» Bələdçi kitabı hazırlanması üzrə mütəxəssis

Cənubi Qafqazda qrant təşkilatçılığı və proqram idarəçiliyi sahəsində tanınmış lider olan Avrasiya Əməkdaşlıq Fondunun veb səhifəsinə xoş gəlmisiniz. AƏF, regionda fəaliyyətlərini genişləndirməyə imkan verən proqramları, ideyaları, struktur və ekspertizası kimi başlıca resursları ilə Avrasiya Fondu (AF) Şəbəkəsinin üzvüdür

Bələdçİ kİtabı hazırlanması üzrə mütəxəssİs

Sifarişçi: Avrasiya Əməkdaşlıq Fondu (AƏF)

Tapşırığın təsviri: Aqrar/ekoturizm üzrə bələdçi kitabının hazırlanması

Tapşırığın müddəti: 3 ay

Müqavilənin növü: Xidmət müqaviləsi

Müraciət üçün qəbul olunan son tarix: 16 Yanvar 2022

TƏSVİR / XÜLASƏ:

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda 24 aylıq “AgriVision” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki kənd ailələrinə gəlirlərini artırmağa və Azərbaycanda şəhər ilə kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, təkrarlana bilən aqrar-turizm / ekoturizmin inkişaf mexanizmi yaratmaq və sınaqdan keçirməkdir.

Layihənin əsas hədəflərindən biri də dövlət və özəl aqrar/eko-turizm üzrə maraqlı tərəflərin və biznes məsləhət xidməti təminatçılarının potensialını gücləndirməkdir. Bu məqsədlə Avrasiya Əməkdaşlıq Fondu Azərbaycanda mövcud və potensial aqrar / ekoturizm xidmət təminatçıları üçün bələdçi kitabı hazırlamaq məqsədilə biznes və turizmin inkişafı üzrə yerli mütəxəssislər qrupu formalaşdırır.

MƏQSƏD, İŞİN MƏZMUNU VƏ BACARIQLAR:

Məqsəd:

Bələdçi kitabının əsasını bölgədəki digər ölkələrdə oxşar layihələr zamanı hazırlanan və yerli şəraitə uyğunlaşdırılmış, konsepsiyanı necə inkişaf etdirmək, maliyyələşdirmə əldə etmək və aqrar / ekoturizm sektorunda biznesin səmərəli idarə olunmasına dair praktiki təlimatları özündə əks etdirən materiallar təşkil edəcək.

Bu kitabça Azərbaycanın digər regionlarında layihə fəaliyyətlərini təkrarlamaq və ya genişləndirmək üçün istifadə oluna bilən, layihə zamanı qazanılmış biliklərin yayım vəsaiti kimi xidmət edəcəkdir.

Bələdçi kitabına bu layihənin icrası zamanı hazırlanmış yeni materiallar da daxil ediləcək:

– Turizm Məkanları (TM) konsorsiumlarının yaradılması və idarə olunması üçün tövsiyələr;

– TM inkişaf strategiyalarının formatı və nümunələri;

– Aqrar / ekoturizm xidmətləri göstərənlər üçün biznes planlarının formatı və nümunələri;

– Azərbaycanda aqrar / ekoturizm xidmətləri göstərənlərin maliyyələşmə mənbələri;

– Azərbaycanda aqrar / ekoturizm xidmətlərinin təşviqi üçün platformalar və strategiyalar;

– Azərbaycanda aqrar / ekoturizm biznesinin inkişafı üzrə təlimat verən təşkilatların və fərdi məsləhətçilərin əlaqə məlumatları.

İşin məzmunu :

  • Bələdçi kitabını hazırlayan mütəxəssis aqrar / eko-turizm məkanları, bu növ turizmin ölkəmizdə inkişafı  və real vəziyyət barədə məlumatlılığını artırmaq üçün araşdırmalar aparacaq və mövcud ədəbiyyatı nəzərdən keçirəcək;
  • Eyni zamanda, layihə komandasının təmin etdiyi materiallarla tanış olub, həmin məlumatları bələdçi kitabının məzmununa daxil edəcək və lazım olduğu təqdirdə layihə komandası və ya onların əməkdaşlıq etdiyi tərəfdaşların rəylərinə uyğun olaraq həmin məzmunda müəyyən tənzimləmələr edəcək;
  • Sifarişçi tərəfindən müəyyən olunmuş vaxt ərzində “Aqrar / ekoturizm üzrə bələdçi kitabı”nı hazırlayacaq.

Bacarıqlar:

Peşəkarlıq:

• Ən yüksək effektivlik, səriştəlilik, etik və dürüstlük standartlarını qoruyub saxlamaq;

• Tapşırıqla əlaqəli  peşəkar intizamın və ya texniki ixtisasın əsas konsepsiya və prinsiplərini başa düşmək və tətbiq etmək;

• Peşəkar bacarıq nümayiş etdirmək, vicdanla yanaşma və öhdəliklərə əməl etmək, son tarixləri nəzarət etmək  və nəticələr əldə etmək;

• Çətin problemlərlə və ya çətinliklərlə qarşılaşdıqda əzmkarlıq göstərmək.

Biliyin Paylaşılması və Öyrənmə:

• Bilik və təcrübə mübadiləsini aparmaq;

• Öz-özünə öyrənmə və digər öyrənmə vasitələri ilə davamlı fərdi öyrənmə istiqamətində fəal işləmək;

• Dəyişməyə açıq olduğunu və çətinlikləri idarə etmək bacarığını nümayiş etdirmək.

ƏSAS ÇATDIRILMA VƏ VAXT MÜDDƏTİ:

  • Araşdırmalar və mövcud ədəbiyyatın nəzərdən keçirilməsi     01 Fevral 2022 – 28 Fevral 2022
  • Bələdçi kitabının ilkin nümunəsi                                              01 Mart 2022 – 31 Mart 2022
  • “Aqrar / ekoturizm üzrə bələdçi kitabı”                                    01 Aprel 2021 – 30 Aprel 2022

HESABAT:

Vəzifə sahibi Layihə Menecerinə hesabat təqdim edəcəkdir. Vəzifə sahibi kömək və dəstək fəaliyyətlərinin vaxtında yerinə yetirilməsini təmin etməli, məlumatların vaxtında hazırlanması və təqdim edilməsi ilə bağlı  kifayət qədər töhfə verməlidir. Mütəxəssis vəzifələrinin icrasına nəzarət etmək məqsədilə bütün tərəflərlə mütəmadi olaraq əlaqə saxlamalı və  əlaqələndirməni təmin etməlidir.

MONİTORİNQ:

Ekspert tərəfindən tapşırığın yerinə yetirilməsinin monitorinqi Avrasiya Əməkdaşlıq Fondunun mütəxəssisləri və layihənin meneceri tərəfindən aparılacaqdır.

SEÇİM KRİTERİYALARI:

  • Müvafiq sahələrdə universitet dərəcəsi. Yüksək elmi dərəcələr üstünlük olaraq nəzərə alınacaqdır;
  • Müvafiq sahədə təcrübə;
  • Azərbaycanda təhsil strukturları ilə iş təcrübəsi üstünlük olaraq hesab ediləcək.

ÖDƏMƏ ŞƏRTLƏRİ:

  • Ödəniş – tapşırıqlar bitdikdən sonra 7 (yeddi) gün ərzində ediləcək;
  • Ödənişlər Xidmət Müqaviləsinə uyğun olaraq həyata keçiriləcəkdir.

NECƏ MÜRACİƏT ETMƏK OLAR:

Maraqlanan namizədlər 16 yanvar 2022-ci il tarixinədək maliyyə təklifi və CV / tərcümeyi-hallarını info@epfound.az elektron poçt ünvanına göndərmələri üçün dəvət olunur. Zəhmət olmasa, mövzu hissəsində vəzifə adı olaraq “bələdçi kitabının hazırlanması” yazın. Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır.

“AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi.

25 noyabrın tarixində Avropa İttifaqının maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun birgə həyata keçirdiyi “AgriVision” layihəsinin bağlanış press konfransı keçirildi. Layihə 2020-ci ildən etibarən Lənkəran-Astara İqtisadi Rayonunda kiçik və orta sahibkarlığın daha da inkişafı və əlavə gəlir əldə etməsi üçün dəstək vermişdir. Layihənin əsas məqsədləri qeyri-neft sektorunun genişləndirilməsi, eləcə də şəhər və kənd […]

Read More Nov 26

Aqrar/eko-turizm məntəqələrinin nümayəndələri üçün növbəti təhsil turu təşkil olunmuşdur.

Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi bölgəsindən seçilmiş aqrar/eko-turizm məntəqələrinin nümayəndələri 12-16 sentyabr tarixlərində Türkiyədə növbəti təhsil turunda iştirak etdilər. Turun əsas məqsədi iştirakçıları öz turizm məntəqələrini inkişaf etdirmək üçün fikir və sınaqdan keçmiş yanaşmalarla təchiz etmək idi. Təhsil turu üçün Lənkəran-Astara iqtisadi rayonundan seçilmiş […]

Read More Oct 5

Aİ lahiyəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil etmişdir.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilmişdir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri lahiyə tərəfindən qarşılanmışdır. “Açıq Təsərrüfat Günləri” […]

Read More Aug 28