» Bakıda “Aqrar-turizm İnvestisiya Forumu” keçirildi.

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Bakıda “Aqrar-turİzm İnvestİsİya Forumu” keçİrİldİ.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun birgə həyata keçirdiyi “AgriVision” layihəsi çərçivəsində 27 yanvar 2022-ci il tarixində Bakı şəhərində “Aqrar-turizm İnvestisiya Forumu” keçirilib.

“AgriVision” layihəsinin strateji məqsədi əlavə məşğulluq və gəlirin yaradılması üçün bazara əsaslanan həlləri təşviq etməklə kənd yerlərinin inkişafına dəstək verməkdir. Daha dəqiq desək, layihə Azərbaycanın şəhər və kənd əhalisi arasında əlaqəni gücləndirməklə yanaşı, kənd təsərrüfatı və turizmi yeni məhsul və xidmətlərdə birləşdirərək Azərbaycanın cənub bölgələrindəki kənd təsərrüfatlarına gəlirlərini artırmağa imkan yaradan davamlı, təkrarlana bilən aqrar/eko-turizmin inkişaf mexanizmini sınaqdan keçirməyə hədəflənir.

Layihənin əsas məqsədi qeyri-neft sektorunun genişləndirilməsi, eləcə də şəhər və kənd yerləri arasında gəlir fərqinin aradan qaldırılması ilə bağlı Azərbaycan hökumətinin inkişaf məqsədlərinə uyğundur.  Layihə Avropa İttifaqının “Azərbaycanın İnteqrasiya edilmiş Regional İnkişafı (IRDA)” 2015-ci il üçün İllik Fəaliyyət Proqramının bir hissəsi kimi həyata keçirilir.

İnvestisiya forumunun keçirilməsində əsas məqsəd Lənkəran-Astara iqtisadi rayonundan olan  fermerlər və xidmət təminatçılarına “AgriVision” layihəsinin köməyi ilə yaradılan fərdi turizm məkanlarının inkişaf strategiyalarını və biznes planlarını potensial investorlara təqdim etmək üçün platforma təklif etməkdir. Həmçinin, qeyd etmək lazımdır ki, layihə çərçivəsində bacarıqların artırılması tədbirlərində iştirak etmiş təsərrüfat sahibləri və xidməd təminatçıları arasında keçirilmiş “Biznes Plan Müsabiqəsi” çərçivəsində də qalib gələn iştirakçılara öz biznes planlarını reallaşdırmaları üçün kiçik məbləğdə qrant mükafatları (2000 avroya qədər) nəzərdə tutulmuşdur.

Forum həm də dövlət qurumları üçün mövcud siyasət çərçivəsini və Azərbaycanda aqrar turizmlə bağlı inkişafı dəstəkləyən tədbirləri təqdim etmək, eləcə də iştirakçılardan panel müzakirələri vasitəsilə bu cür siyasət və tədbirlərin necə daha da təkmilləşdirilə biləcəyəni dinləmək üçün bir fürsətdir.

Avropa İttifaqının şaxələndirilmiş, səmərəli və müasirləşmiş qeyri-neft sektoruna bağlı yeni iqtisadi struktura keçmək üçün Azərbaycanı davamlı olaraq dəstəklədiyini vurğulayan Avropa İttifaqının Azərbaycandakı səfiri cənab Peter Mixalko açılış nitqində qeyd edib: “Davamlılığa diqqət yetirməklə dayanıqlı kənd təsərrüfatı və kənd yerlərinin inkişafı Azərbaycanla əməkdaşlığın prioritet sahəsidir. Yerli qida və kənd təsərrüfatı irsi ilə əlaqəli aqroturizm fermalarda çox ehtiyac duyulan gəlirin şaxələndirilməsini təmin edən Aİ-nin kənd təsərrüfatı ilə bağı iqtisadiyyatının önəmli sektoruna çevrilib və  biz bu sahədə öz siyasətimizi və təcrübələrimizi tərəfdaşlarımızla bölüşməkdən məmnunuq. Mən fərqli landşaftı, zəngin biomüxtəlifliyə məxsus təsərrüfatı və təsərrüfat ənənələri olan Azərbaycanda aqroturizmin inkişafı üşün böyük potensial görürəm. Bu gün investisiya ideyalarını təqdim edən fermerlərə bizneslərində uğurlar arzulayıram.”

Aqrar turizmin inkişafı Kənd Təsərrüfatı Nazirliyinin və onun struktur qurumu olan Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) əsas prioritet istiqamətlərindən biri olduğundan, AKİA-nın sədr müavini Leyla Məmmədova aqrar turizmin təkmilləşdirilməsi istiqamətində yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində çoxsaylı layihələrin həyata keçirildiyini qeyd edib: “Bu layihələrdən biri də Avropa İttifaqı ilə birgə və onun dəstəyi ilə həyata keçirilən “Kənd təsərrüfatına dövlət dəstəyinin effektivliyini və səmərəliliyini artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin potensialının gücləndirilməsi” – Tvinninq layihəsidir. Layihə çərçivəsində kənd yerlərinin inkişafı siyasəti kontekstində Azərbaycanda milli aqroturizm sisteminin işə salınması üçün zəruri addımları əks etdirən Fəaliyyət Planı da daxil olmaqla aqroturizm sektoru üçün təlimatlar işlənib hazırlanmışdır”.

KOB Dostu Departamentinin direktor müavini Rauf Tağıyev öz çıxışında “AgriVision” layihəsini sıx əməkdaşlıq etdiyinə görə vurğulayaraq, qurumun ötən il ərzində müvafiq sahədə gördüyü işlər barədə ətraflı məlumat verib: “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB subyektlərinin, o cümlədən turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dəstəklənməsi, onların problemlərinin öyrənilməsi və həlli istiqamətlərində müzakirələrin aparılması məqsədi ilə tək 2021-ci ildə 12 mövzu üzrə 2000-dən çox respondent arasında 15 sorğu keçirmiş; aidiyyəti dövlət qurumlarının, həmçinin Dövlət Turizm Agentliyi, Azərbaycan Turzim Bürosu, Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşlarının, qeyri-hökumət təşkilarının nümayəndələrinin və 3000-dən çox sahibkarın iştirakı ilə görüşlər, KOB-ların bilik və bacarıqlarının artırılması məqsədi ilə təlimlər keçirilmişdir.”

Tədbirdə 40-a yaxın özəl investorlar, banklar, kiçik və orta sahibkarlıq, kənd təsərrüfatı  və kənd yerlərinin inkişafı ilə məşğul olan dövlət qurumları, eləcə də Azərbaycanda bu sahədə çalışan beynəlxalq təşkilatlar iştirak edib.

Aİ layihəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil edir.

“Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri layihə tərəfindən qarşılanır. “Açıq Təsərrüfat Günləri” […]

Read More Jul 15

Azərbaycanda aqro/ekoturizmin inkişaf etdirilməsi üzrə Bələdçi kitabı hazırlanmışdır.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində müstəqil yerli ekspertlər Günay Rzazadə və Şəbnəm Nuriyeva tərəfindən “Azərbaycanda aqro/ekoturizmin inkişaf etdirilməsi üzrə Bələdçi kitabı” hazırlanıb. Bələdçi kitabı fermerlərin aqro/ekoturizm fəaliyyətinə başlamasına və ya onu inkişaf etdirməsinə kömək etmək üçün başlanğıc nöqtəsi kimi çıxış edəcək, […]

Read More Jul 5

Lənkəran-Astara iqtisadi rayoununda “Məktəbdən təsərrüfata” proqramı icra olundu.

Şəhər məktəblərində təhsil alan şagirdlər bölgənin aqrar/ekoturizm məkanları ilə tanış oldular. Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi rayonu ərazisində yerləşən və layihəyə cəlb olunan aqrar/eko-turizm məntəqələrində “Məktəbdən təsərrüfata” proqramı həyata keçirildi. Proqram çərçivəsində 16-25 iyun tarixlərində Bakı və digər şəhər […]

Read More Jul 2