» Aqrar/eko-turizm məntəqələrinin nümayəndələri üçün növbəti təhsil turu təşkil olunmuşdur.

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Aqrar/eko-turİzm məntəqələrİnİn nümayəndələrİ üçün növbətİ təhsİl turu təşkİl olunmuşdur.

Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi bölgəsindən seçilmiş aqrar/eko-turizm məntəqələrinin nümayəndələri 12-16 sentyabr tarixlərində Türkiyədə növbəti təhsil turunda iştirak etdilər. Turun əsas məqsədi iştirakçıları öz turizm məntəqələrini inkişaf etdirmək üçün fikir və sınaqdan keçmiş yanaşmalarla təchiz etmək idi. Təhsil turu üçün Lənkəran-Astara iqtisadi rayonundan seçilmiş turizm məntəqələrinin şəraitləri və imkanları ilə mümkün qədər uyğun olan aqrar/eko-turizm təsərrüfatları müəyyənləşdirilmişdi. Ümumi olaraq iştirakçılar aqrar / eko-turizm təsərrüfatlarının inkişaf tarixi haqqında məlumat əldə edib, turizm xidmətlərinin göstərilməsini yerində müşahidə edərək birbaşa həmkarlarından öyrənmək imkanı əldə etdilər.

Təhsil turunun ilk günündə iştirakçılar Beykoz bölgəsində yerləşən Kulindağ Dağevi turizm məkanına səfər etdilər. Səfər zamanı onlar ilk olaraq müəssisənin tarixi və fəaliyyəti haqqında məlumat aldılar. Daha sonra ərazidəki qonaqlama şəraiti ilə tanış olan azərbaycanlı iştirakçılar eko turizm konsepti və bu tərz turizm məkanlarında təşkil oluna bilən tədbirlər haqqında da məlumat elə etdilər. Xatırladaq ki, bu turizm məntəqəsinə edilən səfərin əsas məqsədi iştirakçılara dağlıq ərazidə turizm müəssisəsinin yaradılması və fəaliyyəti istiqamətində örnək göstərmək idi.

Təhsil turunun ikinci günündə İzmit şəhərinin Kocaeli bölgəsində yerləşən Farge Orqanik Kənd Təsərrüfatı müəssisəsinə səfər təşkil edildi. Tur proqramının ilk mərhələsində təsərrüfat sahibi azərbaycanlı iştirakçılara öz təsərrüfatı, təsərrüfatın tarixi və indiki fəaliyyəti haqqında ətraflı məlumat verdi. Daha sonra qonaqlar ilə birlikdə əkin üçün ayrılmış ərazilərə baxış keçirilən sahibkar yerindəcə orqanik kənd təsərrüfatı haqqında öz biliklərini paylaşmış və təsərrüfatda əkilən məhsullar və onların istehsalı şəraitini göstərmişdir.

İştirakçılar təhsil turu çərçivəsində son səfərlərini Bilecik bölgəsində yerləşən Zeytinliboğaz Permakültür təsərrüfatına etdilər. Burda da iştirakçılar təsərrüfat sahibi tərəfindən qarşılanmış, müəssisənin fəaliyyəti, tarixi və burada istehsal edilən məhsullarla tanış edilmişdir. Daha sonra müəssisənin istehsalı olan şəfalı yağlar və ondan hazırlanan kosmetik / tibbi məhlul haqqında məlumat verilmiş, iştirakçılarla birlikdə bu məhlulun hazırlanması baş tutmuşdur. Sonda iştirakçılar birlikdə hazırladıqları məhsulları hədiyyə olaraq almış və nahar üçün türk mətbəxinin təamlarının hazırlanmasında da könüllü olaraq iştirak etmişlər. Təsərrüfatdan xoş xatirələrlə ayrılan Lənkəran-Astara iqtisadi rayonundan olan təsərrüfat sahibləri bu kimi master klassların özlərinin təklif etdikləri xidmətlərə də əlavə edilməsinin önəmini qeyd etdilər.

Sonda onu da qeyd etmək lazımdır ki, bu təhsil səfərləri Avropa İttifaqı tərəfindən maliyyələşən “AgriVision” layihəsi çərçivəsində həyata keçirilən artıq ikinci turdur. Layihəyə cəlb olunmuş turizm məntəqələrinin nümayəndaləri üçün təşkil olunan ilk təhsil turu 05-10 iyul 2021-ci tarixində Türkiyənin İzmir bölgəsində həyata keçirilmişdir.

“AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi.

25 noyabrın tarixində Avropa İttifaqının maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun birgə həyata keçirdiyi “AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi. Layihə 2020-ci ildən etibarən Lənkəran-Astara İqtisadi Rayonunda kiçik və orta sahibkarlığın daha da inkişafı və əlavə gəlir əldə etməsi üçün dəstək vermişdir. Layihənin əsas məqsədləri qeyri-neft sektorunun genişləndirilməsi, eləcə də şəhər və kənd […]

Read More Nov 26

Aİ lahiyəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil etmişdir.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilmişdir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri lahiyə tərəfindən qarşılanmışdır. “Açıq Təsərrüfat Günləri” […]

Read More Aug 28

Aİ layihəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil edir.

“Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri layihə tərəfindən qarşılanır. “Açıq Təsərrüfat Günləri” […]

Read More Jul 15