» Haqqımızda

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Haqqımızda

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş Fond, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur. ABŞ Beynəlxalq İnkişaf Agentliyi, eləcə də digər ictimai və özəl donorlar tərəfindən dəstəklənən AF, 1993-cü ildən bəri qrant və texniki yardım layihələri vasitəsilə Azərbaycana 18 milyon dollar həcmində vəsait ayırıb.

AƏF həm qrant təşkilatçısı, həm də proqram icraçısı funksiyalarını yerinə yetirir. Fondun fəaliyyətini bu proqram mandatı və yanaşma metodları istiqamətləndirir: vətəndaş iştirakı və monitorinq, tədqiqat və ictimai siyasətin gücləndirilməsi, gənclərin məşğulluğu və gənclərin fəaliyyətinin gücləndirilməsi, ölkələrarası əməkdaşlıq və “Açıq Qapı” qrant təşkilatçılığı. AƏF-nun hər bir ofisi bu mandatlara, eləcə də yerli və beynəlxalq iş ortaqları və Şura ilə məsləhətləşmələrə əsaslanmaqla, hər il ölkə üçün prioritet olan istiqamətləri müəyyənləşdirir. AƏF həmçinin, Avrasiya Fondu şəbəkəsinin üzvüdür. Buraya vətəndaş cəmiyyətini müdafiə edən və Rusiya, Mərkəzi Asiya, Cənubi Qafqaz, Şərqi Avropa regionlarında və Vaşinqton şəhərində yerləşən yerli fondlar daxildir.