» Aqrar/eko-turizm məkanlarının seçilməsi üçün ərizələrin qəbulu Elanı

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Aqrar/eko-turİzm məkanlarının seçİlməsİ üçün ərİzələrİn qəbulu Elanı

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, Konstitusiya Araşdırmalar Fondu ilə birgə Lənkəran iqtisadi bölgəsində həyata keçirilən 2 illlik “AgroVision” layihəsini icra edir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki ev təsərrüfatlarının gəlirlərini artırmağa və Azərbaycanda şəhər və kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, yenidən həyata keçirilə bilən aqrar turizm/eko-turizmin inkişafı mexanizmini yaratmaq və sınaqdan keçirməkdir.

Bu məqsədlə Lənkəran, Lerik, Masallı və Astara rayonlarında fəaliyyət göstərən, və kənd təsərrüfatı ilə turizm fəaliyyətini uğurla birləşdirmək istəyində olan fermer və kənd təsərrüfatı bizneslərinin seçimi üçün 20 oktyabr 2020-ci il tarixinədək ərizələrin qəbulu açıq elan olunur.

Kimlər müraciət edə bilər?

  • komplekt turizm xidmətlərini (yaşayış, yemək, nəqliyyat və əyləncə) təklif edə bilən turistik məkanlar və ya ərazilər;
    • məhsul yetişdirən (meyvə, tərəvəz, giləmeyvə) və / və ya heyvandarlıq, quşçuluq, balıq və ya arı yetişdirmək ilə məşğul olan kiçik və orta ailə təsərrüfatları müəssisələri;
    • heyvan və bitki məhsullarının (məsələn, süd istehsalçıları, mürəbbə və təbii meyvə şirəsi, təbii yun və boyalardan istifadə edən yerli sənətkarlıq, ağac oyma və s.) emalı ilə məşğul olan kiçik və orta ailə təsərrüfatları və müəssisələri;
    • qorunan vəhşi təbiət əraziləri də daxil olmaqla təbii gözəllik yerlərinə yaxın olan kənd evləri, kiçik və orta ailə təsərrüfatları və müəssisələr;
    • digər asudə vaxtın təşkili, milli və yerli mətbəxin tanıdılmasını, qonaq qəbuletmə və saxlama imkanları təklif edən kiçik və orta ailə təsərrüfatları və müəssisələr.

            Necə müraciət etmək olar?

“AgriVision” layihəsi çərçivəsində turistik məkanların seçilməsi məqsədi ilə müraciətlərin qəbulu elanına müraciət etmək üçün müvafiq ərizə formasını dolduraraq təqdim etmək lazımdır. Ərizə formasını www.epfound.az saytından və info@epfound.az email ünvanına yazaraq əldə edə bilərsiniz.

Yalnız 20 oktyabr 2020-ci il tarixinədək tam doldurularaq təqdim olunmuş ərizələrə baxılacaq.

Əlavə məlumat üçün +994516985522 (Günay Zeynalova, layihə meneceri) nömrəsinə müraciət edə bilərsiniz.

Call for international experts!

With the financial support of the European Union, Eurasia Partnership Foundation in partnership with Constitution Research Foundation is implementing a 24-month “AgroVision” project in Lankaran economic region. The goal of the project is to create and test a sustainable replicable agro-tourism / ecotourism development mechanism that would help rural households in the southern region of […]

Read More Aug 21

Mütəxəssislərin fəaliyyətə cəlb olunması üçün təklif

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və Konstitusiya Araşdırmalar Fondu tərəfindən Lənkəran iqtisadi regionunun Lənkəran, Masallı, Lerik və Astara rayonlarında  24 aylıq “AgroViziya” layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanın cənub bölgələrindəki kənd ev təsərrüfatlarının gəlirlərini artırmağa və Azərbaycanın şəhər və kənd əhalisi arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı və təkrarlana bilən aqrar […]

Read More Aug 17

Avrasiya Əməkdaşlıq Fondunun Lənkəran şəhərində yerləşən ofisində təcrübə proqramına müraciət qəbulunu elan edir.

Avrasiya Əməkdaşlıq Fondu, Konstitusiya Araşdırmalar Fondu ilə birgə Avropa İttifaqının  maliyyələşdirdiyi Lənkəran iqtisadi bölgəsində həyata keçirilən 2 illlik “AqroViziya” layihəsinə start vermişdir. Bu layihə kənd icmalarına əlavə gəlir gətirən və iqtisadi/ekoloji dayanıqlığı özündə birləşdirən aqrar turizm/ekoturizmi inkişaf etdirməyə yönəlmişdir. Layihənin icrası zamanı Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, yerli icra hakimiyyətləri ilə […]

Read More Aug 13