» Tarix

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Tarİx

2007

  • Azərbaycan, Ermənistan və Gürcüstanda fəaliyyət göstərən Avrasiya Əməkdaşlıq Fondu yaradılıb.
  • Ukrayna, Belarus və Moldovada fəaliyyət göstərən  Şəqri Avropa Fondu yaradılıb.

2006

  • Bişkək və Oş şəhərlərində (Qırğızıstan), Almatada (Qazaxıstan) və Düşənbədə (Tacikistan) Mərkəzi Asiyanın Avrasiya Fondu yaradılıb.
  • AF Orta Şərqdə yeni fondun təsis olunması üçün ABŞ Dövlət Departamentinə kömək edib.

2005

  • Avrasiya Fondunun regiondakı onilliyi münasibətilə Azərbaycanda, Ermənistanda və Gürcüstanda mərasimlər keçirilib.
  • AF-nin Vladivostok şəhərindəki Uzaq Şərq ofisi rəsmi olaraq Yeni Avrasiya Fondunun bir hissəsinə çevrilib.
  • 1992-ci ildən bəri Avrasiya Fondu 7700-dən artıq qrant və texniki yardım layihələri vasitəsilə 275 milyon dollar məbləğində vəsait ayırıb.

2004

  • Rusiyada Rusiya-Amerika-Avropa tərəfdaşlığı sayəsində Yeni Avrasiya Fondu yaradılıb.
  • İzmirlian Avrasiya Universal Kredit Şirkəti Ermənistana ilk krediti verib.

2003

  • AF tərəfindən irəli sürülən İqtisadi Təhsil və Araşdırmalar Konsorsiumu (İTAK) layihəsi qeyri-hökumət təşkilatına çevrilərək müstəqillik qazanıb. İTAK Moskvada (Rusiya) araşdırma proqramlarını, Kiyev Mohyla Akademiyasında (Ukrayna) isə yüksək dərəcəli təhsil proqramlarını həyata keçirir.
  • Avrasiya Fondu şəxsi fond hesabında 50 milyon dollar vəsaitə çatıb.

2002

  • Nyu York Kornegi Korporasiyasının maliyyə dəstəyi ilə AF, sosial elmlər və ictimai siyasətlə bağlı araşdırmaları dəstəkləmək məqsədilə Qafqaz Tədqiqat Resurs Mərkəzini yaradıb.
  • AF-nin Bişkəkdəki (Qırğızıstan) ofisi fəaliyyətə başlayıb.

2001

  • AF Azərbaycanda təhsil və mədəniyyətin inkişafındakı xidmətlərinə görə Yunis Məmmədəliyev adina mükafata layiq görülüb.
  • Fond dövlət qurumlarını ən yaxşı təcrübələrlə tanış etmək üçün Tacikistanın şimalında Bələdiyyə İşçilərinin Təlim Mərkəzini yaradıb.
  • Fond Özbəkistan tarixində ilk dəfə ali təhsil məktəbini – Kelecek Elmi Beynəlxal Biznes Məktəbini maliyyələşdirib.
  • Keçmiş Dövlət Katibi və AF-nin Məşvərət Şurasının hazırkı üzvü Ceyms A. Beyker Avrasiya Liderlik Mükafatı ilə təltif edilib.

2000

  • AF-nin Almatada (Qazaxıstan) regional ofisi fəaliyyətə başlayıb.

1999

  • AF Rusiyanın şimalında MBA dərəcəsi verən Sankt-Peterburq İdarəetməçilik Məktəbini yaradıb.
  • AF-nin Məşvərət Şurasının qərarı ilə Bişkəkdə (Qirğızıstan) ofis açılıb.

1998

  • AF Azərbaycan, Ermənistan və Gürcüstan arasında əməkdaşlığı genişləndirmək məqsədilə Cənubi Qafqaz Əməkdaşlıq Proqramını yaradıb.

1997

  • AF-nin Azərbaycan ofisi Bakıda fəaliyyətə başlayıb.
  • Avrasiya Fondu Ermənistanda mətbuatın gücləndirilməsi proqramını həyata keçirib. Bu proqram ölkədə qəzetlərin istehsalını və paylanılmasını liberallaşdırıb və qəzet çapında monopoliyanı pozub.
  • Fond Moldavada yeganə müstəqil xəbər agentliyi olan BASA Press-i yaradıb.

1996

  • AF-nin Məşvərət Şurası  Ermənistanda ilk Kiçik Biznes Kredit Proqramı – müstəqil kredit proqramının yaradılması ilə əlaqədar qərar verib. Daha sonra İzmirlian-Avrasiya Universal Kredit Şirkətinə  və Rusiya və Ukraynanın Media Əlverişliyi Fonduna çevrilib.
  • AF keçmiş Sovet İttifaqında müasir iqtisadi təhsil və araşdırmaları dəstəkləyən proqram – İqtisadi Təhsil və Araşdırmalar Konsorsiumu yaradıb.
  • AF-nin Məşvərət Şurasının qərarı ilə Türkmənistanda və Tacikistanda ofislər açılması ilə əlaqədar qərar verib.

1995

  • Ermənistan və Gürcüstan ofisləri fəaliyyətə başlayıb.

1994

  • Avrasiya Fondunun Vaşinqtondakı mərkəzi ofisi Tacikistanda və Türkmənistanda yeli təşkilatlara ilk dəfə qrantlar ayırıb.
  • AF-nin Məşvərət Şurası Ermənistan, Gürcüstan, Qazaxıstan və Özbəkistanda ofislərin aşılmasına qərar verib.

1993

  • Avrasiya Fondunun Vaşinqtondakı mərkəzi ofisi Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldava, Rusiya, Ukrayna və Özbəkistanda yerli təşkilatlara ilk dəfə qrantlar ayırıb.

1992

  • Avrasiya Fondu Vaşinqtonda gəlirsiz təşkilat kimi yaradılıb və qeydiyyatdan keçib.