» Qafqaz Tədqiqat Resurs Mərkəzi

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Qafqaz Tədqİqat Resurs Mərkəzİ

Qafqaz Tədqiqat Resurs Mərkəzləri proqramı (QTRM) Cənubi Qafqazda sosial tədqiqatları və ictimai siyasətin təhlilini gücləndirmək məqsədi ilə Cənubi Qafqazda yaradılmış resurs və təlim mərkəzləri şəbəkəsidir. Nyu Yorkda yerləşən Karnegi Korporasiyası və Avrasiya Əməkdaşlıq Fondunun birgə əməkdaşlığı ilə yaradılan bu proqramın məqsədi yüksək səviyyəli tədqiqat resurslarından istifadə etmək imkanlarının artırılmasına, sosial tədqiqatlarla və praktiki fəaliyyətlə məşğul olan alimlərin, mütəxəssislərin potensialının gücləndirilməsinə, dialoq və əməkdaşlığın genişləndirilməsinə yardım göstərməkdir.

Azərbaycandakı Mərkəz 1500-dən çox nəşri olan və 40 beynəlxalq jurnala abunəliyi olan kitabxanaya, beynəlxalq ictimai elm bazalarına və digər onlayn resurslara çıxışı olan İT Laboratoriyasına malikdir. Mərkəzin digər fəaliyyətləri ictimai elmi tədqiqat metodologiyası və müxtəlif dövlət siyasəti məsələləri üzrə mühazirələr təşkil etməkdir. 2004-cü ildən etibarən Mərkəz iqtisadiyyat, sosiologiya, demoqrafiya və digər ictimai elm sahələrində araşdırma aparmaq istəyən görkəmli tədqiqatçıların dəstəyi ilə yerli tədqiqat potensialının inkişaf etdirilməsinə yönəldilmiş Tədqiqat Nəşri Təqaüd proqramını başladıb. QTRM, 2005-ci ildən başlayaraq, demoqrafiya, sosial və iqtisadi məsələlər üzrə data toplayan illik ev təsərrüfatı araşdırması ilə Data Təşəbbüs layihəsini həyata keçirir.