» Avrasiya Əməkdaşlıq Fondunun Lənkəran şəhərində yerləşən ofisində təcrübə proqramına müraciət qəbulunu elan edir.

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Avrasİya Əməkdaşlıq Fondunun Lənkəran şəhərİndə yerləşən ofİsİndə təcrübə proqramına müracİət qəbulunu elan edİr.

Avrasiya Əməkdaşlıq Fondu, Konstitusiya Araşdırmalar Fondu ilə birgə Avropa İttifaqının  maliyyələşdirdiyi Lənkəran iqtisadi bölgəsində həyata keçirilən 2 illlik “AqroViziya” layihəsinə start vermişdir. Bu layihə kənd icmalarına əlavə gəlir gətirən və iqtisadi/ekoloji dayanıqlığı özündə birləşdirən aqrar turizm/ekoturizmi inkişaf etdirməyə yönəlmişdir. Layihənin icrası zamanı Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq ediləcək.

Layihə müddəti ərzində Avrasiya Əməkdaşlıq Fondunun Lənkəran şəhərində yerləşən ofisində təcrübə proqramı keçiriləcəkdir. Təcrübəçilər nəzarətçinin tələbinə uyğun olaraq idarəetmə, icma ilə iş, kommunikasiya və digər sahələrə cəlb olunacaqlar. Seçilmiş təcrübəçilərdən həftədə 20 saat işləməsi tələb olunur. Təcrübəçilərin seçimi üçün nəzərdə tutulmuş tələblər aşağıdakılardır:

  • Ali təhsilli və ya bakalavr pilləsində sonuncu kurs tələbəsi olmalı;
  • Vaxtın düzgün idarə edilməsi bacarığı və eyni anda müxtəlif tapşırıqları yerinə yetirə bilmə qabiliyyəti;
  • Yeni biliklər öyrənmək və komanda şəklində işləmək istəyi;
  • Təlimatlara əməl etmək və problemləri həll etmək bacarığı;
  • Azərbaycan və İngilis dilində yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Microsoft Ofis proqramları və internetlə işləmə bacarığı.

Maraqlanan namizədlərdən keçmiş fəaliyyətlərini, təcrübələrini və bu təcrübə proqramı ilə maraqlanma səbəblərini əks etdirən istək məktubunu və CV-lərini 15 sentyabr 2020-ci il tarixinədək info@epfound.az ünvanına göndərmələri tələb olunur.

“Bakı Münaqişə Məktəbi 2024”-ə yeni qəbul başladı

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalardakı müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı Azərbaycan dilində keçiriləcək. “Bakı Münaqişə Məktəbi” müxtəlif mövzularda akademik və praktik sessiyalardan […]

Read More May 7

THE ADMINISTRATIVE AND FINANCE ASSISTANT VACANCY

Eurasia Partnership Foundation’s (EPF) mission is to empower people to effect change for social justice and economic prosperity through hands-on programs, helping them to improve their communities and their own lives. With locally registered office in Azerbaijan, EPF is the legacy institution of Eurasia Foundation (EF), a privately managed non-profit organization established in 1992 to deliver seed capital to emerging civil society […]

Read More May 1

“Bakı Münaqişə Məktəbi 2024”-ə qəbul başladı

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir. “Bakı Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə və sülh sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. Məktəbin proqramı […]

Read More Dec 20