» Aqrar-turizm İnvestisiya Forumu

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Aqrar-turİzm İnvestİsİya Forumu

Bakıda investisiya forumu keçiriləcək.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və Konstitusiya Araşdırmalar Fondunun birgə həyata keçirdiyi “AgriVision” layihəsi çərçivəsində 27 yanvar 2022-ci il tarixində Bakı şəhərində “Aqrar-turizm İnvestisiya Forumu” təşkil olunacaq.

Forum Lənkəran-Astara iqtisadi rayonundan olan təsərrüfat sahibləri və xidmət təminatçıları üçün turizm məkanlarının strategiyalarını və biznes planlarını potensial dövlət və özəl investorlara təqdim etmək üçün platforma rolunu oynayacaq. İnvestorlar arasında dövlət qurumları; kənd yerlərinin, kənd təsərrüfatının və turizmin inkişafı sahəsində çalışan beynəlxalq donor təşkilatları; kiçik və orta fermer təsərrüfatları və müəssisələrlə əməkdaşlıq edən maliyyə institutları; eyni zamanda kənd yerlərində turizm imkanlarının maliyyələşdirilməsində maraqlı olan dövlət və özəl şirkətlər; eləcə də fərdi sahibkarlar olacaq.

İnvestisiya Forumu qapalı tədbir olub yalnız dəvət olunanlar ilə birlikdə keçiriləcəkdir. Tədbirdə təsərrüfat sahibləri və investorlar olmaqla 2 hissəli panel müzakirəsi və müvafiq sahənin mütəxəssislərindən ibarət spiker çıxışları da nəzərdə tutulur. Yeni əlaqələr, yeni imkanlarla bol olan tədbir regiondan gələn iştirakçılara həmçinin təklif etdikləri xidmət və məhsulları potensial investorlara təqdim etmək imkanı da qazandırmış olacaq.

Bununla yanaşı, aqrar turizm sahəsində mövcud çətinlik və imkanlar barədəsində məlumatlandırıcı xarakter daşıyan forum şəhər ilə kənd arasındakı əlaqəni gücləndirməyə də xidmət edəcək. Aqrar və eko-turizm üzrə maraqlı tərəflərin və  xidmət təminatçılarının potensialını daha da gücləndirəcək tədbir ölkəmizin cənub zonasında olan mövcud turizm məntəqələrinin görünürlülük imkanını da artıracaqdır.

Aİ layihəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil edir.

“Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri layihə tərəfindən qarşılanır. “Açıq Təsərrüfat Günləri” […]

Read More Jul 15

Azərbaycanda aqro/ekoturizmin inkişaf etdirilməsi üzrə Bələdçi kitabı hazırlanmışdır.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində müstəqil yerli ekspertlər Günay Rzazadə və Şəbnəm Nuriyeva tərəfindən “Azərbaycanda aqro/ekoturizmin inkişaf etdirilməsi üzrə Bələdçi kitabı” hazırlanıb. Bələdçi kitabı fermerlərin aqro/ekoturizm fəaliyyətinə başlamasına və ya onu inkişaf etdirməsinə kömək etmək üçün başlanğıc nöqtəsi kimi çıxış edəcək, […]

Read More Jul 5

Lənkəran-Astara iqtisadi rayoununda “Məktəbdən təsərrüfata” proqramı icra olundu.

Şəhər məktəblərində təhsil alan şagirdlər bölgənin aqrar/ekoturizm məkanları ilə tanış oldular. Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi rayonu ərazisində yerləşən və layihəyə cəlb olunan aqrar/eko-turizm məntəqələrində “Məktəbdən təsərrüfata” proqramı həyata keçirildi. Proqram çərçivəsində 16-25 iyun tarixlərində Bakı və digər şəhər […]

Read More Jul 2