Norveçin Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə AƏF 2011-ci ilin Yanvar ayında Azərbaycanda 2 illik Vətəndaş Jurnalistikası E-Media Proqramını təqdim edib.Proqramın məqsədi informasiyanın toplanması və bölüşdürülməsində alternative yolları göstərərək Azərbaycanda azad və müstəqil medianın inkişafına kömək etmək olub. Proqram bu məqsədə nail olmaq üçün: (1) Səlahiyyətlər verib, maarifləndirib və vətəndaş cəmiyyəti və media təşkilatlarını texniki yardımla təmin edib; (2) Azad elektron medianı təbliğ edib və Azərbaycanda bitərəf informasiyanın azad axınını təşviq edib. Bitərəf və yüksək keyfiyyətli informasiyaya ehtiyac ən çox regionlarda olduğu üçün, proqram Bakıdan kənarda 10 hədəf regiona yönəldilib.
Proqram qeyri- ənənəvi mediadan istifadə üçün lazım olan qabiliyyətləri özündə cəmləşdirən bir qrup aktiv vətəndaşı yığıb. Layihə fəaliyyətlərinin məqsədi səlahiyyətlər vermək, maarifləndirmək və vətəndaş cəmiyyətinə və media təşkilatlarına texniki yardım göstərmək, eyni zamanda bütün ölkədən iştirakçıları öyrəndiklərini və təcrübələrini bir birilə paylaşmaq üçün qarşılıqlı münasibətlər qurmağa təşvik edib. Proqram çərçivəsində iştirakçıların bir sıra təlimlərdə iştirakı və informasiyanın toplanması və bölüşdürülməsində alternativ yolların üstünlüyünü göstərmək üçün yüksək səviyyədə ictimaiyyətə çatdırılıb və media məhsullarını hazırlamaları gözlənilib.