» Avrasiya Fondu şəbəkəsi

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Avrasİya Fondu şəbəkəsİ

Avrasiya Fondu şəbəkəsinə Yeni Avrasiya Fondu (Rusiya), Mərkəzi Asiya Avrasiya Fondu, Avrasiya Əməkdaşlıq Fondu, Qərbi Avropa Fondu (Ukrayna, Belarus, Moldova) və Avrasiya Fondu (ABŞ) daxildir. 1993-cü ildən başlayaraq Avrasiya Fondu və şəbəkə Avrasiya regionunda vətəndaş cəmiyyətinin inkişafını dəstəkləyən yerli və ölkələr-arası layihələrə 360 milyon ABŞ dollarından artıq vəsait ayırıb.

Avrasiya Fondu haqqında daha ətraflı məlumatı www.eurasia.org saytından əldə etmək olar.