» YERLİ GƏNC TƏŞƏBBÜSLƏRİ ÜÇÜN MÜRACİƏT ELANI

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

YERLİ GƏNC TƏŞƏBBÜSLƏRİ ÜÇÜN MÜRACİƏT ELANI

Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan təşkilatı Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən, yerli gənc təşəbbüslərinin bacarıqlarının artırılması və fəaliyyətinin yaxşılaşdırılması üzrə innovativ ideyaların dəstəklənməsi üçün tərtib olunmuş proqram həyata keçirir.
Bu proqramın tərkib hissəsi kimi yerli gənclərin idarə etdiyi vətəndaş təşəbbüsləri üzrə xidmət təkliflərinin qəbulunu 28 dekabr 2018-ci il tarixinədək açıq elan edir.
Bu xidmət təklifləri üçün müraciət elanının ümumi məqsədi son illər Azərbaycanda yaranan yerli sosial yönümlü könüllü gənc təşəbbüslərin bacarıqlarını artırmaq və onlar tərəfindən təklif olunan ictimai zəruriyyət kəsb edən ideyaları həyata keçirtməkdir. Belə gənc təşəbbüslərin xidmət təklifləri istənilən istiqamətdə ola bilər.
Ərizəçilər bu xidmət təklifləri üçün müraciət elanına əlavə edilmiş müraciət formalarının formatına riayət etməli, müvafiq qaydada bəndləri doldurmalı və suallara cavab verməlidirlər. Qaydalara riayət edilməməsi müraciətin baxılmamasına səbəb ola bilər..
Təqdim edilmiş xidmət təklifləri Azərbaycanda həyata keçirilməlidir.
Təqdim edilmiş xidmət təkliflərinin maximum 12 (on iki) aylıq müddətdə həyata keçirilməsi nəzərdə tutulmalıdır.
Xidmət təklifləri üçün xərclərin ümumi dəyəri 5000 AZN-dən artıq olmamalıdır.
Ərizələr azərbaycan dilində təqdim olunmalıdır.
Natamam – əsas və əlavə sənədlərdən hər hansı biri çatışmayan ərizələrə  baxılmayacaq.
Ərizələr 28 dekabr 2018-ci il tarixində yerli vaxtla saat 18:00 dan gec olmayaraq services@crrccenters.org elektron ünvanına göndərilməlidir. Gecikmiş ərizələr etibarsız hesab olunacaq. Ərizəçilər müraciətlərinin vaxtında çatmasına öhdəlik daşıyırlar.
Xidmət təkliflərini göndərən zaman e-mailin mövzü hissəsindəYerli Gənc Təşəbbüslər Üçün Müraciət _Ərizəçinin adı” başlığı qeyd olunmalıdır
Bu müraciət ilə bağlı bütün sualları services@crrccenters.org elektron ünvanına göndərə bilərsiniz. 10 dekabr 2018-ci il tarixinədək verilən suallar cavablandırılacaq. Bu tarixdən sonra daxil olan suallara cavab verilməsi mümkün olmaya bilər.

Xidmət təklifləri üçün şərtlər haqqında ətraflı məlumatı və müraciət formalarını əlavə edilmiş sənədlərdən endirə bilərsiniz.

ActionPlan_youthinitiatives
Guideline_Youth_Initiatives
CostJustification_YouthInitiatives
ServicesDescription_YouthInitiativesx

MİNGƏÇEVİR, QUBA VƏ ŞİRVAN ŞƏHƏRLƏRİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN JURNALİSTLƏR ÜÇÜN MƏQALƏ MÜSABİQƏSİ ELANI

Avropa Birliyi və BMT İnkişaf Proqramının Azərbaycan ofisinin  birgə  həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender aspektini nəzərə almaqla icrasında vətəndaş cəmiyyətinin rolunun təşviqi” adlı layihə çərçivəsində DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri tərəfindən “Qadınların Səsinin Aşkarlanması” adlı təşəbbüs həyata keçirilir. Təşəbbüs çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin gender yönümlü implementasiyasına dəstək olmaq üçün hədəf regionlarda fəaliyyət […]

Read More Nov 1

AVRASİYA ƏMƏKDAŞLIQ FONDU 2019-CU İLDƏ KEÇİRİLƏCƏK “MÜNAQİŞƏ MƏKTƏBİ 2” ÜÇÜN MÜRACİƏT QƏBULUNU AÇIQ ELAN EDİR

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu” (PeaCE) layihəsi çərçivəsində, Böyük Britaniyanın Sabitlik və Təhlükəsizlik Fondu  tərəfindən birgə maliyyələşdirilən  “Münaqişə Məktəbi 2” üçün qəbul elan edir.   “Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə […]

Read More Aug 10

REMEMBERING ROY SOUTHWORTH. WITH HEARTFELT CONDOLENCES FROM EPF AZERBAIJAN TEAM

From the Executive Committee of the Eurasia Partnership Foundations, the Europe Foundation and the Caucasus Research Resource Centers Roy Southworth, our dear friend and colleague, died on July 23rd in California from cancer. In his final days, Roy was surrounded by his wife Cathy, his three children, their spouses and all of his grandchildren. Roy’s death is […]

Read More Aug 5