Sifarişçi: Avrasiya Əməkdaşlıq Fondu (AƏF)
Tapşırığın təsviri: Aqrar/ekoturizm üzrə bələdçi kitabının hazırlanması
Tapşırığın müddəti: 3 ay
Müqavilənin növü: Xidmət müqaviləsi
Müraciət üçün qəbul olunan son tarix: 16 Yanvar 2022
TƏSVİR / XÜLASƏ:
Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda 24 aylıq “AgriVision” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki kənd ailələrinə gəlirlərini artırmağa və Azərbaycanda şəhər ilə kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, təkrarlana bilən aqrar-turizm / ekoturizmin inkişaf mexanizmi yaratmaq və sınaqdan keçirməkdir.
Layihənin əsas hədəflərindən biri də dövlət və özəl aqrar/eko-turizm üzrə maraqlı tərəflərin və biznes məsləhət xidməti təminatçılarının potensialını gücləndirməkdir. Bu məqsədlə Avrasiya Əməkdaşlıq Fondu Azərbaycanda mövcud və potensial aqrar / ekoturizm xidmət təminatçıları üçün bələdçi kitabı hazırlamaq məqsədilə biznes və turizmin inkişafı üzrə yerli mütəxəssislər qrupu formalaşdırır.
MƏQSƏD, İŞİN MƏZMUNU VƏ BACARIQLAR:
Məqsəd:
Bələdçi kitabının əsasını bölgədəki digər ölkələrdə oxşar layihələr zamanı hazırlanan və yerli şəraitə uyğunlaşdırılmış, konsepsiyanı necə inkişaf etdirmək, maliyyələşdirmə əldə etmək və aqrar / ekoturizm sektorunda biznesin səmərəli idarə olunmasına dair praktiki təlimatları özündə əks etdirən materiallar təşkil edəcək.
Bu kitabça Azərbaycanın digər regionlarında layihə fəaliyyətlərini təkrarlamaq və ya genişləndirmək üçün istifadə oluna bilən, layihə zamanı qazanılmış biliklərin yayım vəsaiti kimi xidmət edəcəkdir.
Bələdçi kitabına bu layihənin icrası zamanı hazırlanmış yeni materiallar da daxil ediləcək:
– Turizm Məkanları (TM) konsorsiumlarının yaradılması və idarə olunması üçün tövsiyələr;
– TM inkişaf strategiyalarının formatı və nümunələri;
– Aqrar / ekoturizm xidmətləri göstərənlər üçün biznes planlarının formatı və nümunələri;
– Azərbaycanda aqrar / ekoturizm xidmətləri göstərənlərin maliyyələşmə mənbələri;
– Azərbaycanda aqrar / ekoturizm xidmətlərinin təşviqi üçün platformalar və strategiyalar;
– Azərbaycanda aqrar / ekoturizm biznesinin inkişafı üzrə təlimat verən təşkilatların və fərdi məsləhətçilərin əlaqə məlumatları.
İşin məzmunu :
Bacarıqlar:
Peşəkarlıq:
• Ən yüksək effektivlik, səriştəlilik, etik və dürüstlük standartlarını qoruyub saxlamaq;
• Tapşırıqla əlaqəli peşəkar intizamın və ya texniki ixtisasın əsas konsepsiya və prinsiplərini başa düşmək və tətbiq etmək;
• Peşəkar bacarıq nümayiş etdirmək, vicdanla yanaşma və öhdəliklərə əməl etmək, son tarixləri nəzarət etmək və nəticələr əldə etmək;
• Çətin problemlərlə və ya çətinliklərlə qarşılaşdıqda əzmkarlıq göstərmək.
Biliyin Paylaşılması və Öyrənmə:
• Bilik və təcrübə mübadiləsini aparmaq;
• Öz-özünə öyrənmə və digər öyrənmə vasitələri ilə davamlı fərdi öyrənmə istiqamətində fəal işləmək;
• Dəyişməyə açıq olduğunu və çətinlikləri idarə etmək bacarığını nümayiş etdirmək.
ƏSAS ÇATDIRILMA VƏ VAXT MÜDDƏTİ:
HESABAT:
Vəzifə sahibi Layihə Menecerinə hesabat təqdim edəcəkdir. Vəzifə sahibi kömək və dəstək fəaliyyətlərinin vaxtında yerinə yetirilməsini təmin etməli, məlumatların vaxtında hazırlanması və təqdim edilməsi ilə bağlı kifayət qədər töhfə verməlidir. Mütəxəssis vəzifələrinin icrasına nəzarət etmək məqsədilə bütün tərəflərlə mütəmadi olaraq əlaqə saxlamalı və əlaqələndirməni təmin etməlidir.
MONİTORİNQ:
Ekspert tərəfindən tapşırığın yerinə yetirilməsinin monitorinqi Avrasiya Əməkdaşlıq Fondunun mütəxəssisləri və layihənin meneceri tərəfindən aparılacaqdır.
SEÇİM KRİTERİYALARI:
ÖDƏMƏ ŞƏRTLƏRİ:
NECƏ MÜRACİƏT ETMƏK OLAR:
Maraqlanan namizədlər 16 yanvar 2022-ci il tarixinədək maliyyə təklifi və CV / tərcümeyi-hallarını info@epfound.az elektron poçt ünvanına göndərmələri üçün dəvət olunur. Zəhmət olmasa, mövzu hissəsində vəzifə adı olaraq “bələdçi kitabının hazırlanması” yazın. Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır.
Aİ layihəsi cənub bölgəsindəki aqro-turizm məkanlarına səfərlər təşkil edir.
“Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində iyul ayının 22, 23 və 24-ü Lənkəran, Astara və Lerik rayonlarında yerləşən aqrar-turizm məkanlarına “Açıq Təsərrüfat Günləri” – ödənişsiz səfərlər təşkil edilir. Nəqliyyat, turizm məkanlarına giriş və çay süfrəsi xərcləri layihə tərəfindən qarşılanır. “Açıq Təsərrüfat Günləri” […]
Read More Jul 15Azərbaycanda aqro/ekoturizmin inkişaf etdirilməsi üzrə Bələdçi kitabı hazırlanmışdır.
Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmaları Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində müstəqil yerli ekspertlər Günay Rzazadə və Şəbnəm Nuriyeva tərəfindən “Azərbaycanda aqro/ekoturizmin inkişaf etdirilməsi üzrə Bələdçi kitabı” hazırlanıb. Bələdçi kitabı fermerlərin aqro/ekoturizm fəaliyyətinə başlamasına və ya onu inkişaf etdirməsinə kömək etmək üçün başlanğıc nöqtəsi kimi çıxış edəcək, […]
Read More Jul 5Lənkəran-Astara iqtisadi rayoununda “Məktəbdən təsərrüfata” proqramı icra olundu.
Şəhər məktəblərində təhsil alan şagirdlər bölgənin aqrar/ekoturizm məkanları ilə tanış oldular. Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi rayonu ərazisində yerləşən və layihəyə cəlb olunan aqrar/eko-turizm məntəqələrində “Məktəbdən təsərrüfata” proqramı həyata keçirildi. Proqram çərçivəsində 16-25 iyun tarixlərində Bakı və digər şəhər […]
Read More Jul 2