» XİDMƏT TƏKLİFLƏRİ ÜÇÜN 2Cİ MÜRACİƏT ELANI

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

XİDMƏT TƏKLİFLƏRİ ÜÇÜN 2Cİ MÜRACİƏT ELANI

Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan təşkilatı Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən, şəffaflıq və hesabatlılıq məsələlərində vətəndaş nəzarətin təkmilləşdirilməsi və bu sahələrdə Azərbaycan höküməti ilə əməkdaşlığın gücləndirilməsi üzrə innovativ ideyaların dəstəklənməsi üçün tərtib olunmuş proqram həyata keçirir. Bu proqramın tərkib hissəsi kimi onun ümumi məqsədlərinə xidmət edəcək aşağıda göstərilən istiqamətlər üzrə xidmət təkliflərinin qəbulunu 25 iyun 2019-cu il tarixinədək açıq elan edir. Xidmət təkliflərinin şərtləri haqqında daha ətraflı məlumat və müraciət formaları aşağıda sənəd formasında əlavə edilmişdir:

2nd_Call_Services

2nd_ServicesDescription

2nd_ActionPlan

2nd_CostJustification

Aİ layihəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil edir.

“Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri layihə tərəfindən qarşılanır. “Açıq Təsərrüfat Günləri” […]

Read More Jul 15

Azərbaycanda aqro/ekoturizmin inkişaf etdirilməsi üzrə Bələdçi kitabı hazırlanmışdır.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində müstəqil yerli ekspertlər Günay Rzazadə və Şəbnəm Nuriyeva tərəfindən “Azərbaycanda aqro/ekoturizmin inkişaf etdirilməsi üzrə Bələdçi kitabı” hazırlanıb. Bələdçi kitabı fermerlərin aqro/ekoturizm fəaliyyətinə başlamasına və ya onu inkişaf etdirməsinə kömək etmək üçün başlanğıc nöqtəsi kimi çıxış edəcək, […]

Read More Jul 5

Lənkəran-Astara iqtisadi rayoununda “Məktəbdən təsərrüfata” proqramı icra olundu.

Şəhər məktəblərində təhsil alan şagirdlər bölgənin aqrar/ekoturizm məkanları ilə tanış oldular. Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi rayonu ərazisində yerləşən və layihəyə cəlb olunan aqrar/eko-turizm məntəqələrində “Məktəbdən təsərrüfata” proqramı həyata keçirildi. Proqram çərçivəsində 16-25 iyun tarixlərində Bakı və digər şəhər […]

Read More Jul 2