Avropa Birliyi və BMT İnkişaf Proqramının Azərbaycan ofisinin birgə həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender aspektini nəzərə almaqla icrasında vətəndaş cəmiyyətinin rolunun təşviqi” adlı layihə çərçivəsində DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri tərəfindən “Qadınların Səsinin Aşkarlanması” adlı təşəbbüs həyata keçirilir.
Təşəbbüs çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin gender yönümlü implementasiyasına dəstək olmaq üçün hədəf regionlarda fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələri arasında məqalə müsabiqəsi keçirilir. Müsabiqə üçün hazırlanan və yerli mediada yayımlanan məqalələr genderə-həssas Dayanıqlı İnkişaf Məqsədləri, onların hədəf və indikatorlarına, habələ cəmiyyətdəki gender problemlərini işıqlandırmalıdır.
Jurnalistlər üçün məqalə müsabiqəsində yalnız hədəf regionlarda fəaliyyət göstərən KİV nümayəndələri iştirak edə bilər.
Hədəf regionlara daxildir:
Mövzular:
Müsabiqə üçün hazırlanmış məqalə və materialların linki «Jurnalistlər üçün müsabiqə_müəllifin adı» başlığı ilə info@epfound.az email ünvanına göndərilməlidir.
Müsabiqə üçün məqalələr 31 yanvar 2020-ci il tarixinədək hazırlana və yayımlana bilər. Müsabiqədə yalnız mediada yayımlanmış məqalələr iştirak edə bilər.
Hər hədəf regiondan 3 jurnalistin hazırladığı məqalə/material qalib seçilərək mükafatlandırılacaq. Müsabiqənin qalibi seçilmiş jurnalistlərin hər birinə 350 AZN mükafat veriləcək. Müsabiqəyə təqdim olunan məqalə/materialların hər biri AƏF-in sosial media hesabından yayımlanacaqdır.
GENDERƏ-HƏSSAS DAYANIQLI İNKİŞAF MƏQSƏDLƏRİNİN HƏDƏF VƏ İNDİKATORLARI ÜZRƏ TƏDQİQAT İŞLƏRİ ÜÇÜN MÜRACİƏTLƏRİN QƏBULU AÇIQ ELAN EDİLİR
Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri “Qadınların Səsinin Aşkarlanması” adlı fəaliyyət həyata keçirilir. Bu fəaliyyət çərçivəsində vətəndaş cəmiyyəti təşkilatları, beyin mərkəzləri təmsilçilərinin, müstəqil tədqiqatçıların genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin hədəf və indikatorlarının […]
Read More Oct 2MİNGƏÇEVİR, ŞİRVAN VƏ QUBA – XAÇMAZ RAYONLARINDA FƏALİYYƏT GÖSTƏRƏN VƏTƏNDAŞ CƏMİYYƏTİ TƏMSİLÇİLƏRİNİN XİDMƏT TƏKLİFLƏRİNİN QƏBULU ELANI
Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri “Qadınların Səsinin Aşkarlanması” adlı fəaliyyət həyata keçirilir. Bu fəaliyyət çərçivəsində Mingəçevir, Şirvan və Quba-Xaçmaz ərazisində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları təmsilçilərinin genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin […]
Read More Oct 2YERLİ GƏNC TƏŞƏBBÜSLƏRİ ÜÇÜN 2Cİ MÜRACİƏT ELANI
Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan təşkilatı Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən, yerli gənc təşəbbüslərinin bacarıqlarının artırılması və fəaliyyətinin yaxşılaşdırılması üzrə innovativ ideyaların dəstəklənməsi üçün tərtib olunmuş 2-ci proqram həyata keçirir. Bu proqramın tərkib hissəsi kimi yerli gənclərin idarə etdiyi vətəndaş təşəbbüsləri üzrə xidmət təkliflərinin mütəmadi olaraq qəbulunu 31 dekabr 2019-cu il tarixinədək […]
Read More May 24