Noyabrın 28-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Gənc Avropa Səfirləri və Aİ-nin maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “AgriVision” layihəsi ilə birlikdə təşkil edilən “Bakı Qida Hakatonu” keçirildi.
Hakatonun əsas mövzusu sağlam qidalanma vərdişlərinin təbliği, yerli qidaların istehlakına həvəsləndirmək və Azərbaycanda qida ilə bağlı problemlər üçün innovativ həllər yaratmaqdı. Hakatonda təqdim olunan ideyalarının daha səmərəli və effektiv formada ərsəyə gəlməsi üçün 13-14 və 20-21 noyabr tarixlərində Avrasiya Əməkdaşlıq Fondu tərəfindən təlimlər həyata keçirildi. Mütəxəssislər tərəfindən keçirilən təlimlər zamanı Bakıda fəaliyyət göstərən İT və Start-up icmalarının təmsilçiləri regionlardan gələn yerli qida istehsalçıları ilə bir araya gələrək yerli qida istehsalı, paylanması və istehlakı ilə bağlı ən mühüm problemlər və imkanlar barədə bilik və bacarıqlara yiyələndi. Həmçinin, iştirakçı komandalara dəstək və köməyin davamı olaraq yerli və xarici təcrübəli mentorlar da “Bakı Qida Hakatonu”na cəlb olunmuşdur.
Qeyd edək ki, ümumilikdə 144 müraciət forması doldurulmuş və onlardan 55 nəfər iştirakçı olmaqla 13 komanda seçilmişdir. Müraciətlərin qiymətləndirilməsi zamanı iştirakçıların təcrübəli olması, təklif edilən həll yollarının innovativ və təsir gücünün real olması kimi meyarlar əsas götürüldü.
Qalibləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, cənab Peter Mixalko və aqrar xidmət və innovasiya sahəsində yüksək profilli ekspertlər daxil olmaqla dəvət olunmuş münsiflər heyətinin üzvləri seçdi. Münsiflər arasında “ABAD” publik hüququ şəxsin direktoru Rüfət Elçiyev, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, Aqrar İnnovasiya Mərkəzinin (AİM) direktor müavini Anar Cəfərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar departamentinin rəhbəri Şəbnəm Məmmədova kimi dövlət qurumlarının nümayəndələri vardı. Qaliblərin seçimi zamanı problemə yanaşma, biznes model, texnoloji tətbiqetmə, təklif olunan həll və təqdimat meyarları üzrə qiymətləndirmə aparıldı.
Qalib komanda 5000 avro, ikinci və üçüncü yeri tutan komandaların hər biri müvafiq olaraq 3000 avro və 1000 avro qazandı. Bununla yanaşı, münsiflər heyətində təmsil olunan dövlət qurumlarının nümayəndələri tərəfindən bəzi komandalara öz layihələrini icra etməkdə dəstək göstərilməsi təklif olundu.
“AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi.
25 noyabrın tarixində Avropa İttifaqının maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun birgə həyata keçirdiyi “AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi. Layihə 2020-ci ildən etibarən Lənkəran-Astara İqtisadi Rayonunda kiçik və orta sahibkarlığın daha da inkişafı və əlavə gəlir əldə etməsi üçün dəstək vermişdir. Layihənin əsas məqsədləri qeyri-neft sektorunun genişləndirilməsi, eləcə də şəhər və kənd […]
Read More Nov 26Aqrar/eko-turizm məntəqələrinin nümayəndələri üçün növbəti təhsil turu təşkil olunmuşdur.
Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi bölgəsindən seçilmiş aqrar/eko-turizm məntəqələrinin nümayəndələri 12-16 sentyabr tarixlərində Türkiyədə növbəti təhsil turunda iştirak etdilər. Turun əsas məqsədi iştirakçıları öz turizm məntəqələrini inkişaf etdirmək üçün fikir və sınaqdan keçmiş yanaşmalarla təchiz etmək idi. Təhsil turu üçün Lənkəran-Astara iqtisadi rayonundan seçilmiş […]
Read More Oct 5Aİ lahiyəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil etmişdir.
Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilmişdir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri lahiyə tərəfindən qarşılanmışdır. “Açıq Təsərrüfat Günləri” […]
Read More Aug 28