strategiyalar haqqında rəy bildirmək və bir -biri ilə əlaqə qurmaq üçün bir çox imkanlar da təqdim edilmişdir.

Bakı Qida Hakatonu

Bu payızın ən məhsuldar Hakatonu – Bakı Qida Hakatonu! Press-reliz, Noyabr 2021 Noyabrın 28-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Gənc Avropa Səfirləri və Aİ-nın maliyyələşdirdiyi Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “AgriVision” layihəsi ilə birlikdə təşkil edilən “Bakı Qida Hakatonu” keçiriləcək. Qlobal pandemiya şəraiti kənd təsərrüfatının innovasiyalara olan tələbini artırmışdır. “Bakı Qida […]

Read More Nov 15

“AgriVision” Biznes Plan Müsabiqəsi

Müsabiqə haqqında məlumat Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Lənkəran iqtisadi regionunda həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində aqrar/eko-turizm sahəsində uğurlu biznes planların maliyyələşdirilməsi üçün müsabiqə elan olunur. Müsabiqənin məqsədi Lənkəran İqtisadi Rayonunda yeni aqrar/eko- turizm xidmətlərinin yaradılması, habelə mövcud olan bizneslərə öz aqrar/eko-turizm xidmətlərini təkmilləşdirmək üçün investisiyaların yatırılması, […]

Read More Nov 2

Münaqişə Məktəbi

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində, gənclər üçün “Münaqişə Məktəbi”nə qəbul elan edir. “Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə […]

Read More Jul 30