» Baku IdeaLab Açılış Mərasimi

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Baku IdeaLab Açılış Mərasİmİ

2018-ci ilin 16 fevral tarixində Avrasiya Əməkdaşlıq Fondu (bundan sonra AƏF) Baku IdeaLabın açılış mərasimini keçirdi. Səfirliklərin və Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri bu tədbirdə bir araya gəldi. Həmçinin tədbirdə 15 fərqli gənc təşəbbüslərinin nümayəndələri də iştirak etdilər. Mərasimin açılışını İsveçin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Kristian Kamil etdi. AƏF-in prezidenti Nailə Həşimova qonaqları salamladı və son on ildə AƏF-in fəaliyyətinə dair qısa məlumat verdi. IdeaLabın təsisçiləri Nəzakət Əzimli və İlahə Abaslı Labın sosial gənc təşəbbüsləri məkanla təmin edəcəyini vurğuladılar. IdeaLab üzvləri həmçinin öz təşəbbüslərinin təsirini artırmağa kömək edəcək seminar və master-klasslardan da faydalanacaqlar. Tədbir Azərbaycanda fəaliyyət göstərən dörd gənc təşəbbüsünün təqdimatı ilə yekunlaşdı. Baku IdeaLab son illər Azərbaycanda yaranan yerli sosial gənc təşəbbüsləri üçün resurs mərkəzi, inkubator və ictimai platforma kimi fəaliyyət göstərməyi hədəfləyir. Əsas məqsəd mövcud təşəbbüslərin səslərini eşitdirmək, yeni təşəbbüslərin yaranmasını dəstəkləmək, onların işlərini geniş auditoriyaya çatdırmaq və təşəbbüslər arasında şəbəkələşməni təşviq etməkdir.

 

AVRASİYA ƏMƏKDAŞLIQ FONDU 2019-CU İLDƏ KEÇİRİLƏCƏK “MÜNAQİŞƏ MƏKTƏBİ 2” ÜÇÜN MÜRACİƏT QƏBULUNU AÇIQ ELAN EDİR

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu” (PeaCE) layihəsi çərçivəsində, Böyük Britaniyanın Sabitlik və Təhlükəsizlik Fondu  tərəfindən birgə maliyyələşdirilən  “Münaqişə Məktəbi 2” üçün qəbul elan edir.   “Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə […]

Read More Aug 10

REMEMBERING ROY SOUTHWORTH. WITH HEARTFELT CONDOLENCES FROM EPF AZERBAIJAN TEAM

From the Executive Committee of the Eurasia Partnership Foundations, the Europe Foundation and the Caucasus Research Resource Centers Roy Southworth, our dear friend and colleague, died on July 23rd in California from cancer. In his final days, Roy was surrounded by his wife Cathy, his three children, their spouses and all of his grandchildren. Roy’s death is […]

Read More Aug 5

XİDMƏT TƏKLİFLƏRİ ÜÇÜN 2Cİ MÜRACİƏT ELANI

Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan təşkilatı Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən, şəffaflıq və hesabatlılıq məsələlərində vətəndaş nəzarətin təkmilləşdirilməsi və bu sahələrdə Azərbaycan höküməti ilə əməkdaşlığın gücləndirilməsi üzrə innovativ ideyaların dəstəklənməsi üçün tərtib olunmuş proqram həyata keçirir. Bu proqramın tərkib hissəsi kimi onun ümumi məqsədlərinə xidmət edəcək aşağıda göstərilən istiqamətlər üzrə xidmət təkliflərinin […]

Read More May 24