Avropa Birliyi və BMT İnkişaf Proqramının Azərbaycan ofisinin birgə həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender aspektini nəzərə almaqla icrasında vətəndaş cəmiyyətinin rolunun təşviqi” adlı layihə çərçivəsində DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri tərəfindən “Qadınların Səsinin Aşkarlanması” adlı təşəbbüs həyata keçirilir.
Təşəbbüs çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin gender yönümlü implementasiyasına dəstək olmaq üçün hədəf regionlarda fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələri arasında məqalə müsabiqəsi keçirilir. Müsabiqə üçün hazırlanan və yerli mediada yayımlanan məqalələr genderə-həssas Dayanıqlı İnkişaf Məqsədləri, onların hədəf və indikatorlarına, habələ cəmiyyətdəki gender problemlərini işıqlandırmalıdır.
Jurnalistlər üçün məqalə müsabiqəsində yalnız hədəf regionlarda fəaliyyət göstərən KİV nümayəndələri iştirak edə bilər.
Hədəf regionlara daxildir:
Mövzular:
Müsabiqə üçün hazırlanmış məqalə və materialların linki «Jurnalistlər üçün müsabiqə_müəllifin adı» başlığı ilə info@epfound.az email ünvanına göndərilməlidir.
Müsabiqə üçün məqalələr 31 yanvar 2020-ci il tarixinədək hazırlana və yayımlana bilər. Müsabiqədə yalnız mediada yayımlanmış məqalələr iştirak edə bilər.
Hər hədəf regiondan 3 jurnalistin hazırladığı məqalə/material qalib seçilərək mükafatlandırılacaq. Müsabiqənin qalibi seçilmiş jurnalistlərin hər birinə 350 AZN mükafat veriləcək. Müsabiqəyə təqdim olunan məqalə/materialların hər biri AƏF-in sosial media hesabından yayımlanacaqdır.
“Bakı Münaqişə Məktəbi 2025”-ə qəbul başladı
Avrasiya Əməkdaşlıq Fondu (AƏF) gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif platformalardakı müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı Azərbaycan dilində keçiriləcək. “Bakı Münaqişə Məktəbi” müxtəlif mövzularda akademik və praktik sessiyalardan […]
Read More Dec 29“Bakı Münaqişə Məktəbi 2024”-ə yeni qəbul başladı
Avrasiya Əməkdaşlıq Fondu (AƏF) gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalardakı müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı Azərbaycan dilində keçiriləcək. “Bakı Münaqişə Məktəbi” müxtəlif mövzularda akademik və praktik sessiyalardan […]
Read More May 7THE ADMINISTRATIVE AND FINANCE ASSISTANT VACANCY
Eurasia Partnership Foundation’s (EPF) mission is to empower people to effect change for social justice and economic prosperity through hands-on programs, helping them to improve their communities and their own lives. With locally registered office in Azerbaijan, EPF is the legacy institution of Eurasia Foundation (EF), a privately managed non-profit organization established in 1992 to deliver seed capital to emerging civil society […]
Read More May 1