» AVRASİYA ƏMƏKDAŞLIQ FONDU 2019-CU İLDƏ KEÇİRİLƏCƏK “MÜNAQİŞƏ MƏKTƏBİ 2” ÜÇÜN MÜRACİƏT QƏBULUNU AÇIQ ELAN EDİR

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

AVRASİYA ƏMƏKDAŞLIQ FONDU 2019-CU İLDƏ KEÇİRİLƏCƏK “MÜNAQİŞƏ MƏKTƏBİ 2” ÜÇÜN MÜRACİƏT QƏBULUNU AÇIQ ELAN EDİR

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu” (PeaCE) layihəsi çərçivəsində, Böyük Britaniyanın Sabitlik və Təhlükəsizlik Fondu  tərəfindən birgə maliyyələşdirilən  “Münaqişə Məktəbi 2” üçün qəbul elan edir.  

“Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir.

 “Münaqişə Məktəbi 2” müxtəlif mövzularda təlim seminarları və mühazirələrdən ibarət olacaq. Seminar və mühazirələr sülh, müharibə və münaqişələrin sosiologiyası, kollektiv yaddaş, münaqişə nəzəriyyəsi, milli dövlət və dövlət sərhədi kimi nəzəri mövzularla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan rəsmi danışıqlar, qaçqın və məcburi köçkünlərin vəziyyəti, medianın münaqişənin nizamlanmasında rolu və təhlükəsizlik məsələləri, xalq diplomatiyası və sülhyaratma təşəbbüsləri kimi müxtəlif aktual mövzuları əhatə edir. “Münaqişə Məktəbi”ndə təlim seminarı aparmaq və mühazirə vermək üçün müstəqil ekspertlər, elm adamları və dövlət qurumlarının təmsilçiləri dəvət olunacaq.

Münaqişə Məktəbi 2”ni uğurla başa vurmuş iştirakçılar sosial fəaliyyətləri üçün maliyyə dəstəyi əldə etmək imkanına sahib olacaqlar. Maliyyə imkanından əlavə “Alumni+network” iştirakçıları üçün nəzərdə tutulmuş təlim və tədbirlərə qatıla biləcəklər.

“Münaqişə Məktəbi 2″də iştirak üçün 18-28 yaş aralığında olan tələbələr, yeni məzun olmuş gənclər və gənc mütəxəssislər müraciət edə bilər. Seçim müraciət edənlərin münaqişə sahəsinə olan marağı və təhsil göstəriciləri əsasında həyata keçiriləcəkdir. Seçim zamanı siyasi elmlər, beynəlxalq münasibətlər, sosiologiya, jurnalistika və yaxın ixtisas sahələrində təhsil alan və ya yeni bitirmiş gənclərə üstünlük veriləcək.

“Münaqişə Məktəbi 2” 4 – 14 sentyabrt 2019-cu il tarixlərində “Baku IdeaLab”da həyata keçiriləcək.

“Münaqişə Məktəbi”ndə iştirak etmək üçün 31 avqust 2019-cu il tarixinədək müraciət formasını info@epfound.az elektron ünvanına göndərilməlidir. Namizədlərin müsahibəyə dəvət edilməsi və seçilməsi müraciət etmə tarixinə əsasən aparılacaq. Bunun üçün iştirakçılardan mümkün qədər tez müraciət etmənizi xahiş edirik.

Təlim proqramı Azərbaycan dilində keçiriləcək.

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş Fond, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur. AƏF-in Azərbaycan Respublikasındakı fəaliyyətinin əsas komponentlərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vətəndaş cəmiyyətinin iştirakına və bacarıqlarının şaxələndirilməsinə dəstək olmaqdır.

The closing press conference of the “AgriVision” project was held.

On November 25, the closing press conference of the “AgriVision” project, financed by the European Union, implemented jointly by Eurasia Partnership Foundation and “Constitution” Research Foundation, was held. On November 25, the closing press conference of the “AgriVision” project, financed by the European Union, implemented jointly by Eurasia Partnership Foundation and “Constitution” Research Foundation, was […]

Read More Nov 26

Another study tour was organized for representatives of agri/eco tourism destinations.

Within the framework of the “AgriVision” project implemented by Eurasia Partnership Foundation with the financial support of the European Union, representatives of selected agri/eco-tourism destinations from the Lankaran-Astara economic region participated in the next study tour in Turkey on September 12-16. The main objective of the tour was to equip the participants with ideas and […]

Read More Oct 5

EU project organized visits to agri-tourism destinations in the southern region.

Within the framework of the “AgriVision” project funded by the European Union and implemented by Eurasia Partnership Foundation and “Constitution” Research Foundation, “Open Farm Days” – free-of-charge trips organized to agri-tourism destinations located in Lankaran, Astara, and Lerik regions on July 22, 23 and 24. Transportation, entrance to tourism destinations, and tea break expenses were […]

Read More Aug 28