» Azərbaycan aqroturizm məntəqələri beynəlxalq sərgidə

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Azərbaycan aqroturİzm məntəqələrİ beynəlxalq sərgİdə

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi rayonundan olan 10 turizm məntəqəsinin nümayəndələri 13-14 may 2022-ci il tarixlərində Batumidə keçirilən beynəlxalq turizm sərgisində iştirak etdilər.

Bu tədbir üçün turizm sərgisinin seçilməsinin səbəbi hər il Azərbaycana gələn xarici turistlərin böyük hissəsinin qonşu dövlətlərin, o cümlədən Gürcüstan vətəndaşlarının təşkil etməsidir. Bundan başqa, bir sıra xarici turistlər Cənubi Qafqaza səfərlər zamanı ilk olaraq gediləcək yer kimi Gürcüstanı seçirlər və oradakı bir çox tur operatorları Azərbaycandakı turizm məntəqələrinə səfərlərin də daxil olduğu tur paketlərini satırlar. Beləliklə, xaricdən gələn turistlər ənənəvi sənət və sənətkarlıq, milli mətbəx və bütövlükdə orijinal kənd həyat tərzi ilə bağlı fəaliyyətləri müşahidə etmək və ya iştirak etməkdə maraqlı ola bilərlər. Müvafiq olaraq, layihəyə daxil olan məntəqələrə səyahət Azərbaycanın şəhərlərdə yerləşən görməli yerlərini tamamlayan orijinal bir təcrübə kimi uğurla təbliğ olunmuşdur.

Sərgi üçün iştirakçıları seçərkən Lənkəran-Astara iqtisadi rayonunda yerləşən müxtəlif turizm məntəqələrinin təmsil olunmasına xüsusi diqqət yetirilib. Səfərdə 18 konsorsium üzvü iştirak edib və öz xidmətlərini/məhsullarını geniş auditoriya qarşısında nümayiş etdirməklə, eləcə də yerli və beynəlxalq şirkətlər və ziyarətçilərlə ünsiyyət qurmaqla öz bizneslərini tanıtdırmaq şansı əldə ediblər.

Avrasiya Əməkdaşlıq Fondu konsorsiuma sərgi zamanı təqdim olunacaq marketinq materiallarının (məsələn, broşuralar, vərəqələr, kliplər və s.) müvafiq dillərdə hazırlanmasında köməklik göstərmişdir. Bu layihə fəaliyyətinin ən başlıca məqsədi layihədə təmsil olunan turizm məntəqələrində təklif olunan aqrar turizm xidmətlərinin xarici tur operatorları tərəfindən paket turların bir hissəsi və ya müstəqil məhsul kimi təbliğ edilməsi idi. Çoxlu sayda xarici turistlər 10 turizm məntəqəsinin çətir brendi olan “Yaşıl Obalar”ın stendində yaxınlaşaraq layihədə iştirak edən fermerlər və xidmət təminatçıları ilə tanış oldular.

“AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi.

25 noyabrın tarixində Avropa İttifaqının maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun birgə həyata keçirdiyi “AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi. Layihə 2020-ci ildən etibarən Lənkəran-Astara İqtisadi Rayonunda kiçik və orta sahibkarlığın daha da inkişafı və əlavə gəlir əldə etməsi üçün dəstək vermişdir. Layihənin əsas məqsədləri qeyri-neft sektorunun genişləndirilməsi, eləcə də şəhər və kənd […]

Read More Nov 26

Aqrar/eko-turizm məntəqələrinin nümayəndələri üçün növbəti təhsil turu təşkil olunmuşdur.

Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi bölgəsindən seçilmiş aqrar/eko-turizm məntəqələrinin nümayəndələri 12-16 sentyabr tarixlərində Türkiyədə növbəti təhsil turunda iştirak etdilər. Turun əsas məqsədi iştirakçıları öz turizm məntəqələrini inkişaf etdirmək üçün fikir və sınaqdan keçmiş yanaşmalarla təchiz etmək idi. Təhsil turu üçün Lənkəran-Astara iqtisadi rayonundan seçilmiş […]

Read More Oct 5

Aİ lahiyəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil etmişdir.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilmişdir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri lahiyə tərəfindən qarşılanmışdır. “Açıq Təsərrüfat Günləri” […]

Read More Aug 28